"İstintaq onu bilərəkdən gizlədir..."

"İstintaq onu bilərəkdən gizlədir..."Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazoun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid kimi adı keçən, təqsirləndirilən tərəfin isə əsas günahkar kimi təqdim edtiyi Vüsal Cəfərovla bağlı məcburi gətirilmə qərarına DİN-dən verilən cavab açıqlanıb. Cavab məktubunda Vüsal Cəfərovun qeydiyyatda olduğu ünvanda yaşamadığını və onun harada olduğunun məlum olmadığı qeyd olunub. Hakim deyib ki, V.Cəfərov barəsində Daxili İşlər Nazirliyin İstintaq İdarəsində cinayət işi açılıb.

Bundan başqa ötən məhkəmə prosesində şahid kimi dindirilən şəxslər barəsində də digər dövlət qurumuna göndərilən sorğuya verilən cavab elan edilib. Dövlət Sərhəd Xidmətindən bildirib ki, "Sərhəng C" MMC-nin direktoru Əfqan Əliyev , "Raket servis" MMC-nin direktoru Rauf Quliyev, "Elvin C" şirkətinin direktoru və təsisçisi Afəddin Həşimovun 2012-2014-cü illərdə ölkə sərhədini keçməyib. Hakim hər üç şəxsin məhkəmədə yalan ifadə verdiklərinə görə, Baş Prokurorluğa müraciət olunacağını və barələrində cinayət işi qaldırılacağını qeyd edib.

Təqsirləndirilən Araz Eyvazovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsnini istəyib. Vəkil bunun təqsirləndirilən şəxsin səhhəti ilə əlaqəli olduğunu deyib. HHakimlər kollegiyasının qərarı ilə vəsatət təmin olunmayıb.

Təqsirləndirilən Araz Eyvazovun vəkillərin suallarını cavablandıraraq deyib ki, axtarışa verilən Vüsal Cəfərovu istintaq özü bilərəkdən gizlədir: " Eldəniz Axundov məndən qabaq Vüsalla, Şövqi ilə biznes işi qurub. Sonradan mən işləmişəm. Eldəniz gördü ki, Vüsalı tapa bilmir, bütün işləri mənim üstümə qoydu. Özü də etiraf edib ki, məhkəmənin qərarını gözləyir, istəyir mən tutulum, sonra yuxarılara desin ki, tutdular, pulu silsin.

Eldəniz bütün işini Vüsalla görüb, pulu özü köçürüb, malı özü sifariş edib. 34-DC-3650 dövlət nişanlı yük maşını birbaşa Vüsalla Eldənizin biznesinə işləyirdi. Mallar çoxu bu yük maşını ilə gəlirdi. Deyirsiniz, Vüsal barəsində cinayət işi var. Vüsal indi də bizneslə məşğuldu. Onun yük maşını həftədə iki dəfə Binə Ticarət Mərkəzinə gəlir. Yaxşı da pulu var. İstintaq onu elə gizlədir. Müstəntiq Teymurla dostdur. İşi də elə Teymur aparır. 8 aydır cinayət işi açıblar, bir dəfə də olsun Vüsalı tapıb gətirmirlər. İstəsələr edərlər".

Araz Eyvazov deyib ki, Eldəniz Axundovun şəxsi valyuta dəyişmə məntəqəsi vasitəsilə ölkdən pullar çıxarır: "Eldənizin İstanbulda Laləlidə valyuta dəyişmə məntəqəsi var. Orda Ramil adlı dostunu oturdub, pul köçürmələri eləyir. Müstəntiq Teymur da onun qohumudur. Onun şəriki Pərviz müəllimlə sonuncu dəfə mən ev dustaqlığında olanda görüşdüm. Mənə dedi ki, doğrudan da Eldənizə borcun varsa pulu mən verim, məsələni bağlayın. Eldənizin Pərvizə 6 milyon dollar borcu vardı. Pərviz çox yaxşı, başa düşən insandır. Mən dəftərdə hesabatlarımı göstərdim. Mən orda da izah elədim ki, 200-300 min ziyan var. Başqa heç nə. O ziyanda malın keyfiyyətsiz olduğundan olmuşdu. Eldənizə demişdim ki, mallar zaydır. Dedi ucuz qiymətə sat, təki əlimizdən çıxsın".

Təqsirləndirilən şəxs bildirib ki, məhkəmədə zərərçəkən kimi çıxış edən Eldəniz Axundov onun qohumudur: "Dələduz olsaydım, Vüsal kimi pulları alıb aradan çıxardım. Milyonlarla pul dəyib əlimə. Yoldaşım Eldənizgillə qohumdur. Evimə gedib gəlib. Nəslimi tanıyırlar. Elə bir fikrim olsaydı, onunla iş qurardımmı?

Mən ilk dəfə həbs ediləndə Vüsal Eldənizə müstəntiqin yanında 700 min dollar pul verib. Amma o pulların hesabatını aparmırlar. Şövqi Həsənov da istintaqda da deyib, qazanılan pulun bir hissəsini Pərvizə verib. Bunlar qiymətləndirilməlidir. Eldəniz pulu silməyin dərdindən mənə şər atır. Mən bilsəydim belə şeylər olacaq bədənimin hər yeri kamera çəkdirərdim ki, indi sizə sübut edim. Hələ şükür edirəm ki, bunların əlindən belə qurtarmışam. Daha da ağır şeylər boynuma qoyardılar".

Məhkəmə istintaqı başa çatıb.Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Araz Eyvazov külli miqdarda dələduzluqda təqsirləndirilir. Prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə, Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1048   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 631
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 424
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 301
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 425
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 453
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 410
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 347
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 382
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 163