Nardaranlının GÖZ QAMAŞDIRICI işıq borcu

Nardaranlının GÖZ QAMAŞDIRICI işıq borcuSon günlər ölkə mediasında və sosial şəbəkələrdə Nardaran əhalisinin istifadə etdiyi elektrik enerjisi borclarına görə qəsəbəyə verilən işıqların kəsilməsi bir sıra söz-söhbətlərə səbəb olub. Bəzi qruplar "Azərişıq"ın belə bir addım atmasını bu qəsəbədə yaşanan son olaylarla əlaqələndirir. Bir sıra insanlar isə aidiyyəti qurumun Nardarana verilən enerjinin dayandırılmasını sırf burada yaşayan abonentlərin borcuna görə olduğunu deyir.

BiG.AZ xəbər verir ki, hafta.az-ın əməkdaşı bu gün Nardaran qəsəbəsində olarkən işıq sayğaclarının önündə yerə atılmış ödəniş qəbzlərinə rast gəlib. Ələmdar Bünyatov adlı qəsəbə abonentinin "Azərişıq"-a olan borcu isə gözümüzü qamaşdırdı. Nardaran sakininin borcu 5 min 394 manat 18 qəpik idi. Qəbzin üstündə yazılan son ödəmə tarixi isə 2015-ci ilin yanvar ayının yeddisini göstərir. Axırıncı ödənilən məbləğ isə 11 ay bundan əvvəl olub və 30 manat təşkil edib.
Nardaranlının GÖZ QAMAŞDIRICI işıq borcuSadə bir vətəndaşın aidiyyəti dövlət qurumuna olan bu qədər borcu bir sıra mətləblərə aydınlıq gətirir. Adıçəkilən sakin isə hafta.az-a açıqlamasında bildirib ki, bu borc illərə yığılıb qalan pullardır və ödəmək imkanı olmayıb.

Məsələyə münasibət bildirən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında deyib ki, Nardarandakı abonentlər vaxtında istifadə etdikləri enerjinin pullarını ödəsəydi, heç bu qədər borc da üst-üstə yığılmazdı:

"Sizin əlinizdə olan fakt hər şeyi deyir. Ümumiyyətlə, Nardaran qəsəbəsində ümumi ödəniş iki faizdir. Əgər ümumi qəsəbə iki faiz istifadə etdiyi elektrik enerjisinin pulunu ödəyirsə, deməli, Nardaranda "Azərişıq"a borcu olmayan yoxdur. Təsəvvür edin, sadə bir abonentin bizə olan borcu 5300 manatdan çoxdur. Bunlar illərlə yığılıb qalıb".

Tanrıverdi Mustafayev borclu abonentlərlə bağlı görüləcək tədbirlərdən də danışıb:
Nardaranlının GÖZ QAMAŞDIRICI işıq borcu"Həmişə xəbərdarlıqlarımızı edirik. Sonuncu bildirişimiz isə noyabrın 20-də olub. Həmin gün edilən xəbərdarlıqda vurğuladıq ki, 23 noyabr, saat 12:00-a qədər bütün borclar ödənməlidir. Borclu olan abonentlərin məhkəməyə veriliməsi məsələsini mən öz hüquqşünasımıza ünvanlayacağam. Hələlik Nardaran abonentlərinin borcu tam təsdiq olunub. Ödəmənin 2 faiz olduğu tam təsdiqlənib".

Qeyd edək ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti artıq beş gündür ki, Nardaran əhalisinin külli miqdarda olan elektrik enerjisi borclarına görə, əraziyə enerji verilişini dayandırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4050   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 433
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 223
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 563
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 812
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 375
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 230
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 186
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 272