Qıtlıq dövründə şor, makaron, kartof yeyin... — Ekspertlərdən məsləhət

Qıtlıq dövründə şor, makaron, kartof yeyin... — Ekspertlərdən məsləhət2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri kəskin düşməyə başladı. İqtisadiyyatı neft ixracı üzrənidə qurulan bir sıra dövlətlər, o cümlədən Azərbaycan bunun acı fəsadlarını qısa müddətdə hiss etdi.

Digər tərəfdən, Rusiyaya qarşı Qərbin sankisyalar tətbiq etməsi də "domino effekti"nə uyğun olaraq bir sıra ölkələrin iqtisadiyyatına təsir göstərdi. Çünki kəskin ucuzlaşan Rusiya rublu qonşu valyutalara da təzyiqi artırdı.

Eyni zamanda, İrana qaşrı sanksiyaların götürülməsi və onların neftinin 2016-cı ildə dünya bazarına çıxarılması da enerji daşıyıcılarının qiymətlərində kəskin azalmaların olacağı proqnozlarını verir.

2015-ci ildə buna uyğun olaraq Azərbaycan manatı iki dəfə devalvasiyaya uğradı və milli valyutaları kəskin ucuzlaşan ölkələr siyahısında isə liderlik əldə etdi. Azərbaycan manatı bu il 98 faiz devalvasiyaya məruz qaldı.

21 dekabr devalvasiyasından sonra isə artıq bir sıra ərzaq və qeyri-ərzaq məhsullarında artımlar müşahidə edilir. İnsanlar qısa müddətdə qiymətlərin daha kəskin qalxacağından ehtiyatlanaraq marketlərə axışır, bir neçə aylıq ərzaqlarını əvvəlcədən almağa çalışırlar.

Son baş verən proseslər fonunda qiymətlərin qalxması labüddür, belə olduqda isə aldığı məvaciblə bazar qiymətləri üst-üstə düşməyən əhali bir sıra ərzaq məhsullarından imtina etmək məcburiyyətində qalacaq. Bu isə bir növ əvvəlki illərdə yaşanan aclıq və qıtlıq dövrünü xatırladır. İkinci Dünya Müharibəsi illərində yaşanan aclıq haqqında nənə-babalarımızdan çox şeylər etşimişik.

SSRİ-nin dağılmasından sonra da bir sıra müəssisələrin bağlanması nəticəsində xeyli insan işsiz qalmışdı, qıtlıq yaşanmışdı. Bunun nəticəsində ailələr gündəlik təlabatlarını qarşılayamayacaq durumda idilər. Görünən odur ki, bizi qarşıda yenidən oxşar zamanlar gözləyir.

BiG.AZ bildirir ki, Modern.az saytının əməkdaşı aclıq və qıtlıq dövründə hansı yeməkləri yeyə biləcəyimizi araşdırmağa çalışıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, aclıq dövründə və müharibə illərində insanlar daha çox süd məhsulları – şor, pendir, qatıq, eləcə də göyərtilərdən istifadə edib, gündəlik tələbatlarında ət və ət məhsullarını isə məhdudlaşdırıb.

"Aclıq dövrləri bizim zamanımızdan çox da uzaqda deyil. Nənə-babalarımız bu haqda bizə çox danışıblar. Bildirirdilər ki, o vaxtlar kənd yerlərində sağ qalmaq və qidalanmanı təmin etmək üçün keçi saxlayırmışlar Çünki keçi çox süd verən heyvandır. Onu saxlamaq da çox çətin deyil. Keçisi olmayanlar fermalardan oğurluq edirmişlər. Murad adında bir kişinin mənə danışdığına görə, o qədər ac olub ki, gedib fermada qoyunun əmcəyindən süd əmirmiş. Və bir həftdədən çox gecələr qoyunların arasında gizlənib, qarnını doyuzdurub. Ümumiyyətlə, aclıq dövründə insanlar əllərinə nə keçirdisə, yeyirdilər".

E.Hüseynov bildirib ki, qıtlıq dövründə ən çox istifadə olunan qidalar tez tapılan və nisbətən ucuz qidalardır.

"Bunlar göyərti və süd məhsullarıdır. Kartof isə çörəyi əvəz edən qidadır. Bildiyimiz kimi, qıtlıq dövründə çörək gec tapılan bir qida olur. Ona görə çörəyi əvəz edən qida kartof sayılır".

Ekspert insanlara qənaəti yaddan çıxarmamağı məsləhət görüb. Deyib ki, qarşıdakı ildə vəziyyət daha pisləşə bilər, ona görə də maksimum qənaət etmək, bahalı pal-paltardan, qidalardan uzaq qaçmaq lazımdır.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirib ki, uzun müddət acmamaq, tox qalmaq üçün çörək və makarondan istifadə etmək məqsədəuyğundur.

"Hazırda aclıq dövrü deyil və belə bir şey gözlənilmir. Aclığın qarşısını almaq üçün öncə şəkərli yeməklərdən istifadə olunur. Şirinçay, bal, bəhməz kimi şirin qidalar istifadə olunmalıdır. Amma bunlar bahalı olduğu üçün ucuz və keyfiyyətli qida olaraq çörək və makaron istifadə olunur".

T.Əmiraslanov qeyd edib ki, daha uzun müddətli acmamaq üçün çörək, makaron, və kartofdan istifadə olunmalıdır.

"Bəzi qidalar var ki, onlar daha tez tapılır və kefiyyətlidir. Məsələn, kartof tez tapılan və daha gec acdıran nisbətən ucuz bir qidadır. Bu səbəbdən kartof müharibə dövründə "ikinci çörək" adlandırılıb".

Belə... Ekspertlərin məsləhindən sonra qıtlıq dövrünün qıdalarını bu cür sıralaya bilərik: şor, pendir, qatıq, göyərtilər, kartof, makaron...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1841   Tarix: 24 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1231
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1206
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 401
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 820
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 303
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1141
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1287
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 511
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1709