"Onun yenidən diriləcəyinə inanırıq" - Nigarın jurnalist bacısı danışdı

"Onun yenidən diriləcəyinə inanırıq" - Nigarın jurnalist bacısı danışdı"Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb".

BiG.AZ xəbər verir ki, bunu ötən gün canına qəsd edən 23 yaşlı Nigar Vahabovanın bacısı, İctimai televiziyada redaktor işləyən Aytac Vahabova bacısının ölümü ilə bağlı atv.az-a açıqlamasında deyib.

"Saytlar bacımın ölümü ilə bağlı müxtəlif səbəblər yazırlar. Hamısı səhv, yalan məlumatlardır. Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz... Heç nə demədi. Bütün gün əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

Deyirlər guya maddi problemi olub. Onun necə maddi problemi ola bilər? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı... Sadəcə karyera qurmağı düşünürdü".

Aytac Vahabova deyir ki, bacısı bir müddət "İki sahil" qəzetinin korrektoru kimi çalışıb: "Bir neçə ay əvvələ qədər orada çalışıb. Sonra xarici şirkətdə işləyirdi. Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb. Çox kövrək idi Nigar. Kimsə kiminsə xətrinə dəyəndə o qədər həssas idi ki, ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən, bəlkə də bu, səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problemi olmamışdı.

Biz dünən bütün gün danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib görürdü ki, kimsə zəng vurub. Ona görə əvvəl fikirləşdim ki, yəqin zəngimi görmür. Düşündüm ki, həmin müddətdə ingilis dilinə gedirdi deyə onun dərsləri ilə məşğuldu. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik. Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb. Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur, dərsdə olub. İki bacı, bir qardaş idik.

Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik. İndi sanki onun yenidən diriləcəyinə inanırıq. Elə bilirik yenə yanımıza gələcək. Yanımızda olmadığını dərk edə bilmirik deyə, hansı səbəbdən canına qəsd etdiyinin səbəbini də düşünə bilmirik".

Qeyd edək ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. O, Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4199   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 382
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 18
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 196
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

17:52 0
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 814
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

17:27 99
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

16:08 212
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 744
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 129