Azərbaycanda arayış almaq asanlaşdı — SİYAHI

Azərbaycanda arayış almaq asanlaşdı — SİYAHI"Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə bir sıra arayışları elektron formada əldə etmək mümkündür. Bunun üçün portaldan qeydiyyatdan keçmək və zəruri olan müvafiq elektron arayışı növünü seçmək kifayətdir.

Bu barədə Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən (RYTN) BiG.AZ-a bildirilib.

Bu gün vətəndaşların ən çox müraciət etdiyi sosial xidmət "Yaşayış yeri haqqında arayış"ın əldə olunmasıdır. Bu arayışı portal üzərindən təqdim olunan "Yaşayış yeri haqqında arayış" xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən əldə etmək mümkündür. Sözügedən arayışdan ötən ilin dekabr ayı ərzində 2528 dəfə istifadə olunub.

Hazırda "Elektron hökumət" portalı üzərindən 12 adda arayışı elektron şəkildə əldə etmək mümkündür:

- Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi

- İş yerindən arayış

- Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış

- Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında arayış

- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış

- Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış

- Diplom haqqında arayış

- Yaşayış yeri haqqında arayış

- Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış

- "Su təchizatı və tullantı sularının axıdılması" xidmətlərinə dair abonentə aid məlumatların verilməsi xidməti

- İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış

- Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar

Qeyd edək ki, nazirliyin "E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"ya əsasən işlənib hazırlanıb.

"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilən fəaliyyəti nəzərdə tutur.

"E-hökumət" layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə, "Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsinə şərait yaradır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1229   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 378
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 658
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 121
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 317
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 181