Polis İlhamə Quliyevanın oğlu ilə bağlı AÇIQLAMA VERDİ

Polis İlhamə Quliyevanın oğlu ilə bağlı AÇIQLAMA VERDİPolis son günlər adı müxtəlif qalmaqallarda hallanan xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Binəqədi rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, İdarədə vətəndaşın dələduzluq faktı ilə bağlı və Orxan Nadirovun da adının hallandığı şikayət ərizəsi əsasında cinayət işi açılıb. Amma cinayət işi konkret olaraq Orxan Nadirov barəsində başlanmayıb.

İdarədən hətta qeyd ediblər ki, təcrübədə elə hallar olur ki, ərizədə adı çəkilənlər yox, bəzən hətta ərizəçinin özü də dələduzluğa görə məsuliyyətə cəlb edilirlər.

Qeyd edək ki, aznews.az-ın yazdığına görə, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb. Saytın məlumatında deyilirdi ki, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanı həbs etdirməklə gündəmə gələn O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.

Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.

Araşdırma zamanı, həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.

Adı cinayət işində hallanan oğlu Orxan Nadirovun özü aznews.az-a açıqlamasında sözügedən cinayət işində, təqsirli olmadığını, məsələdə yalnız şahid qismində iştirak etdiyini deyib: "Kiminsə adı cinayət işində hallanırsa, bu, o demək deyil ki, həmin adam cinayətkardır.

Əgər qaranlıq qalan məqamlar varsa, onu deyim ki, hazırda o cinayət işində heç kimin cinayəti sübuta yetirilməyib. O işə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Bundan əlavə mənim adım sözügedən cinayət hadisəsində şahid qismində keçir. Nə məndən şikayət edən var, nə mənim barəmdə cinayət işi qaldıran. O ki, qaldı Vüqar Bəkirova, o, başqa cinayət əməlinə görə həbs edilib. Onun bu cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Bu cinayət əməlində hələ heç kim təqsirli şəxs qismində tanınmayıb".

Xatırladaq ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4840   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693