Burak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLAR

Burak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARTürkiyənin ən yaraşıqlı və populyar aktyorlarından olan Burak Özçivit bu aralar "Kardeşim benim" adlı filmlə gündəmdədir. Həm prodüserliyini etdiyi, həm də gənc qızların sevimlisi müğənni Murat Bozla birlikdə çəkildiyi üçün hər kəs filmi səbirsizliklə gözləyir. Bu fürsəti qaçırmayan "Hürriyət"in tanınmış müxbiri İzzət Çapa aktyordan maraqlı müsahibə alıb. Sevgilisi Fahriyə Evcənlə Avstriya polisini təşvişə salmaqlarından, çəkiliş meydançasında üzləşdiyi çətinliklərdən, özünə vurğunluğundan danışan aktyor bir çox mövzuda səmimi açıqlamalar verib.

Yaxın günlərdə Bakıya gələcəyi gözlənilən yaraşıqlı aktyorun müsahibəsini Publika.az-ın "Şirin söhbət" layihəsində oxuya bilərsiniz.

- Eşq mövzusunda çəkilən filmlərdən sonra sərt keçid etdiniz. Birdən-birə tamaşaçıları güldürməyə qərar verdiniz. Komediya janrında uğur qazana biləcəyinizə inanırsınız?

- Aktyorun vəzifəsi fərqli rollara bürünməyi bacarmaqdır. İlk dəfə rol aldığım serial da komediya janrında olub. Əslində, real həyatda da əyləncəli, deyib-gülən adamam. Ona görə də, komediya mənə doğmadır.

- Əvvəlcə, müğənnilər Özcan Dənizlə, Mahsun Qırmızıgül kino sahəsinə keçid etdilər. Siz isə prodüserlik edirsiniz. Bu yeni dəbdir?

- Öz işimin rəisi olmaq fikrim yox idi. Ancaq xəyalımdakı işləri reallaşdırmaq üçün öz şirkətimi yaratmalı oldum. Çünki illərdir aldığım film təkliflərinin heç biri ürəyimcə olmurdu. Öz ssenarilərimi yazıb, filmimi ərsəyə gətirməli oldum.

- Yəni, deyirsiniz ki, pul problemim yoxdur, istədiyim filmi çəkərəm?

- Haradadır e, o xoşbəxtlik. Hamısını kredit götürmüşəm.

- Aktyorluq və prodüserlikdən sonra belə görünür, səni yaxında rejissor kimi də təqdim etməli olacağıq.

- Niyə də olmasın. Fotoqrafiya sahəsi üzrə təhsil almışam. Ancaq özümü hazır hiss etmədən rejissorluq kreslosuna əyləşmərəm.

- Üç il öncə də sizdən müsahibə almışdım. Onda deyəcəyiniz sözləri diqqətlə seçirdiniz. İndi sanki bambaşqa adam olmusunuz. Qorxularınızdan xilas oldunuz?

- Məncə, istənilən insanın qorxuları var, ancaq önəmli olan onlarla üzləşə bilməkdir. Bunu bacardıqdan sonra istər-istəməz cəsarətli olursan. Əvvəllər çox sıxılır, hər şeyi problem edirdim. Bu xasiyyətimi tərgitdim. Xəyal gücüm üzündən çox dərd çəkirdim. Çoxlu planlar qurur, onlar həyata keçməyəndə xəyal qırıqlığı yaşayırdım. İndi bilirəm ki, 5 il sonrası üçün xəyal qurmağa ehtiyac yoxdur, anı yaşamaq lazımdır.

- Nə olub? Niyə "Ferrarisini satan rahib" kimi danışırsınız?

- Başa düşdüm, sən məni ələ salırsan (Qəhqəhə çəkir) Ancaq reallıq budur ki, insan 29 yaşdan sonra çox dəyişilir. Əvvəllər deyirdilər ki, "30 yaşdan sonra ruh halın dəyişəcək". Düzü buna inanmırdım. Amma yaşayaraq gördüm ki, doğru imiş. Görmürsən, necə sakit bir insana çevrilmişəm!

- Hansı aktyora, aktrisaya yaxınlaşsam, yerli serialların çox uzunçuluq etdiyindən şikayətlənirlər.

- Həftənin 6 günü, gündə 18 saat çəkiliş meydanında oluram. "Çalıkuşu" 120 dəqiqə çəkirdi, biz yoruluruq deyirdik. "Kara sevda"nın hər seriyası isə 150 dəqiqədir. İndi nə vəziyyətdə olduğumuzu fikirləş.

- Birdən "tükənmişlik sindromu"na yaxalanarsınız..!

- İşimi sevdiyim üçün belə bir təhlükə ilə üzləşəcəyimi zənn etmirəm. Ancaq həm fiziki, həm də zehni baxımdan çox yorulduğumu etiraf etməliyəm.

- Aktyor olmaq çətindir. Bu qədər işlə, sonra da arıq qala bilmək üçün idmana get.

- Yox, qardaş, nə idmanı? İnan ki, idmana belə vaxtım qalmır. Onsuz da buna görə arıqlamışam. Camaat arıqlamaq üçün idman edir, mən isə idmandan uzaqlaşanda arıqlayıram.

- Vaxtsızlıqdan şikayət edirsiniz. Belə çıxır ki, Fahriyənin üzünü belə görmürsünüz. Heç olmasa, məktublaşırsınız?

- Məktublaşmaq sənin dövründə qalıb. Dövr ismarış dövrüdür. Biz çox mesajlaşırıq. Hər ikimiz kino sahəsində fəaliyyət göstərdiyimiz üçün vəziyyətlə barışmaq asan olur. Ancaq Fahriyə daha öncə 150 dəqiqəlik seriala çəkilməyib. Ona görə də, "Sənin işin niyə səhərə kimi çəkir?", - deyə soruşduğu vaxtlar olur.

- Qız haqlıdır.

- Bilirəm. Təkcə Fahriyə yox, dostlarım və ailəm də narahatdırlar.

- İndi əksini düşün, Fahriyə sənə vaxt ayıra bilməsə idi, qısqanclıqdan dəli olmazdın?

- Qısqanclıq etməyi çoxdan tərgitmişəm. Həm də biz bir-birimizi yaxşı tanıyırıq. Aramızda elə problemlər ola bilməz. Üstəlik, Fahriyə insanı başa düşəndir, ondan bir dənədir. Bu arada müsahibənin sonu hara doğru gedir? Bəs ancaq filmdən danışacaqdıq?

- Yaxşı, onda ən sevdiyiniz mövzuya, yəni "siz"ə qayıdaq. Eşitdiyimə görə, gün boyu güzgünün qabağından ayrılmırsınız.

- (Gülür) Çəkiliş meydanında olanda güzgüyə çox baxıram. Nəzərə alsaq ki, milyonların qarşısına çıxırıq, bu, təbii haldır. Normal həyatda təbii ki, güzgü aludəçisi deyiləm.

- Murat Bozla filmdən sonra dostlaşdınız?

- Yox, 7-8 ildir ki, dostuq.

- Murat zarafatcıl adamdır, olmaya bu deyib-gülən halınızı Murada borcluyuq?

- Heç ağlıma gəlməmişdi. Ancaq ola bilər. Muradın ən müsbət keyfiyyətlərindən biri aktyorluq haqqında məlumatlı olmadığını açıq şəkildə deməsidir. Heç utanıb-çəkinmir. Çəkiliş meydanına gələndə dedi ki, "Mən bu işi bilmirəm, mənə kömək edin". Biz də əlimizdən gələni etdik. Qəribə adamdır.

- Muradla film çəkmək haradan ağlınıza gəldi?

- Muradla yemək yeyirdik. Uzun müddətdir ki, üzərində düşündüyüm film layihəsindən bəhs etdim. Mənimlə işləmək istəyib-istəmədiyini soruşdum. Sağ olsun, heç ssenarini oxumadan razılaşdı. Dedi ki, "sənə güvənirəm".

- Eşitdiyimə görə, Vyana şəhərində sevgilinizlə əsl macəra yaşamısınız. Nə baş verib?

- Haradan eşitmisən? Bu hadisə yalnız Avstriya mətbuatında yayımlanıb. Biz də təəccübləndik. Deməli, Fahriyə ilə yeni ili qarşılamaq üçün 2 günlük Vyanaya getmişdik. Gəzib əyləndikdən sonra, orada çəkdirdiyimiz fotoşəkli "Instagram"da paylaşdım. Otelə qayıdanda qapıda ən az 30-40 nəfərin olduğunu gördük. Hamı bizdən avtoqraf istəyirdi. Otel səlahiyyətliləri qələbəliyi yarıb bizi zorla liftə mindirə bildilər. Bir müddət otağımızdan çıxmadıq. Aşağıdan gələn dava-dalaş səslərini eşidirdik. Sən demə, insanlar yanımıza gəlmək istəyirmiş. Otel işçilərinin rəngi qaçmışdı, çox qorxurdular, deyirdilər ki, "buralarda belə şeylər olmur". Qələbəlik daha da böyüyübmüş, ən az 700-800 nəfər varmış.

- Castin Biber kimi adamsınız...

- (Gülür) Bir saat otağımızda gözlədik. Yeni il gecəsi belə küçələrində polisin olmadığı Vyana bizim üzümüzdən qarışdı. Otelə 11 maşınla 65 polis gəldi, qələbəliyi dağıtdılar. Sonra bizi oteldən götürüb hava limanına apardılar. Yolda soruşdular ki. "siz kimsiniz və necə olur ki, burada bu qədər tanınırsınız?" Əslində, biz də bunların necə baş verdiyini bilmirdik. Ancaq polis təşvişə düşmüşdü, çünki şəhərdə əsla belə hadisələr olmurmuş. Bir sözlə, Qanuni Vyananın qapılarına kimi gedə bildi, ancaq şəhəri biz fəth etdik (Gülür).

Burak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLARBurak Özçivit: "Fahriyə bir dənədir" - MÜSAHİBƏ + FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 14979   Tarix: 29 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628