Sürücülərin "qara günlər"i başladı

Sürücülərin "qara günlər"i başladıSürücülər bəzi qayda pozuntularına görə 3000-6000 manatlıq cərimədən 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədər cəzalana bilərlər.

Bu gündən etibarən ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı edilən müvafiq dəyişikliklər qüvvəyə minib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Milli.Az-a bildirib ki, dəyişikliklər həm avtobus sahiblərinin - şirkətlərin, onların vəzifəli şəxslərinin, fərdi sahibkarların, həm də avtobus sürücülərinin məsuliyyətini xeyli sərtləşdirir. Onun sözlərinə görə, bundan sonra sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək miqdarda, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800 manatadək miqdarda cərimə ediləcəklər. Əvvəllər isə bu cərimələr yalnız tibbi müayinənin təşkil edilməməsinə görə müvafiq olaraq 150-200 və 40-50 manat məbləğində olurdu.

Digər məsələ avtobusu idarə etmək hüququ olmadan və ya sərxoş halda sərnişin daşınması ilə məşğul olan sürücülərlə bağlıdır: "İcazəsi olmadan avtobus sürən şəxslər birbaşa olaraq 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq. Əvvəllər isə buna görə sürücü sadəcə 100 manat cərimə olunurdu. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs isə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq. Əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tətbiq olunurdu".

Ekspertin sözlərinə görə, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər, yəni avtobusun rəsmi sürücüsü 200 manat miqdarında, vəzifəli şəxslər, yəni fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri 500 manat miqdarında, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə ediləcəklər. Dəyişikliklər qüvvəyə minənədək buna görə cərimə müvafiq olaraq 60, 200 və 2000 manat idi.

Hüquqşünas qeyd edib ki, dəyişikliklərdən sonra avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və ya sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsindən sonra baş vermiş qəza nəticəsində zərərçəkənə fiziki zərər və ya maddi ziyan dəydikdə avtobus sahibi olan şirkət və ya fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi külli miqdarda cərimə olunacaqlar:

"Məsələn, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və sərxoş olan şəxsə verilməsindən sonra belə qəza baş verərsə, avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə ediləcək, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaq, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə ediləcəklər".

Ə.Hüseynov əlavə edib ki, bu gündən etibarən Cinayət Məcəlləsinə yeni daxil edilən 265-1-ci maddə də qüvvəyə minir: "Bu maddəyə əsasən, avtobusu idarə etmək hüququ olmayan şəxsin avtobusu idarə etməyə buraxılması, yaxud avtobus sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, buna yol vermiş fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunacaq. Məsuliyyətin dərəcəsi isə nəticədən asılı olaraq 3000-6000 manatadək miqdarda cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədərdir".

Qüvvəyə minən başqa bir yenilik isə ötüşmə təşkil edən avtoxuliqanlara aiddir: "Bundan sonra avtoxuliqanlıq hərəkətlərini aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədənlər sürücülük hüququnu 2 il müddətinə itirməklə 2000-4000 manat miqdarda cərimə ediləcək və ya 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 262