Cins şalvar sağlamlığa ziyandır

Cins şalvar sağlamlığa ziyandırMütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.

Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

- Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər «gözəllik qurban tələb edir». Lakin bu halda qadın öz sağlamlığını qurban verir — daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.

- Dar cins şalvarları və beldən aşağı olan şalvarlar sidik kisəsinin, bağırsaqların, qadınlarda və kişilərdə cinsiyyət sisteminin fəaliyyətinə çox mənfi təsir edir, bu orqanların qanla təchiz olunmasını pozur, varikoz xəstəliyin inkişafına təkan verir.

- Kişilərdə dar və xüsusilə sintetik alt paltarlar cinsiyyət orqanların qanla pis təchiz olunmasına səbəb olur ki, bu nəticədə spermatogenezin (spermatozoidlərin hazırlanması) pisləşməsinə, bu sahədə inkişaf edən müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.

- Boğazı çox hündür və dar olan «vodolazka»lar qalxanvari vəzi üçün ziyanlıdır.

- Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə "şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu müxtəlif pozulmalara yol açır.

- Lakin dabanı olmayan ayaqqabılar da ayaqlar üçün ziyanlıdır. Belə ayaqqabılar müxtəlif pəncə problemlərinə səbəb olur. Həkimlər hündürlüyü təxminən 2-3 sm olan enli dabanlı ayaqqabılar geyinmək tövsiyə edir.

- Bel nahiyəsini açıq saxlayan qısa kurtkalar da çox ziyanlıdır (xüsusilə soyuq havada). Belə kurtkalar bel və böyrəklərin iltihabına təkan verə bilər. Soyuq havada uzun kurtkaları geyinmək lazımdır.

- Soyuq havada qısa yubkalar geyinən qadınlarda cinsiyyət sistemi iltihabların riski olduqca artmış olur. Bu isə gələcəkdə sonsuzluğa gətirib çıxarda bilər.(atv)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5812   Tarix: 07 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428