Kutsiyə 60 ilədək həbs cəzası verilə bilər

Kutsiyə 60 ilədək həbs cəzası verilə bilərTürkiyənin tanınmış müğənnisi Kutsi saxta "yararsız" hərbi bileti almaqda günahlandırılır.

BiG.AZ baku.ws-ə istinadən məlumat verir ki, müğənninin 21 ildən 60 ilədək həbsi tələb edilir. Kutsidən əlavə 30 nəfər rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətində ittiham olunurlar. İddialara görə müğənni cinayətkar qrupla əlaqəyə girərək "psixoloji pozuqluq" diaqnozu ilə saxta sənəd alaraq əsgərlikdən yayınıb.

Müğənninin vəkili Sabahattin Gümanın iddiasına görə, 2006-2007-2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir. Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb. Kutsi məhkəməyə yazdığı şikayət ərizəsində saxta sənədləşdirmə iddiasının əsassız olduğunu yazıb:

"Mənə qoyulan psixoloji və ruhi xəstəliklə bağlı diaqnoz hələ 14 yaşımda ikən "Stevens Johnson Sindromu" şəklində ortaya çıxıb. Bu xəstəlik nadir və ölümcül nəticələrə səbəb olan sindromdur. Saxta olduğu deyilən sənədlərdə 10 həkimin imzası var".

Kutsi ilə yanaşı, digər 30 şəxsə saxta sənəd hazırlamaqda şübhəli bilinən həkim Haşmet İşıklının isə 302 ilədək həbsi istənilir. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb.

Qeyd edək ki, "Stevens Johnson Sindromu" dəridə dərmanlara və ya infeksiyalara qarşı ciddi reaksiya verən xəstəlikdir. Qripə bənzəyən əlamətlərlə başlayan bu xəstəlik zamanı dərinin üst qatının tökülməsi və qırmızı ləkələrin yaranması müşahidə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1842   Tarix: 09 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 971
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 572
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1260
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1698
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9394
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 846
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 429
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2739
.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2610