Siqaretin qiyməti qalxdı

Siqaretin qiyməti qalxdıBütün şirkət və firmalar bu gündən pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb.

BiG.AZ Virtualaz.org saytına istinadən xəbər verir ki, hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki, ilk olaraq "Azərsun" firması məhsul satışını dayandırıb.

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindəki topdansatış mərkəzlərində qiymətlər artırılmayıb. Lakin firmalar məhsul sifarişi qəbul etməyib.

Topdansatış mərkəzinin satıcısı Samir Ağayevin sözlərinə görə, bu gündən "Ankor", "Avrovest", "Bakxolodelnik" firmaları sifariş qəbul etməyib. Həmçinin siqaret və alkoqollu içkilərin satışı da dayandırılıb: "Bu gün "Siyəzən", "Səba", "Giləzi" firmalarından toyuq və toyuq əti, yumurta gətirilib. Amma sifariş dünəndən verildiyindən qiymətlərin artırılıb-artırılmayacağını bilmirik. Hazırda toyuq və toyuq ətinin qiyməti 2 manat 30 qəpik-3 manat 30 qəpik arasındadır. Yumurtanın bir ədədini isə 13 qəpikdən satırıq. Sabahdan qiymətlərin 50 faiz artırılacağını güman edirik".

Hazırda topdansatış mərkəzlərində mal ətinin qiyməti 5 manat 50 qəpikdir. Satıcılar sabahdan mal ətinin 7 manat 30 qəpiyədək bahalaşacağını deyirlər: "Mal ətini yerli firmalardan alırıq. Bu gün əlaqə saxladıq, sabahdan qiymətlər 2 manat 50 qəpik bahalaşacaq. Yumurta isə 15 qəpikdən veriləcək".

Firmalar siqaretin satışını dayandırdığı üçün topdansatış mərkəzlərində siqaret qıtlığı yaranıb.

Digər topdansatış mərkəzinin satıcı Aqşin Məmmədovun sözlərinə görə, siqaretlərin 50 faizədək bahalaşacağı deyilir, amma firmalar hələlik heç bir açıqlama vermirlər: "Xaricdən gətirilən spirtli içkilərin də satışı dayandırılıb. Bu gün pivə, araq sifarişimizi qəbul etmədilər. Satışda siqaret də yoxdur. Səhər saatlarında bütün siqaretlər satıldı".

"Fresko" ticarət mərkəzində qiymətlər hələlik dəyişməyib. Ancaq firmalar satışı dayandırdığından bahalaşma olacağı şübhəsizdir.

Mağazanın adını açıqlamayan satıcısı qiymətlərin sabahdan dəyişəcəyini dedi: "Firmaların qərarını gözləyirik. Yəqin ki, sabahdan yeni qiymətlər olacaq".

Qeyd edək ki, "Fresko"da da siqaret satılmır. Kassadan siqaretlərin satılıb qurtardığını dedilər.

Maraqlıdır ki, artıq köşklərdə də siqaret satışı dayandırılıb. Hətta vitrində siqaret olsa da satılmır.

"Bazar Store" ticarət mərkəzində də vəziyyət fərqli deyil. Firmalar qiymətləri müəyyənləşdirmədiyindən satıcılar bahalaşmanın neçə faiz olacağını bilmirlər.

Onu da qeyd edək ki, həm topdansatış mərkəzlərində, həm də mağazalarda alıcı sıxlığı müşahidə olunur. Belə ki, kassaların qarşısında apardığımız müşahidələrə görə, əksəriyyət yuyucu tozlar, makaron, qənd, şəkər, çay, un, düyü alır.

Məişət texnikası bazarında isə satış ümumiyyətlə dayandırılıb. Yalnız "Bakcell"in rəsmi dilerində telefon satışı aparılır. Məsələn, metronun "28 may" stansiyasının yaxınlığındakı mağazada telefon almaq olar. Amma bu gündən qiymətlər 50 faiz artır.

"Kontakt" mağazasından isə bildirdilər ki, satışı dayandırıblar: "Qiymətlər tam müəyyənləşdiriləndən sonra mağazalar işləyəcək. Hələlik bir neçə gün işləməyəcəyik". "İrshad Telecom", "Bakcell", "Azercell", "Music Gallery", "Baku Electronics" və digər mağazalarda da satış yoxdur.

İstilik sistemləri avadanlıqları (kombi) mağazalarında da satış dayandırılıb. Dərnəgül qəsəbəsindəki kombi mağazalarının qapısına qıfıl vurulub.

Manatın ucuzlaşması hələlik geyim mallarına təsir etməyib. Lakin endirimlər ləğv edilib. Məsələn, "28 May" yeraltı ticarət mərkəzindəki mağazaların üzərindəki "endirim" sözləri silinməyə başlayıb.

Siqaretin qiyməti qalxdıSiqaretin qiyməti qalxdıSiqaretin qiyməti qalxdıSiqaretin qiyməti qalxdıSiqaretin qiyməti qalxdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 4093   Tarix: 21 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745