Putinin sirri açıldı - Sensasion müsahibə, video

Putinin sirri açıldı - Sensasion müsahibə, video

Keçmiş sovet kəşfiyyatçısı, hazırda Amerikada yaşayan və maliyyə analitiki kimi tanınan Yuri Şvets sensassiyalı müsahibə ilə gündəmə gəlib.

Cebhe.info xəbər verir ki, “QORDON”a müsahibəsində eks-kəşfiyyatçı Rusiya prezidenti Putinlə bağlı iddialı fikirlər səsləndirib.

Əslən Ukraynadan olan bu şəxs KQB-nin Baş İdarəsinin keçmiş zabitidir. Andropov adına Xarici Kəşfiyyat İnstitutunun məzunu olan Şvets 1980-cı ildə - “soyuq müharibə” dövrndə Amerikada işləyib. O, bu ölkədə SSRİ Teleqraf Agentliyi olan “TACC”ın “müxbiri” idi. Əslində isə Amerikanın SSRİ-yə nüvə hücumunu araşdırmaqla məşğul olurdu.

1990-cı ildə onu vəzifədən azad etdilər. 3 il sonra o, Amerikaya mühacirət etdi və burda özünün “Vaşinqton kəşfiyyatı: Amerikadakı casus həyatım” adlı kitab nəşr etdirdi. Hazırda o, Amerikada tanınmış şirkətə rəhbərlik edir. Onun rəhbəri olduğu şirkət keçmiş SSRİ də daxil olmaqla bir sıra ölkələrdə daşınmaz əmlak bazarını araşdırır və məsləhətlər verir. Yuri Şvets Londonda Fedaral Təhqiqatlr Bürosunun keçmiş zabiti Aleksandr Latvienkonun işi ilə bağlı prosesdə əsas şahidlərdən biridir.

Putinin sirri açıldı - Sensasion müsahibə, video

– Doğrudur ki, siz Putinlə Andropov adına İnstitutda bir yerdə oxumusunuz?

– Bu məlumat Rusiyanın xarici kəşfiyyat xdmətinin saytında 2001-ci ildə peyda olub. Orda bildirilirdi ki, mən satqınam, KQB haqqında olmayanları danışıram. Mötərizədə isə yazılırdı ki, 80-cı illərdə mən Putinlə bərabər KQB Akademiyasında həmkurs olmuşam.

– Niyə Rusiya xüsusi xidmət orqanlarına siz məhz 2001-ci ildə lazım olmuşdunuz?

– Bu haqda heç bir fikrim yoxdur. Məni postsovt Rusiyası ilə heç nə birləşdirmirdi. Mənim hətta Rusiya pasportum da yox idi. 1993-cü ildə Amerikaya getmişdim. 3 il sonra isə kitabım çıxmışdı. Kitab çıxan kimi Rusiyada mərəkə qopdu. Şvets bütün sirləri açıb. Hansı sirlərdən söhbət gedirdi? Bir halda ki, SSRİ çoxdan dağılmışdı. Dövlət Təhlükəsizlik Komitəsi yox idi, KQB sədri Kryuçkov isə 1991-ci ildə dövlət çevrilişinə cəhdə görə həbsdə yatırdı.

- Bəlkə mərəkə ona görə qopdu ki, siz kəşfiyyatçı Putinin keçmişi haqqında kifayət qədər çox şey bildirdiniz?

– Putin heç bir vaxt kəşfiyyatçı olmayıb.

- Ancaq prezidentin rəsmi tərcümyi-halında yazılıb ki, o, Leninqradda əks-kəşfiyyatçı olub. Daha sonra isə Almaniyada xidmət edib.

– Putin Andropov adına İnstitutu bitirdikdən sonra onu Leninqrada göndərdilər. Bu, “Siz kimsiniz, cənab Putin?” sualına cavab tapmaq üçün olduqca vacib məqamdır. Andropov adına İnstituta düşmək çox çətin idi. Ancaq əgər ora düşdünsə səni 99,9 faiz ehtimalla kəşfiyyata yönləndirəcəklər. Ukrayna və keçmiş respublikalardan olanlar istisna olmaqla. Onları milli kadr hazırlığı üçün Moskvaya göndərir və bu mərhələdən sonra geri qaytarırdılar. Leninqrad isə başqa məsələdir. Mənimlə bu şəhərdən olan uşaqlar oxuyurdu, onlar KQB-nin baş idarəsinə düşmüşdülər, amma Putin yox.

– Niyə..?

– Bütün miflərin tam əksi olaraq kəşfiyyata təkcə Ceyms Bondlar düşmür. Belələrini barmaqla saymaq olardı. KQB-nin Baş İdarəsini əsas heyətini orta analitik qabiliyyətli və adekvat psixoloji xarakteristikaya malik əməkdşalar təşkil edirdi. Burda açar söz “orta”dır. Ancaq Putinin kəşfiyyata yox, Leninqrada göndərilməsi o demək idi ki, onun qabiliyyətləri hətta ortadan da az idi. Təhsil müddətində Putin başqa şəhərdən gələn biri kimi qapalı obyektdə yaşadı. Bu obyekt şəhərdən kənarda yerləşirdi. Meşənin içində idi və hündür hasarla əhatə olunmuşdu. Rusiyanın gələcək rezidenti orda günün 24 saatını keçirirdi, bir il ərzində o hər gün 24 saat orda oldu. Andropov adına İnstitutda ancaq öyrətmirdilər, orda həm də tələbələri öyrənirdilər. Bilmək istəyirdilər ki, bu tələbə kəşfiyyata yarayır, yoxsa yox? Putini də bir il ərzində belə öyrəndilər. Bunu dünyadakı heç bir laboratoriya etmir. Nəticədə onu xarici kəşfiyyata yox, Leninqrad vilayətinə göndərdilər.

– Ancaq Sovet İttifaqında Moskvadan sonra ikinci şəhər Leninqrad idi. Siz niyə ora xidmətə belə münasibət bəsləyirsiniz?

– Leninqrad idarəsi tipik KQB ofisi idi. Başqa şəhərlərdəki KQB ofislərindən heç nə ilə fərqlənmirdi. İdeyaya əsasən, əməkdaşlar əcnəbi casus ovlamalı idilər, ancaq onlar heç nə ilə məşğul olmurdular. Bütün dünyada KQB-nin ofislərindəki qədər adam yox idi. Leninqradda Putin boş-boş işlərlə məşğul olurdu.

Putinin sirri açıldı - Sensasion müsahibə, video

- Ancaq 1985-ci ildə Putini Şərqi Almaniyaya göndərdilər. Onun rəsmi tərcümeyi-halına görə, Putin Drezdendə xidmət edib və orda SSRİ-Almaniya Dosltuq Evinin direktoru adı altında fəaliyyət göstərib.

– Almaniya Demokratik Respublikasında KQB-nin rezidensiyası yox idi. Dövlət Təhlükəsizlik Komtəsi orda iş aparmırdı. Çünki ümumilikdə sosialist ölkələrdə bu iş aparılmırdı. Almaniya da o zaman SSRİ-yə dost ölkələrdən biri idi. Şərqi almanların özlərinəməxsis gözəl agent şəbəkəsi var idi. Əsas o idi ki, onlara mane olmayasan, onlar öz işlərini görəcək və Moskvaya hesabat verəcəkdilər. Rezidentura bir dövlətin başqa bir ölkənin ərazisində konspirativ iqamətgahı deməkdir. Bildiyim qədəri iə Almaniyada bu yox idi. Əvəzində Berlin, Drezden və başqa bir şəhərdə KQB-nin rəsmi nümayəndəliyi var idi. Niyə? Çünki SSRİ zamanında xaricə getmək əsl hadisə idi. Və KQB ərazi bölmələrinin əməkdaşlarına əsl bayram hədiyyəsi bəxş edirdilər. KQB zabitlərini bir neçə illiyə Almaniyaya göndərirdilər. Onlar da ya vətənə alman fotoaparatları iıə qayıdır, ya da Madonna qab-qacağı gətirirdilər. Bu iki əşya onların Almaniyadakı fəaliyyətinin yeganə atributu idi. Putin də məhz bununla məşğul olub. Onun rəhbərlik etdiyi dostluq evinin işi Moskvadan gələn yüksək vəzifəli yoldaşları qəbul etmək, yedirmək, mağazaları gəzdirmək, onların hissiyyatsız bədənini tayyarəyə qoyub geri gndərmək idi. Budur Putinin Almaniyadakı əsas fəaliyyəti. Putini KQB-də indi də “Botoks” deyə çağırırlar.

- Siz israr edirsiniz ki, Putinin xidmət zamanı qabiliyyəti ortadan da aşağı olub və əsl kəşfiyyatla heç bir əlaqəsi yoxdur.

– Mən bunu israr etmirəm. Bunun onun saxta olmayan, əsl tərcümeyi-halı göstərir. Putinin Andropov adına İnstitutdan Leninqrada göndərilməsi birmənalı diaqnozdur. Təhsil illərində onu onlarla müəllim, peşəkar təlimatçılar öyrənmişdilər, onların hər biri təhsili bitirdikdən sonra onun barəsində xaraktristika yazmışdı. Mən bu xarakteristikalardan bir neçəsini görmüşəm. Bunlar əslində analitik təhqiqatdır, şəxsin psixoloji və intllktual bacarıqlarını əks etdirir. Bilirsiniz də, insanın ləqəbi onun haqqında çox şey dyir. İndi Putini KQB-də “Botoks” deyə çağırırlar.

– Ukraynada da Rusiya prezidentinin ləqəbi var…

- Bilirəm, Putin-la-la-la. Krımda döyüşən ruslar qayıtdıqdan sonra Yekatirinadan soyadlarına əlavələr alırdılar- Suvorov-Rımkinski, Rumyantsv-Zadunayski kimi. Putin də Krım əməliyyatına görə ləqəb aldı.

Mən Putini yaxşı tanıyan insanlarla söhbət etmişəm. Onlar onu prezident olana qədər yaxşı tanıyırdılar. O kompleksləri ilə tanınan adam idi. Öz balaca boyunu demək olar ki, öldürdü. Natamamlıq kompleksi onun bütün vucdunda və üzündə əks olunur. Belə adamı xaricə kəşfiyyatçı göndərmək olmazdı. Çünki onun sifətində yazılmışdı: “Məni alın”. O, buna görə KQB-yə getdi, dzüdo ilə məşğul oldu ki, natamamlıq kompleksini kompensasiya etsin. Bilmirəm idmanda necədir, amma KQB-də onun işləri alınmadı.

Putinin sirri açıldı - Sensasion müsahibə, video

– Ancaq bütün bunlara rəğmən həmkurslarından fərqli olaraq məhz Putin 15 ildir dünyanın ən böyük dövlətlərindən birinə rəhbərlik edir.

– Bu, keçmiş SSRİ-nin, indi isə Rusiyanın yorğun ənənəsidir. 1953-cü ildə Nikita Xruşovun Mərkəzi Komiyətə baş katib təyin etdilər. Axı o, tamamilə ağılsız idi. Onu marionetka kimi qoydular, arxasında isə çox ciddi adamlar idarə edirdi. Yumşaq Brejnevi də bu məqsədlə gətirmişdilər, bir neşə il sonra onu “dəmir Şurik” Aleksandr Şelepin əvəzləməli idi. Hamiya müqəvva lazim idi- indi qoyuruq, bir neçə il sonra götürərik. Nəticədə bir neçə il 18 ilə çevrildi. Putinlə də həmin hadisə baş verdi. Onu da sözəbəxan müqəvva kimi seçdilər. Mən Boris Berezovski ilə təmas qurmuşdum. O, Putinin prezident olmasında az rol oynamayıb. Boris deyirdi: “Mənə bir telekanal verin, mən stulu növbəti Rusiya prezidenti edəcəyəm”. Bax, Putin də belə yüksəlib. Əgər Putin orda sona qədər otursa, ya Rusiya dağılacaq, ya da Monqolustan və ya Şimali Koreyaya çevriləcək.

- Bu gün Rusiyada saray çevrilişi mümkündürmü?

– Tamamilə. Xüsusən ona görə ki, Kreml elitası qərbin sanksiyalarından zərər görür.Krım, Donbas onların vecinə də deyil. İndi Rusiyanın əsas strateji münaqişəsi məzara qədər öz vəzifəsində qalmaq istəyən Putinlə ölkənin normal inkişafına nail olamq istəyən qüvvələr arasındadır.

Putinin sirri açıldı - Sensasion müsahibə, video

– Sizə elə gəlmir ki, Kreml elitası xalq üsyanından qərb sanksiyalarından daha çox qorxur?

– Bu, Moskva elitasının xəstəliyidir. SSRİ-nin dağılması ərəfəsində bizə Mərkəzi Komitəsən hər həftə bir əməkdaş gəlirdi. Deyirdilər ki, uşaqlar, hakimiyətdə qalmağa bizə yardım edib. Yoxsa qiyam olar, o zaman sizi də, bizi də işıq dirəyinə bağlayarlar. Budapeştdə 1956-cı ildə antisovet qiyamında olduğu kimi.

– Putinin nüvə düyməsinə basacağı nə qədər inandırıcıdır?

- 0 səviyyəsində... Mən soyuq müharibə dövründə SRİ ilə Ameriaka arasında hərbi-stratji problemlərlə peşəkar formada məşğul olmuşam. O zaman nüvə müharibəsi təhlükəsi real idi. Nüvə mühariəsinə başlamaq nə deməkdir? Birinci zərbəni endirməkdə məqsəd rəqibin bazalarını mümkün qədər daha çox məhv etməkdir. SSRİ-də heç zaman ilk nüvə zərbəsi potensialı olmayıb. Rusiyada isə bu potensial, ümumiyyətlə yoxdur.

f Paylaş
Bölmə: Video Oxunub: 9320 Tarix: 15.12.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
neqo
neqo 13.07.2016
Fakt odur ki,Putin gəldi və dağılacaq Rusiyanı dağılmaqdan xilas etdi.Problemsə Putində deyil,Rusiyanın hal hazırda texnoloji cəhətdən geridə qalmasında və rusların mentalitetindədir
LEDİ_JAGUAR
LEDİ_JAGUAR 15.12.2015
Hövsələm çatmadı bu krısa hakqında nəsə oxuyam... əziyyətə hörmətlər.


 
Aminim
Aminim 15.12.2015
HEQIQETEN HEYAT COX QERIBEDI HARDAN HARA GELIB CIXIB Putin cox yaxsi prezidentdi
Veten Size!
Siz Allaha emanet!
esger qardaslarimiz!