"MTN işi"nin yeni təfərrüatları

"MTN işi"nin yeni təfərrüatları"Akula Akif"in evindəki axtarış zamanı gizli bank kodları üzə çıxıb; ölkəyə talan pullarını saxlamaq üçün xüsusi konteynerlər gətirilibmiş

Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu. Hazırda MTN-in 19 sabiq vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Bu günə qədər istintaqdan yayınaraq axtarışda olan şəxsin kimliyi haqda məlumat verilmirdi. "Yeni Müsavat"a istintaqa yaxın mənbələrdən daxil olan məlumata görə, iş üzrə axtarışda olan şəxs MTN-çi deyil.

Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan "Akula" ləqəbli Akif Mustafayevdir. Məlumata görə, o, E.Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir. Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onların qanunsuz olaraq dindirilməsində, istintaqa cəlb edilməsində iştirak edib. Sonradan həmin iş adamlarına öz "köməyini" təklif edib.

MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alıb. O da bildirilir ki, "Akula Akif" bu "xidmətlərindən" sonra MTN-in "əlindən qurtardığı" iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara "krışalıq" edirmiş. Noyabrın 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, "Akula Akif" ölkədən qaçmazdan əvvəl banklardakı hesablarının kodlarını, xüsusi açarları da gizlətməyə imkan tapıb. Onun evində axtarış aparılarkən xeyli qızıl-zinət əşyaları, daş-qaş və külli miqdarda pul müsadirə edilib. Mənzildə axtarış zamanı "Akula Akif"in unutduğu bir bankdakı seyfin açarı və kodu aşkarlanıb. Hüquq-mühafizə orqanları həmin seyfdən xeyli brilyant, qızıl, Bakıda və respublikanın bir çox yerlərində mülklərin sənədləri aşkarlanıb. Seyfdə aşkarlanan brilyant və qızıllar, sənədlər götürülüb.

Cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də sabiq MTN rəhbərliyinin, demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin - Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.

Tanınmış hüquqşünas Müzəffər Baxış deyib ki, H.Əsədov və N.Həmidovun işdən azad edilməməsi anlaşılmazdır və yalnız Azərbaycan reallığı ilə izah edilə bilər: "Əslində adları çəkilən hər iki şəxs haqda, xüsusilə də Hilal Əsədov barəsində KİV-də konkret şəxslər tərəfindən ciddi və əsaslı ittihamlar səsləndirilib. Mənim yadımdadır ki, "Karvansaray" ticarət mərkəzində işçilərin başına gətirilən oyunlarda Hilal Əsədovun bilavasitə iştirak etməsi ilə bağlı ittihamlar var idi. Düşünürəm ki, bu şəxslərin bu günə qədər öz vəzifələrini icra etməsi Azərbaycan reallığı ilə bağlıdır. Hesab edirəm ki, Hilal Əsədov və Nizaməddin Həmidovu siyasi hakimiyyətdə kimsə müdafiə edir. Əks halda, onlar bu vəzifədə qala bilməzdilər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar o qədər əsaslı və inandırıcıdır ki, düşünmürəm ki, onlar öz vəzifələrində sona qədər duruş gətirsinlər.

MTN-də rəhbərliyin özünün başçılıq etdiyi mütəşəkkil cinayətkar təşkilat fəaliyyət göstərib. Mən tam məsuliyyətlə deyirəm ki, orada çalışan, demək olar ki, bütün işçilər mütəşəkkil dəstənin təsiri altında olub. Bu, mümkün deyil ki, MTN-də mütəşəkkil dəstənin başında rəhbərliyin özü dayansın, kimsə də həmin dəstənin qanunsuz göstərişlərini icra etməsin.

Bu, Azərbaycan reallığında mümkün olmayan bir işdir. Ola bilsin ki, texniki sahədə çalışan hansısa ağıllı bir şəxs bu dəstə tərəfindən verilən hansısa göstərişi icra etməkdən yayınsın. Lakin tam məsuliyyətlə deyirəm ki, bütün əməliyyat işçiləri bu və ya digər şəkildə mütəşəkkil dəstənin qeyri-qanuni göstərişlərinin icrasında bilavasitə iştirak edib. H.Əsədov və N.Həmidov qeyri-qanuni göstərişlərin həm də bilavasitə icraçısı olublar. Ola bilsin ki, bu şəxslərin siyasi hakimiyyətdə bu və ya digər şəkildə dayaqları olduqları üçün hazırda öz vəzifələrində qalıblar. Yəqin ki, məhz bu səbəbdən onlar haqqında tədbir görülmür. Məndə məlumat var ki, prokurorluqda H.Əsədov və N.Həmidov haqda ciddi ittihamlar var. Lakin təəssüflər olsun ki, bu vaxta qədər həmin şəxslərlə bağlı ittiham verilməyib. Əgər "MTN işi" çərçivəsində məsələlərə ədalətlə yanaşılacaqsa, o zaman bu şəxslərə qarşı da ittiham irəli sürüləcək".

Bu arada "MTN işi" ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Həmin məlumata görə, "mahmudovçular" sahibkarları talamaqla əldə etdikləri sayı-hesabı bilinməyən pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşiblər. Buna görə də sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb.

Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib. Bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.

Bilgili qaynağın sözlərinə görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin haarda olması, onların içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey varsa, bu da yerlərdə gizlədilən bu konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözləməsidir.

"Yeni Müsavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 891   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 982
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 179
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 155
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 377
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 338