İntihar edən qızın bacısı: "Nigarımız vağzalı sədaları ilə..."

İntihar edən qızın bacısı: "Nigarımız vağzalı sədaları ilə..."Fevralın 8-də canına qəsd edən Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi 23 yaşlı Nigar Vahabovanın intiharı ölkədə rezonans doğurdu. O, bir müddət "İki sahil" qəzetinin korrektoru kimi çalışdıqdan sonra xarici şirkətlərin birində işə düzəlibmiş.

BiG.AZ bildirir ki, İctimai televiziyanın aparıcısı Aytac Vahabova bacısının özünə qəsd etməsi barədə bizimyol.info-ya danışıb. Aytac Vahabova Nigarın 33 yaşlı oğlanla sevgili olması, oğlanın bacısı ilə evlənməsi üçün ailəsindən ayrılması və anasının bu evliliyə "yox" deməsi barədə iddiaların əsassız olduğunu bildirdi: "Mənim bacımın sevgilisi olmayıb. İntihar etməmişdən bir gün öncə saat 4-ə qədər biz telefonla danışmışıq. Səhəri isə məndən "Facebook" profilini düzəltməyimi istədi".

O, bacısının intihar etməmişdən öncə valideynlərinə xitabən məktub yazması barədə deyilənlərin də doğru olmadığını dedi: "Bacımın məndən yaxın rəfiqəsi olmayıb. Onun intihar etmə səbəbi bizə məlum deyil. Bəzən elə şeylər var ki, o, səbəbsiz olur. Yaxud da səbəbi o qədər böyük olur ki, onu paylaşmaq istəmirsən.

Nigarın maddi durumunda çətinliklərin olması barəsində deyilənlər də həqiqətə uyğun deyil. Ölümündən üç gün öncə onun illik təhsil haqqı tam ödənilib. Hətta ona avtomobil almaq üçün pul da verilib".

Nigarın intihar etməsinə səbəb kimi göstərilən iddialardan biri də odur ki, guya onun bir nəfərdə ictimailəşməsi arzuolunmaz olan fotolar olub, həmin şəxs də fotoları paylaşacağını deyib. Bundan narahat olan Nigar intihar edib. A.Vahabova bu iddianı da təkzib etdi: "O "selfie" çəkdirməyi xoşlayırdı. Nigar başqasının onun şəklini çəkməsini istəmirdi".

Aytac deyir ki, o, bacısı ilə bir evdə yaşayıb. Amma 10 gündür ki, nənəsinin yanında olub. O, səhhətində problem yaranmış yaşlı qadına qulluq edirmiş.

Bacısı bildirir ki, Nigarla vida mərasimində onun yaxın dostları, müəllimləri iştirak ediblər: "Biz sevgilisiz, nişansız, toysuz həyatını sona yetirən Nigarımızı vağzalı sədaları ilə son mənzilə yola saldıq. Rusiyada yaşayan atamız Nigarın vida mərasimində iştirak edə bilmədi. Amma onun üçün gül dəstəsi hazırlatdırıb göndərmişdi. Nigarımızı doğulduğu Şüvəlan qəsəbəsinin qəbristanlığında dəfn etdik. Mən düşünürəm ki, o, alın yazısını yaşadı. Burada arzuolunmaz səbəblər axtarmağa dəyməz".

A.Vahabova məlumatı dəqiqləşdirmədən yayan media mənsublarına müraciət etdi: "Xahiş edirəm ki, dedi-qoduları ictimailəşdirməsinlər".

O, ekspertiza rəyinin onlara məlum olduğunu da açıqladı: "Həmin sənəddə Nigarın özünə qəsd etdiyi bildirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5078   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 0
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 648
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 801
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 260
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 344
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 208
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 35
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 128
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 168