Qripdən qorunmaq istəyənlər mütləq oxusun

Qripdən qorunmaq istəyənlər mütləq oxusunQış aylarında, soyuq günlərdə qrip və soyuqdəymə ən çox rast gəlinən problemlərdəndir.

Türkiyəli burun-boğaz həkimi Tuncay Özçelikin qripdən qorunma yolları və qrip peyvəndi haqqında fikirlərini təqdim edirik.

Soyuqdəymənin əlamətləri

Həkim bildirir ki, hər şey burundan başlayır. Tez-tez burun axması, tıxanması, asqırma və qızdırma müşahidə edilir. Simptomlar 1-5 gün arasında davam edir. Bu xəstəliyin peyvəndi yoxdur və ən çox rast gəlinən infeksiya xəstəliyidir: "Qrip influenza adı verilən virusların səbəb olduğu xəstəlikdir. Bu virusun alt qruplarından olan H1N1 daha çox xalq arasında "donuz qripi" deyilən qrip, H5N1 isə "quş qripi" dediyimiz qripə səbəb olur. Bütün bədən qüvvətdən düşür, öskürək halları başlayır və qızdırma müşahidə edilir. Simptomlar 3-4 gün davam edir. Peyvənd ilə yalnız müəyyən mərhələdə qorunmaq mümkün olur. Buna görə də bu xəstəlikdən qorunmaq vacibdir. Keçicidir, asanlıqla yayılır, eyni vaxtda bir çox insan xəstələnə bilər, daha çox qış aylarında hücuma keçir".

Qrip öskürək, asqıraq, mikroblu əşyalar vasitəsilə və birbaşa təmas nəticəsində keçir. Qripə yoluxduqdan 1-3 gün müddətində qızdırma 38-39 arası, titrəmə, halsızlıq, yorğunluq, iştahsızlıq, boğaz və baş ağrısı, bütün bədənə yayılan əzələ ağrıları, ürək bulanma, qusma, ağız suyunun axması, gözlərdə qırmızılıq və yanma, burun axması kimi əlamətlər ortaya çıxır.

T. Özçelik deyir ki, xəstəlik başladıqdan sonra 7 gün müddətində keçicilik qabiliyyətini saxlayır: "Xəstəliyin yüngül formasında qızdırma 38-dən az olur, quru öskürək, boğaz ağrısı, burun axması, baş ağrısı, halsızlıq müşahidə edilir. Xəstəlik bir həftə davam edir. Qripin ağır formasında isə nəfəs yolları tıxanır, xəstə insan tez-tez nəfəs alıb-vermək məcburiyyətində qalır, yaddaş zəifləyir, danışmaqda çətinlik çəkir. Bu cür vəziyyətdə xəstəlik daha uzun zaman davam edir, ən pis halda ölümə səbəb olur".

Şiddətli qrip sətəlcəm, bronxit, sinüsit, orta qulaq iltihabı və badamcıq iltihabı kimi problemlərə yol açır. Xroniki xəstəliklərdə tutma – astma krizisi, epilepsiya, diabet koması və s. baş verə bilər. Hətta ürək əzələsi tutulması, keçici iflic, şok, vaxtından əvvəl doğuş və uşaq salma kimi problemlər də yarada bilər.

Müalicəsi

Xəstəliyini yüngül keçirən bir çox insana daha çox simptomları aradan qaldırmaq üçün müalicə təyin edilir. Məsələn, yataq istirahəti, ağrıkəsici, qızdırma salmaq, bol maye qəbulu, vitaminlərlə zəngin pəhriz və s. Əgər ağır əlamətlər müşahidə edilirsə, mütləq həkimə müraciət edilməli və onun təyin etdiyi müalicə aparılmalıdır. Risk qrupunda olan və qripin ağır formasını yaşayanlar üçün həkim dərman müalicəsi təyin edir. Həkim qripdən qorunmaq üçün aşağıdakı tədbirlərin görülməsini məsləhət bilir:

1. Otaqlar tez-tez havalandırılmalıdır. Otağa mütləq günəş işığı daxil olmalıdır.
2. Xəstə insanla yaxın təmasdan qaçmaq lazımdır.
3. Xəstə öskürən zaman ağzını və burnunu dəsmalla tutmalıdır, sonra həmin dəsmal atılmalıdır. Əllər tez-tez yuyulmalı və sabunla təmizlənməlidir. Əllər spirt tərkibli maddələrlə də dizinfeksiya edilə bilər.
4. Əllər yuyulduqdan sonra kağız dəsmalla silinməlidir. Hər kəsin əl dəsmalı ayrı olmalıdır.
5. Mümkündürsə, xəstə ilə eyni stolda yemək yeməkdən çəkinmək lazımdır.

Qrip peyvəndi

1. Qripdən qorunmaq üçün xüsusən də risk qrupundakı insanlar (ağciyər, ürək-damar xəstəliyi olanlar xaric), böyrək və qaraciyər çatışmazlığı, şəkər, qan, sinir xəstəliyi, immunitet sistemi çökən insanlar peyvənd etdirə bilərlər.
2. Peyvəndin təsiri vurulandan sonra 10-14 gün müddətində başlayır. Peyvəndin H1N1 virusundan 70-80 faiz qoruduğu deyilir.
3. Peyvənd 9 yaş və aşağı olan uşaqlara 2 doza, 10 yaş və yuxarı olanlara 1 doza vurulur. İki doza arasında fasilə 3 həftə olmalıdır. 6 ay və daha balaca uşaqlara qrip peyvəndi edilmir. Çünki onların immunitet sistemi hələ möhkəmlənməyib. Hamiləlik zamanı və əmizdirmə vaxtı həkimin nəzarəti və məsləhəti ilə qrip peyvəndi edilə bilər.
4. Qrip peyvəndi digər peyvəndlərlə eyni və ya fərqli günlərdə tətbiq edilə bilər. Peyvəndlərin vaxtı gecikdirilməməlidir.
5. Qrip peyvəndinin də əks təsirləri var. Lakin bunların çoxu peyvənd edilən bölgədə qızartı, şişlik, bərklik, ağrı, yorğunluq, baş ağrısı, tərləmə, əzələ ağrısı kimi lokal və yüngül təsirlər ola bilər. Bu zaman heç bir müdaxilə etməyinizə ehtiyac yoxdur. Əlamətlər öz-özünə yoxa çıxır.

Peyvənd bu hallarda edilmir:

1. Yumurta yedikdə şoka düşəcək qədər ağır allergiya zamanı
2. Əvvəlki qrip peyvəndi zamanı şoka düşəcək dərəcədə ağır allergik müşahidələr zamanı
3. Sinir sistemi zəifliyi sindromu yaşayanlara(aile.lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2699   Tarix: 23 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367