Müğənnilərin toy bazarı "ölüb": "Pulsuz da gedərəm..."

Müğənnilərin toy bazarı "ölüb": "Pulsuz da gedərəm..."Azərbaycanda müğənnilərin toy bazarı demək olar ki, "can verir". Təkcə müğənnilər deyil, elə şadlıq saraylarının adminstratorları da toyların ikiqat aşağı olmasına məyusdurlar. Əvvəl şadlıq evlərində yanvar-fevral aylarında 20 toy olurdusa, indi bu rəqəm ən yaxşı halda 3-4 olur.

BiG.AZ xəbər verir ki, paytaxtda yerləşən şadlıq saraylarından birinin adminstratoru Oruc Mehdiyev ANS PRESS-ə toyların azaldığını və toy sahiblərinin artıq şou-biznes nümayəndələrini demək olar ki, çağırmadığını qeyd etdi:

"Toylar kəskin surətdə azalıb, yanvar və fevral ayında cəmi 3 dənə toyumuz olub. Toy sahibləri müğənniləri dəvət etmirlər. Onlar daha çox şadlıq evinin təklif etdiyi müğənnilərə üstünlük verirlər. Həmin müğənnilərin xidmət haqqı isə 250-800 manat arasında dəyişir".

Müğənni Əlikram Bayramov da toyların sayının azaldığını deyib. Dekabr ayında 10 toy məclisində iştirak etməsinə baxmayaraq, hazırda toyu olmadığını bildirib. Lakin o, toy qiymətini aşağı salmamağı düşünür. Müğənni əlavə edib ki, bəlkə də qiyməti ola bilsin bir az qaldırdı.

Toylar kralı kimi tanınan xalq artisti Səməd Səmədovun da toyları azalıb: "Hazırda toylar yoxdur. Hamı səbrsizliklə mart-aprel aylarını gözləyir. İnanıram ki, yaxşı olacaq". Müğənni əlavə edib ki, mart ayına artıq 3 toy danışıb.

İfaçı Manaf Ağayev isə bildirib ki, toy qiymətlərini aşağı salıb. O, əlavə edib ki, imkan dərəcəsində hamıya güzəşt edir. M.Ağayev hətta toylara pulsuz gedə biləcəyini də deyib.

Ötən ilin dekabr ayından etibarən manatın ucuzlaşması və bunun fonunda dolların bahalaşması ölkədə bir sıra sektorlarda qiymət artımına səbəb olmaqla yanaşı, müğənniləri də öz toy qiymətlərini müəyyən qədər artırmağa vadar edib. Onlar da ölkədə dolların bahalaşdığını əsas gətirərək toy sahiblərinə daha yüksək məbləğ təklif edəcəklərini demişdilər. Lakin toy sahibləri qənaət etməyə üstünlük verirlər. Onlar şadlıq evinin təklif etdiyi populyar olmayan müğənniləri sifariş edirlər. Beləliklə, araşdırmadan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda müğənnilərin toy biznesi "ölməyə" başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2329   Tarix: 08 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564