Xatirə İslam : "Fəxrəddin başıma elə oyunlar açır ki..."

Xatirə İslam : "Fəxrəddin başıma elə oyunlar açır ki..."

BiG.AZ xəbər verir ki, ötən gün primetime.az-da ekslüziv müsahibəsi maraqla qarşılanan tanınmış müğənni Xatirə İslam, bu dəfə həyat yoldaşı Fəxrəddin bəylə münasibətlərindən söhbət açdı. Ailəsinə, oğluna bağlı olan Xatirənin səmimi etiraflarına biganə qalmayın:

- Bəri-başdan deyim ki, sevməyib ailə quran xanımam. Fəxrəddinlə ilk görüşümü indiki kimi xatırlayıram. Etiraf edim, geyim-keçimi, ayaqqabılarının tərtəmiz olması diqqətimi cəlb elədi. Dişlərinin muncuq kimi olması da məxsusi vurğulamaq istəyirəm (gülür). Bir az naz edib, birinci dəfədən "hə" demədim. Cəmi bir gün fikirləşdim. Sabahsı dedim ki, razıyam. Beləcə ailə qurduq".

Sevgisiz yuva quran Xatirə indi həyat yoldaşı ilə nəfəs aldığını deyir:

- Bu həyatda yəqin yaxşılıqlar eləmişəm ki,Allah mənim qarşıma belə bir həyat yoldaşı çıxardıb. Bütün sirrlərimi bilən yeganə insan Fəxrəddindir. Düşünün, sevməyib ailə qurduğum insandan indi bir an olsun, ayrı qala bilmirəm. Açıq deyəcəm, elə xarakterə sahib insanam ki, 10 il bundan əvvəl məni sevən insanla rahat görüşə bilərəm. Niyyəti pis olmayan insanları özümə düşmən saymıram. Kimin nə deyəcəyi, nə düşünəcəyi türklər demiş "umrumda deyil". Xatirə sonradan sevdiyi yarını hər kəsdən , hətta doğma anasından da üstün tutur:

- Fəxrəddin dünya malında gözü olmayan bir adamdır. Anam bəlkə də bu dediklərimi oxuyub məndən inciyəcək. İnanın səmimiyyətimə, anamdan çox ona inanıram. Anam inciməsin, canım da ona fəda olsun. Atamdan, anamdan, bacımdan, qardaşımdan birinci mənim üçün odur. Mən elə adam deyiləm ki, yalandan ərimi tərifləyəm, hörmətə mindirəm.Ailə qurandan 6 gün sonra yoldaşıma rütbə verdilər. Onun mənə ehtiyacı yoxdur. Əgər onun yoldaşı Xatirə yox başqası olsa, o arvadını xan kefində dolandıracaq kişidir.

Xatirə deyir ki, ailəsinin dağılmamağı üçün əlindən gələni edir:

- Fəxrəddin bəzən mənim başıma elə oyunlar açır ki, heç bir müğənni ona dözməz, boşanar. Amma mən balamı düşünürəm. Kənardan elə görsənməsin ki, dilli-dilavər qızam, Fəxrəddin sakit təbiətli bir adamdır. Ailə içində onun sözü keçir.

Bir hadisəni danışım. Ad günümü evdə edirdik. Bir ailə dostumuz var, xanımdır. Fəxrəddinin ondan xoşu gəlmir yoxdur. Həmin xanımın bizə gəldiyini görəndə, yoldaşım evdən çıxdı. Gözlədi ki, qadın çıxıb getsin, sonra evə qayıtdı. Oğlumuzun1 yaşında da Fəxrəddin küsüb getmişdi.

Məclis başlayanda müğənni Rüfət Axundovun qonaqları salamlamaq üçün mikrafonu ona verəndə yanında ola bilmədim. Başım başqa qonaqlara qarışıq idi.

Hikkəsindən çıxıb restoranı tərk etdi. Sonra bizim ailə dostumuz arxasınca gedib onu gətirdi ki, ayıbdır, qayıt məclisə. İstənilən halda onu çox sevirəm və dırnağını dünyanın heç bir kişisinə dəyişmərəm".
f Paylaş
Bölmə: Müsahibə Oxunub: 9763 Tarix: 05.02.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_NICE_
_NICE_ 21.07.2016
lap yaxwi


 
qeweyqiz
qeweyqiz 14.03.2016
kawki butun kiwiler bunun kimi olsalarr xeyaneti sevimiremm xeyanet etmeseler


 
meyveli
meyveli 06.02.2016
Men taniyiram bunlar saf temiz ailediler xatire de erinin cox hormetin saxliyir
RuffiTM
RuffiTM 06.02.2016
"Naxcivanski" herbi akademiya ile her hansi elaqesi olanlar fexreddini yaxwi taniyirlar...xatiren isteyir her gun teriflesin


 
DUZLU_NIK
DUZLU_NIK 05.02.2016
GopcuMUBI,

Mubi qiz sennen zarafat eleyibe sende tez telesik inanmisan ona
23 fevralda Demdesgah kiwiye Naznemet xala 1 qizil uzuk bagiwlayir. Demdesgah kiwide guya medeni olub edebi dilde tewekkur etmeye caliwaraq deyirki sagol ay Naznemet sene tewekkur daxil edirem

 
GopcuMUBI
GopcuMUBI 05.02.2016
Ala bir gun hava lezzetdudu ellerim cibimde gezirem ozumcun bulvarda. Birde gordum ala kameralar bellerind mikrafon ellerinde tokuluwduler ustume qariwqa bala tokuluwen kimi ki ala Mubi muellim senden musahibe goturmek isteyirik. Didim ala bir bir daniwun ala birivuz ordan birivuz burdan cizildamiyun. Biri dedi ala Mubi sen ne yeyib icirsen ki bele qizlar seni goren kimi ya wok kecirri ya pramoy yixilib yere olur. Didim ala 1 deyqe saxla brat , birinci suali duz qoy. Yixilib olur yox olur sora yixilir. Qaldiki sualva cavaba mumu qenfeti yeyirem ala oncun. Zarafat elyirem ala ne qenfet gormursen Kenan Imirzal ogluna oxwiyiram hele dunen bir qiz didi mene ki ala Mubi acki ile Kenan Imirzal ogluna oxwiyirsan. Ackivu cixarson belke Hz Yusifede oxwarsan ala anam cani .
MAYSKAYA
MAYSKAYA 05.02.2016
ALLAH HEMISHE MEHRIBAN ELESIN.UZUNOMURLU EVLILIKLERI OLAR INSHALLAH!


 
Suna20
Suna20 05.02.2016
Allah xoşbext elesin.


Her güldüyünde Allaha şükür etmirsense,niye her ağladığında ona isyan edirsen?



 
Uzunsacliqiz
Uzunsacliqiz 05.02.2016
Hee lap yaxsi hec olmasa sen boşanma.Aile xosbextliyiniz daimi olsun.
EROL EVGİN&SILA-ateşle oynama

 
Sen_ve_Men
Sen_ve_Men 05.02.2016
:/


 
elik88
elik88 05.02.2016
ET TOKUREM BUNUN SOHBETLERINDEN
tansu
tansu 05.02.2016
Lap yaxşı


 
Cesika
Cesika 05.02.2016
Allah_mehriban_elesin
BURAK_OZCIVIT

Kafam-daginik-ola-bilir_amma-kimi-nereye_koydugumu_asla-unutmam!!!!

 
skarpionka
skarpionka 05.02.2016
Aaa sms silinib.kusdum
...

 
meteorologists
meteorologists 05.02.2016
MEN DE DEYIREM FEXREDDIN KIMDI COX ERINI TERIFLEME QAPARLAR DUZDU BU KIWICIYI KIM QAPMAQ ISTEYER KI