Nardaran sakinlərinə kompensasiya verilir

Nardaran sakinlərinə kompensasiya verilirBakının Nardaran qəsəbəsində iki küçənin yenidən qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsinə görə yaşayış və obyekt sahələrinin sahiblərinə kompensasiya verilməsinə başlanıb.

Nəqliyyat Nazirliyinin "Azəryolsevis" ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında deyib ki, ilkin olaraq hazırda yenidənqurma işlərinin aparıldığı Abşeron küçəsində obyekt və yaşayış sahələrinin sahiblərinə kompensasiya verilir.

Abşeron küçəsində yenidənqurmanın sürətli aparılması üçün layihələndirmə, söküntü və tikinti işləri paralel aparılır. İlkin siyahıya alınma zamanı bu küçədə yolun tikintisi altına düşən 96 təsərrüfat qeyd alınıb, söküntü və tikinti işləri eyni zamanda aparıldığı üçün yekun siyahı sonda məlum olacaq. Qeydə alınan 96 təsərrüfatdan 21-i yaşayış evidir. Bu yaşayış evlərindən 7-i ilə bağlı artıq kompensasiya ödənilib, bu gün də 4 yaşayış evi ilə əlaqədar kompensasiya veriləcək. Kompensasiyalar ilkin olaraq yaşayış evləri, sonrakı mərhələdə isə həyət, yardımçı sahələr, hasarlar üçün veriləcək.

Daşınmaz əmlakın təyinatından asılı olaraq, kompensasiyanın miqdarı və vəsaitin ayrılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir, "Azəryolsevis" ASC sadəcə, daşınmaz əmlakla bağlı sənədləri toplayaraqMaliyyə Nazirliyinə təqdim edir. Yaşayış sahələrinin məxsus olduğu şəxsin adına bankda hesab açılır və vəsait həmin hesaba köçürülür. Kompensasiyaların miqdarına gəlincə, daşınmaz əmlakın təyinatından asılı olaraq 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat verilir.

A. Nəcəfli bildirib ki, Abşeron küçəsinin sakinlərinə kompensasiyaların verilməsi prosesi başa çatandan sonra Nəsrulla Əsgərov küçəsində yolun tikintisi altına düşən yaşyış və obyekt sahələrinin sahiblərinə kompensasiya verilməsinə başlanacaq.

Qeyd edək ki, Nardaran qəsəbəsində ilkin olaraq Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması planlaşdırılır. Yenidən qurulacaq iki küçənin ümumi uzunluğu 3 kilometrə yaxındır. Küçələrin biri 18, digəri 14 metr enində genişləndiriləcək. Hazırda genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Abşeron küçəsində hər iki istiqamət üzrə 1,25 metr enində, Nəsrulla Əsgərov küçəsində isə hər iki istiqamət üzrə 1 metr enində səkilərin də tikilməsi nəzərdə tutulub. Həmçinin işıqlandırma sistemi və yeraltı kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 06 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140