Yalançı insanı necə müəyyən etməli? – 30 illik agent danışır

Yalançı insanı necə müəyyən etməli? – 30 illik agent danışır30 il Federal Təhlükəsizlik Bürosunda agent kimi çalışmış Mark Buton yalanı müəyyən etməyin yolları ilə bağlı maraqlı açıqlamalar verib.

BiG.AZ AzNews.az-a istinadən xəbər verir ki, "Business İnsider"ə danışan agent bunun üçün insanın danışığındakı uyğunsuzluqlardan əlavə, bədən dilinə nəzər salmağın vacibliyini vurğulayıb. Mark Butin bədən dili dedikdə mimika, jestlər və reaksiyaları nəzərdə tutduğunu da diqqətə çatdırıb.

Agentin sözlərinə görə, insanın suala cavab vermək istəməməsi və onun özünü rahat hiss etməməsi barədə ilk növbədə qaçırdığı gözləri "danışır". Tez-tez qırpılan gözlər (dəqiqədə 5-6 dəfədən daha çox) sübut edir ki, müsahib açıq şəkildə yalan danışır və bu, onun özündə də stress yaradır. Bəzən isə bunun tam əksi yalançını ifşa edir – o, gözünü saniyədən çox yumur. Normal vəziyyətdə göz qırpma 0,1-0,4 saniyə vaxt çəkir. Maraqlıdır ki, sağ əllilər yalan danışarkən yuxarı sağa, hadisənin real xırdalıqlarını xatırlayanda isə yuxarı sola baxırlar. Solaxaylarda isə bu reaksiya tərsinədir.

Ətir və hissiyatla bağlı məsələlərdə sağ əllilər doğru cavab verərkən aşağı sola baxırlar, solaxaylar isə aşağı - sağa.

İstənilən yalandan sadəcə dodaqlarla ifadə olunan xüsusi təbəssüm də xəbər verə bilər. Həqiqətən gülən insanda göz ətrafındakı əzələlər də "işləyir". Yalan onu danışanın özündə narahatlıq yarada bilər və bu, onun üz dərisində xoşagəlməz hiss oyadar. Buna görə də, yalançılar nəyisə səhv danışarkən üzlərinə toxunurlar. Qurumuş dodaqlar yalançıları onları sıxmağa və ya yalamağa vadar edir. Yalanı kənardan bolluca tər tökən və qızaran müsahibdən anlamaq da olduqca asandır.

Yalanın başqa bir əlaməti başın bir tərəfdən digərinə doğru silkələnməsidir: belə olan halda bədən insanın özünün daxilən inkar etdiyi məlumatı xəbər verdiyini göstərir.

Mark Buton bildirir ki, müsahibin fizioloji reaksiyalarını izləyəndə, onun özünü adi hallarda necə apardığını aydınlaşdırmaq lazımdır. Həmçinin, onun hərəkətinin yalanla əlaqəli olmayan xüsusiyyətlərinə diqqət edilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3537   Tarix: 04 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292