Döyməni sildirmək zərərlidirmi?

Döyməni sildirmək zərərlidirmi?Son illər döymə etdirmək gənclər arasında geniş yayılıb. Lakin döymə etdirmək istəyənlərlə bərabər, onu sildirməyi arzulayanlar da az deyil. Bəs, döymə etdirməzdən əvvəl nələrə diqqət etmək lazımdır?

BiG.AZ Publika.az-a istinadən bu yazıda döymə ilə bağlı bir çox suallara aydınlıq gətirib. Türkiyəli dermatoloq Fügen Ərdoğan Çekin bildirib ki, döyməni daha çox gənclər etdirir və sonradan çoxu peşman olur. Dermatoloqun sözlərinə görə, gigiyenik cəhətdən təmiz olmayan yerlərdə edilən döymələr dəridə bir sıra sağlamlıq problemlərinə səbəb olur:

"Boya dəri altına iynə ilə inyeksiya edilir. İynələrlə işlənilən boyalar birbaşa dərinin altına yeridildiyi üçün qanın zəhərlənməsinə səbəb olur. Qalıcı makiyaj da bir növ döymədir, sadəcə, istifadə olunan boyalar fərqlidir. Boya ilə bağlı reaksiyalar döymədən dərhal sonra olduğu kimi illər ərzində də inkişaf edə bilər.

Günümüzdə döymə üçün nəzərdə tutulan boyalara müxtəlif kimyəvi maddələrdən ibarət qarışıqlar əlavə edilir. Avropa Birliyinin risk qiymətləndirilməsində qeyd edilib ki, Avropa ölkələrində istifadə edilən kosmetik boyaların bir qisminin də kanserogen ola biləcəyi bildirilir".

Döymə edilən maddələrin keyfiyyətini mütləq öyrənin!

Dermatoloq xroniki allergiya, sədəf xəstəliyi, ya da hər hansı dəri xəstəliyi olanlara döyməni qəti şəkildə qadağan edir. O, söyləyib ki, bədəndəki yara izini, xalı və bir sıra izləri gizlətmək üçün döymə etdirmək yaxşı fikir deyil:

"Bəzi səbəblərdən dolayı döyməni sildirmək istəyənlər də olur. Ona görə də, döymə etdirməyi arzulayanlarla, onu sildirmək istəyənlərin sayı təxminən eynidir. Üstəlik, heç bir iz qalmasını da istəmirlər. Qara döymələr daha tez silinir. Lakin rəngli, xüsusən də, sarı, mavi və qırmızı rəngli döymələr üzərində bir xeyli işləmək lazım gəlir. Yeni edilmiş döymələr də asanlıqla silinmir.

Döyməni silməyin bir neçə müasir üsulu var. Döymənin örtmüş olduğu sahə və rəngin dərinliyinə görə, döymə-silmə əməliyyatında fərqli yollar istifadə edilir. Hazırda ən çox istifadə olunan, ən təhlükəsiz və ən təsirli üsul lazerdir. Lazerdə yerləşən enerji döymənin olduğu toxumanı buxarlaşdırır və beləcə, döymənin silinməsini reallaşdırır. Döymə nə qədər dərin olsa, proses bir o qədər ağrısız başa gələcək. Lazerlə döymə sildirməkdə böyük rol oynayan digər amil onun edildiyi nahiyədir. Məsələn, üz və boyun bölgələrini silmək daha asandır. Bədəndə edilən döymələri silmək daha çətindir.

Lakin döymə düzgün silinməyəndə izlər, yanıqlar da qala bilir. Buna görə, işinizi peşəkar həkimə həvalə edin"-deyə dermatoloq bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1059   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 477
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23284
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13001
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 365
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2806
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 604
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1096
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1023
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 735