Bakı Metropoliteninin "Dərnəgül" stansiyası açıldı [Foto]

Bakı Metropoliteninin Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Paytaxt ictimaiyyətinin nümayəndələri, Bakı Metropoliteninin əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına məlumat verdilər ki, "Dərnəgül" stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. Metronun "Dərnəgül" də daxil olmaqla üç stansiya və bir depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanmışdır. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılmış, 2006-cı ilin noyabrında bərpa olunmuşdur.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya stansiyada gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüldə quraşdırılmış sensorlu interaktiv sorğu köşkü barədə ətraflı məlumat verildi.

Diqqətə çatdırıldı ki, müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə müasirliyə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilmişdir.

Dövlətimizin başçısı və xanımı Bakı Metropolitenin inkişafına ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını, əvvəlki illərdə "Nəsimi", "Azadlıq prospekti" stansiyalarının və "28 May" stansiyasının ikinci çıxışının Prezident İlham Əliyev tərəfindən açılışlarını əks etdirən filmə baxdılar. Filmdə, həmçinin yeni tunellərin qazılmasında və inşasında istifadə ediləcək Almaniya istehsalı olan ən müasir texnikalar barədə də ətraflı söhbət açıldı.

Stansiya ilə tanışlıq zamanı bildirildi ki, sütunsuz tağvari sərnişin platforması Almaniyanın "Durlum" şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış vardır. Stansiyanı elektrik enerjisi ilə 10 kilovatlıq yarımstansiya təchiz edəcəkdir.

"Dərnəgül" stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Bundan başqa, marşrut istiqamətlərini göstərən rəqəmsal elektron plazma tablolarından istifadə olunmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ilk dəfə olaraq Bakı metropolitenində "SOS" həyəcan sistemi tətbiq olunmuşdur. Bütün stansiyalarda olduğu kimi, "Dərnəgül"də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunmuşdur. Bu sistemlər metropolitenin, eləcə də sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.

Bildirildi ki, stansiyanın ətrafındakı 10,2 hektarlıq ərazidə yeni park salınmış, abadlıq və yaşıllaşdırma işləri görülmüş, sel suları üçün kanalizasiya sistemi tikilmiş, su kəməri çəkilmişdir.

Sonra Prezident İlham Əliyev Binəqədi rayon ictimaiyyətinin nümayəndələri və Bakı Metropoliteninin əməkdaşları ilə görüşərək yeni stansiyanın açılışı münasibətilə onları təbrik etdi.
Binəqədi rayonu ictimaiyyətinin nümayəndələri və Bakı Metropoliteninin əməkdaşları göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.

Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin Bakı Metropoliteninin


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7798   Tarix: 30 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281