Mebel bazarında ucuzlaşma: 3-4 min aşağı qiymətlə satılır

Mebel bazarında ucuzlaşma: 3-4 min aşağı qiymətlə satılırAzərbaycanda dolların məzənnəsində baş verən dəyişiklikdən sonra bir çox satış məntəqələrində durğunluq yaşandı. Onlardan biri də mebel bazarı idi.

BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, mebel bazarında yaranan durğunluq artıq aradan qalxmağa, alqı-satqı bərpa edilməyə başlayıb. Bunu həm satıcılar, həm alıcılar təsdiq edirlər. Ancaq bazarda diqqət çəkən bir məqam odur ki, yerli məhsullara üstünlük verən alıcıların sayı artıb.

Satıcılar deyir ki, bu amil 2016-cı ilin əvvəlindən başlayaraq daha çox hiss edilməyə başlayıb. Paytaxtın məhşur mebel salonlarından birinin satıcısı Elvira Mirzəyeva deyir ki, ötən ilin dekabr ayının son günlərində əhalinin alcılıq qabiliyyəti əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu ilin əvvəlindən kreditləşmə bərpa olunduqdan sonra bazarda nisbətən canlanma başladı.

"Hazırda satış müəyyən qədər bərpa edilib. Ancaq son vaxtlar xaricdə istehsal edilən mebellərə maraq son dərəcə azalıb. Əvvəllər ay ərzində satdığımız məhsulların əksəriyyəti xaricdə istehsal edilən mebellər idisə, hazırda bunun əksi müşahidə edilir. Hazırda müştərilərimizin çoxu yerli məhsullara üstünlük verir".

Bu daha çox yerli və xarici məhsul arasındakı qiymət fərqi ilə əlaqələndirilir.

"Dolların bahalaşmasından sonra xaricdən gətirilən mebellərin qiymətləri bir az daha bahalaşdı. Buna görə də, hazırda bizim salon kimi əksər mebel salonları müştəri cəlb etmək üçün külli miqdarda endirimlər etməyə başlayıblar. Bəzi xaricdə istehsal edilən mebelləri məcbur aldığımız qiymətə satırıq. Məsələn xarici istehsal olan mebel dəstlərindən birinin qonaq dəstini 16 min 800 manatdan 12 min 600 manata, yumşaq mebel dəstini 10 min 500 manatdan 7 min 875 manata, yataq dəstini isə 9 min manatdan 6800 manata endirməli olduq. Bununla belə xarici istehsal olan mebellərə olan marağı o qədər də bərpa edə bilməmişik".

Yerli şirkətlər tərəfindən təşkil olunan qonaq dəstinin qiyməti 2342 manat, yumşaq mebelin qiyməti 1746 manat, yataq dəstinin qiyməti isə 2448 manatdır.

İqtisadçılar da mebel alqı-satqısı bazarında yerli məhsulların satışının xaricdə istehsal edilən mebellərin satışından önə keçməsinin əsas səbəbini qiymət fərqində görürlər.

İqtisad Universitetinin müəllimi, iqtisadçı Elxan Vəliyev deyir ki, onsuzda hazırda əksər mebellərin xammalı və ehtiyyat hissələri xaricdən gətirilir:

"Ehtiyat hissələri xaricdən gətirildiyi üçün keyfiyyətdə o qədər də fərq müşahidə edilmir. Bizim vətəndaşlarımız hazırda ikinci dərəcəli xərclərdən imtina etdikləri üçün mebelə olan ehtiyaclarını da daha ucuz başa gələn yerli mebellərlə ödəyirlər. Həm də onu deyə bilərəm ki, keyfiyyət cəhətdən onlar arasında heç bir fərq yoxdur".
Mebel bazarında ucuzlaşma: 3-4 min aşağı qiymətlə satılırİqtisadçı onu da bildirdi ki, bazar belə davam etdiyi təqdirdə xaricdən gətirilən mebellərə maraq daha da azalacaq:

"Görünən odur ki, yaxın gələcəkdə mebel bazarında yerli məhsullara tələbat daha da artacaq və rəqabət mühitinə tab gətirmək üçün bəzi xarici mebel salonları daha çox endirim etməyə məcbur olacaqlar. Bu da öz növbəsində ucuzlaşmaya gətirib çıxaracaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4470   Tarix: 07 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 205
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 119
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 278
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 57
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 747
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 180
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 0
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 314
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 131