Bakı metrosunda qorxulu anlar

Bakı metrosunda qorxulu anlarBu gün Bakı metrosunda eskalator sərnişinləri qorxuya salıb.

Milli.Az xəbər verir ki, bu gün səhər saat 9:30 radələrində metronun "İçərişəhər" stansiyasında sərnişinlər platformadan yuxarı qalxarkən eskalatorda güclü cırıltı-cüyütlü səsləri eşidilib. Bu zaman eskalatorda olan sərnişinlər arasında qorxu və təşviş yaşanıb. Eskalatorun nasaz olduğunu düşünərək onun qırıla biləcəyindən qorxan insanlar eskalatoru tez tərk etməyə çalışıblar.

Milli.Az hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət edib. Müraciətdən dərhal sonra vəziyyəti "İçərişəhər" stansiyasında yerindəcə araşdıran Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, adıçəkilən stansiyadakı eskalatorla bağlı, həqiqətən, kiçik bir problem yaşanıb: "Stansiya rəhbərliyi mənə bildirdi ki, həqiqətən də, deyilən vaxtda 3 saylı eskalatorda müəyyən səslər eşidilib. Bundan dərhal sonra həmin eskalator dayandırılıb, sərnişinləri qaldırmaq üçün digəri qoşulub. Dərhal nasazlığın olduğu ehtimal edilən eskalatorda yoxlama aparılıb, lakin qəza yarada biləcək hər hansı nasazlıq qeydə alınmayıb. Məlum olub ki, eşidilən cırıltı səsi texniklərin dili ilə desək, "kənar səs" olub. Hazırda eskalatorların hamısı normal vəziyyətdə işləyir və heç birində də nasazlığı bildirən səs gəlmir. Sərnişinlərə də bildiririk ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Ona görə də qorxu və təşvişə düşməsinlər".

Xatırladaq ki, 10 il bundan əvvəl "İçərişəhər" stansiyasında eskalatorun nasazlığı ucbatından qəza baş verib. Belə ki, 8 iyun, 2005-ci il tarixdə o zaman "Bakı Soveti" adlanan stansiyada enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5023   Tarix: 07 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233