Vərəmə qarşı yeni mübarizə proqramı qəbul olundu
Azərbaycan Nazirlər Kabineti "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.
BiG.AZ bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, tədbirlər proqramında vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-nin vərəmlə mübarizə strategiyasına uyğun olaraq təkmilləşdirilməsi, vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchiz edilməsi, vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri ilə təmin edilməsi kimi tədbirlər daxildir.
Vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə tibbi heyətin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, dezinfeksiya işlərinin aparılması, Vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı, Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində metodik sənədlərin təkmilləşdiriliməsi və yenilərinin hazırlanması, vərəmlə mübarizə tədbirlərinin monitorinqinin həyata keçirilməsi də planlaşdırılır.
Proqramda qeyd edilir ki, "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra respublikanın şəhər və rayonlarında vərəm əleyhinə tibb müəssisələrində mikrobioloji laboratoriyalar yaradılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalıb, bu xəstəlikdən ölüm halları hər 100 min nəfərə 4,2-dən 3,9-a enib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 05 fevral 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSabah 28 dərəcə isti olacaq
Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı
12:48 255 Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO
"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı
12:23 733 Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ
"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"
15:44 301 Dubaya güclü yağışlar yağıb
BƏƏ-nin şəhəri Dubaya güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, həmin şəhərdə olan şəxslər Dubayda yağış gördüklərinə təəccübləniblər. Onlar bu barədə sosial şəbəkələrdə paylaşıblar. Dubay hava limanında bir çox reyslər təxirə salınıb
16:38 172 Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg
14:29 641 Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO
Saloğlu mebel bu dəfə Bərdə sakinlərini sevindirdi. Növbəti diler mağazasını Bərdə və ətraf region alıcılarının xidmətinə verdi. Bərdə şəhərində açılan Saloğlu mebel mağazasında şirkətin bütün növ mebellərinə eyni qiymət və eyni şərtlərlə sahib ola bilərsiniz. Mebelləri endirimli qiymətlərlə istər nağd
06:00 85 "Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"
12:05 1613 Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər. Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur. Vəkilləri senatorun arvadı Nadin Arslanyanın onda
16:23 257 "Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar" - Sosioloq
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Mövzu ilə bağlı -a sosioloq Lalə Mehralı açıqlama verib. O bildirib ki, statistikanı görən oğlanlar ailə qurmaqda
15:03 311