Avtobus sürücülərinə və piyadalara XƏBƏRDARLIQ

Avtobus sürücülərinə və piyadalara XƏBƏRDARLIQBu il yanvarın 1-dən 6-dək Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən sürücülər barəsində 59474 elektron protokol tərtib edilib. Yol polisi əməkdaşları tərəfindən isə yol hərəkəti qaydalarının pozulmasına dair 84 488 inzibati protokol tərtib olunub.

BiG.AZ bildirir ki, bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövründə bu rəqəm 87319 təşkil edib: "Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib olunan inzibati protokolların sayı 2831 fakt azalıb. Bu isə onu göstərir ki, paytaxtda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsinə diqqət artıb, onların mədəni səviyyəsi yüksəlib. Eyni zamanda, belə müsbət göstəricinin əldə olunmasında ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə qanunvericilikdə cəzaların sərtləşməsinin də ciddi rolu olub".

Bölmə rəisinin sözlərinə görə, demək olar ki, əksər hallar üzrə azalma müşahidə edilib. Məsələn sərxoş, işıqforun qırmızı işığında keçən, yol ayrıclarını keçmə qaydalarını pozan, qarşı hərəkət zolağına çıxan, avtomobili nömrəsiz idarə edən, polisə tabe olmayan, qəza şəraiti yaradan sürücülərin sayı azalıb. Yalnız sürət həddini 10-20 km/saat civarında aşan sürücülərin sayı nisbətən artıb. Amma daha çox narahatlıq doğuran başqa məqamlardır: "Sərnişindaşıma sahəsində qaydaların pozulması ilə bağlı 242 fakt artıb və 434 avtobus sürücüsü məsuliyyətə cəlb edilib. Eyni zamanda avtomobilin müvafiq sənədləri olmadan idarə edilməsi halları da 133 fakt artaraq 565 olub. Bundan əlavə, yolu necə gəldi keçdiyinə görə məsuliyyətə cəlb edilən piyadaların sayı 11778-dən 12881-ə çatıb. Ona görə də bir daha belə sürücüləri və piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq. Axı bu qaydaların pozulması hər an sizin və yaxınlarınızın həyatı bahasına başa gələ bilər".

Qeyd edək ki, bu il yanvarın 1-dən fevralın 6-dək Bakı şəhərinin inzibati ərazisində 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nətəcədə 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 08 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 362
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 712
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 262
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 490
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 469
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 238
.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

23.04.2024 271
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 1056
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 295