"Nardaranda polisə qarşı silah işlədilməsi terror əməlidir"

"Nardaranda polisə qarşı silah işlədilməsi terror əməlidir""Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Dünyanın heç yerində qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərilmir, göstərilən yerdə də cəzası verilir".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, Nardaranda baş verən hadisələrə görə məsuliyyət bunu törədənlərin üzərinə düşür: "Bu şəxslərin bir qismi saxlanılıb, istintaq-əməliyyat işləri aparılır, onlarla bağlı olan şəxslər də müəyyənləşdirilir. Nardaranda polisə qarşı silah işlədilməsi ağır əməldir, bu, faktiki terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir".

M. Qurbanlı Nardaranda müxəlif bayraqların asılmasına da toxunub: "Azərbaycanda bayraq haqqında qanun var. Bayraq qaldırmaq ehtiyacı olan yerdə Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər, bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO

Saloğlu mebel bu dəfə Bərdə sakinlərini sevindirdi. Növbəti diler mağazasını Bərdə və ətraf region alıcılarının xidmətinə verdi. Bərdə şəhərində açılan Saloğlu mebel mağazasında şirkətin bütün növ mebellərinə eyni qiymət və eyni şərtlərlə sahib ola bilərsiniz. Mebelləri endirimli qiymətlərlə istər nağd

17.04.2024 134
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 326
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 263
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 220
.

Vəfat edən Hadı Rəcəblinin oğlu: "Hazırda aeroportdayam"

"Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu". Bunu Bizim.Media-ya mərhum deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəbli bildirib. O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub:. "Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdə

17.04.2024 1101
.

Qəzada avtomobil 2 təkər oldu - VİDEO

Türkiyənin Kadıköy şəhərində avtomobil parkinq halında olan maşına dəyərək qəza edib. BİG.AZ xəbər verir ki, qəza zamanı sürücü yüngül xəsarət alıb. Qəza anı təhlükəsizlik kamerasına çəkilib

17.04.2024 335
.

Dubaya güclü yağışlar yağıb

BƏƏ-nin şəhəri Dubaya güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, həmin şəhərdə olan şəxslər Dubayda yağış gördüklərinə təəccübləniblər. Onlar bu barədə sosial şəbəkələrdə paylaşıblar. Dubay hava limanında bir çox reyslər təxirə salınıb

17.04.2024 381
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 373
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 889