Evlilikdən sonra niyə kökəlirik?

Evlilikdən sonra niyə kökəlirik?Evlilik hər bir insanın həyatında mühüm hadisədir. Və ailə kiçik bir dövlətdir deyə düşünürəm. Və bu dövlətin sakinlərini toydan sonra bir az kilo almış gördükdə "maşallah, həyat yoldaşın sənə yaxşı baxır" ifadəsi hər kəsə məlumdur.

BiG.AZ xəbər verir ki, doğurdan da araşdırmalar göstərir ki, ailə qurduqdan sonra bir çox insan kilo almağa başlayır. Orta hesabla çəkidə 3-5 kq arası artım olur. Səbəbləri tam olaraq bilinməsə də, məlum məsələdir ki, bir çox insanlarda ailə qurduqdan sonra "artıq bəyənən bəyənib" fikri ilə qidalanmalarına diqqət yetirmirlər.

Toydan öncə gəlinlər istədikləri paltarı geyinmək üçün müxtəlif üsullarla arıqlayırlar, bir tərəfdən də toy təlaşı və atıldıqları yeni həyatın həyacanı öz sözünü deyir.

Evlilikdən sonra isə yeni cütlüyün dəvət aldığı məclislər, qonaqlıqlar daha sonra öz nəticəsini tərəzidə göstərir.

Ve təbii ki, təzə gəlin özünü bacarıqlı göstərmək üçün yeməklərin daha ləzzətli olması üçün aşırı yağdan istifadə edir.

Cütlüklər hər şeyi yarı böləcəyik sözünü təəssüf ki, yemək yeyərkən də tutmağa çalışırlar. Və təbii ki, bəylərin enerji ehtiyacı qadınlardan daha çoxdur. İkinci bir məsələ isə işdən yorğun gəldikləri üçün hazır qidalara üstünlük vermələridir ki, bu da kilo problemini dərinləşdirir. Amma yeməklərin porsiyası eyni olarsa, o zaman xanım kilo almağa başlayar təbii ki.

Bəs nə etmək lazımdır? Məncə, yeni ailələrdə cütlüklər kilo problemini həll etməkdə bir-birinə dəstək olmalıdırlar. Və öz həyat tərzlərində qalıcı dəyişikliklər etməlidirlər. Məsələn, ailə dostları ilə bərabər yarışlar keçirə bilərlər, həftənin müəyyən günlərini yürüyüş günü elan edə bilərlər. Marketdə də təbii ki, daha "ağıllı alış-veriş" etmək önəmlidir .

Düşünürəm ki, ailədə düzgün qida mədəniyyəti formalaşarsa, düzgün qidalanmağı öyrənən hər yeni ailə bunu gələcək nəsilə ötürər.

Hər "kiçik dövlət" sağlam gələcək yetişdirərsə bu, ölkənin hər sahədə sağlam gələcəyi olar deməkdir.

Sağlamlığımızı sağlam ikən qoruyaq, çünki həyatda heç nə və heç vaxt Sizin sağlamlığınızdan daha vacib ola bilməz!

Məlumat dietoloq Tutu Zeynalovaya məxsusdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4099   Tarix: 05 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1252
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 941
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 845
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1096
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1847
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 914
.

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir. xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir. Sarımsağın daxilindək

10.01.2024 1617
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1046
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 500