"Ən böyük məbləğ məndədir" - Xalq artisti - MÜSAHİBƏ

"Ən böyük məbləğ məndədir" - Xalq artisti - MÜSAHİBƏXalq artisti Faiq Ağayevin BiG.AZ-a müsahibəsini təqdim edirik:

-Faiq Ağayev, 2015-ci ili necə xatırlayacaq?

- Çox davakar il idi. Gah sillə, gah cırmaq, gah şapalaq nəsə dəyirdi elə bizə. (gülür-red ) Qurtarsın getsin... Amma bu il böyük uğurlarımız da olub. O böyüklükdə Avropa Oyunlarını keçirdik. Sevincli xəbərlərimiz də oldu. Amma ilin sonu çox ağır gəldi. Ölkə və fərd olaraq ağırdı. Çətin bir ildi. Ona görə də mən dözüm arzulamaq istəmirəm, həm də uğur arzulamaq istəyirəm. Arzu edirəm ki, 2016-cı ildə Allah sevinmək üçün çoxlu səbəb göndərsin ki, bu ilin çətinliklərini geridə qoyaq.

- Vergilər Nazirliyi şou-biznes üzvlərini silkələdi…Bəs sizə necə təsir etdi?

- Mən bunu fəxarət, qürurla söyləyirəm, Azəbaycan müğənniləri arasında ən böyük məbləğ məndədir. Eşitdim ki, bəzi həmkarlarımın vergi ilə bağlı problemləri olub. Amma mənim heç bir problemim yoxdur. Vaxtı-vaxtında ödəmişəm və ödəyirəm. Bilirsiniz ki, bizim qazanc həddimizi qaldırdılar. Mənə elə gəlir ki, şəffaf şəkildə indi işləmək çətin deyil. 200 min qazanmaq üçün il ərzində 20-25 toy olmalıdır. O da ki, heç kim o qədər toya gedə bilməz.

-Şou-biznesi yaradanlar arasında həmişə sizin adınız var. Kişilər arasında nədənsə başqa ad çəkilmir.

- Yeni-yeni səhnəyə çıxan kişi müğənnilərin yeməyinə zəhər qatsaydım Faiq Ağayev olmazdım. Mən zəhər qatmıram. Bəs nəyə görə şou-biznesdə ortaya çıxmırlar? Bunu da bilmirəm. Birdən qırmızı pencək geyinərəm nə deyərlər, sənətdəyəm mən bunu etsəm nə deyərlər anlamı yoxdur. Siz indi məni bu geyimdə görürsünüzsə, mağazaya alış-verişə gedəndə, avtomobili yanacaq doldurma mntəqəsinə aparanda tam başqa cür geyinirəm. Orda cəmiyyətin tələblərini nəzərə alıram. Amma səhnədə tamaşaçıdan qorxub, çəkinmirəm. Nə qədər tamaşaçıdan qorxursansa, bir o qədər onun üçün maraqsızsan. Əsas səbəb budur. Əgər 21-ci əsrdirsə, həm sənətçilər, həm tamaşaçılar dəb musiqisini, və yaxud uğurlu şərq musiqisidirsə, orada qalstuk pençəkdə olan adamlar çox azdır. Ona görə çılğın bir musiqini eşidəndə həmkarımızn ifasında ona uyğun geyim görməyəndə təəssüflənirəm. Belə şeylər var. Hər şeyi düzgün ölçülmüş etmək mümkündür. Azərbaycanda klipdə yataq səhnəsini ilk dəfə mən etmişəm. Sənətçi üçün azadlıq çox vacibdir. Amma bunu çox qabartmaqdan gəlin danışmayaq. İçkini də çox içəndə adamın halı pisləşir. Ürkək bir vəziyyətdədirlər ki , indi yıxılarlar. Qorxmayan bir insanı tamaşaçı sevir.

-Faiq Ağayevi kim belə qorxmaz biri olaraq yaratdı?
- Prodüsserim heç vaxt olmayıb. Menecerlərim olub. Müğənni kimi mən özüm özümü yaratmışam. Azərbaycan estradası üçün əvəzolunmaz prodüsserlərdən Vaqif Gərayzadə, Namiq Qafarov, Asif Kərimlinin adlarını çəkə bilərəm. Aygün Kazımovanı müğənni kimi tapıb kəşf edən də, elə Vaqif Gərayzadə olub. İndi hərə özü-özünə görə ayrı-ayrılıqda mübarizə aparır. Amma Sovet vaxtı prodüsser hökumət idi.

-2016-cı ili necə qarşılayacaqsınız?
-Gedib anama baş çəkəcəm. Sonra da həmişə olduğu kimi səhnədə...


Mirvari Nəcəf


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 7912   Tarix: 25 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922