Sərnişin sürücünü xəstəxanalıq etdi - Bakıda

Sərnişin sürücünü xəstəxanalıq etdi - BakıdaDünən "Bakubus" MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusun sürücüsünü sərnişin döyüb.

BiG.AZ "Qafqazinfo"-a istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Mətbuat katibi bildirib ki, döyülən sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:

"Dünən "İçərişəhər" stansiyasına çatmamış Şeyx Şamil küçəsində bir qadın işıqforda avtobusa minməyə cəhd edib. Sürücü qapıları açmadığı təqdirdə arxadakı bir sərnişin təhqirəmiz ifadələrlə qapıların açılmağını tələb edib. Tələbi reallaşmadığı təqdirdə o, sürücünün üstünə gedib. Bu zaman növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü mübahisənin qəzaya yol aça biləcəyindən ehtiyat edərək sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Bu zaman sərnişin O. Novruzovu döyməyə başlayıb və avtobusda mülki geyimdə olan polis əməkdaşı hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Hadisəyə səbəb olan sərnişin polis bölməsinə aparılıb, sürücü isə xəstəxanadadır".

Axşam xəstəxanada olduqlarını bildirən N. Allahyarova sürücünün bu gün əməliyyat olunacağını bildirib: "Biz sürücü ilə görüşdük, nə qədər ağır xəsarət alsa da, sərnişin barədə bir kəlmə də pis söz demədi. Bu gün əməliyyat olunacaq. Bizə bildirdi ki, müdaxilə etməsəydi, qəza halı baş verəcəkdi və avtobusda xeyli sayda qadın və uşaq var idi. Sərnişinlər bilməlidirlər ki, "Bakubus" şirkətinin avtobuslara qoyduğu tələblərdən biri də dayanacaqlardan kənar heç bir sərnişinin saxlama tələbini yerinə yetirməməkdir. Bununla bağlı sürücülərə xüsusi tapşırılır və sürücülər və avtobusun salonunda baş verən bütün hadisələr kameralarla izlənilir".

N. Allahyarova son olaraq onu da qeyd edib ki, sürücü Oqtay Novruzov bir neçə dəfə kameralara müsbət əməlləri ilə düşüb: "Biz bir neçə həftə əvvəl kamera görüntülərinə baxan zaman gördük ki, Oqtay pandusu açmaqla qalmır, özü avtobusdan düşərək fiziki məhdudiyyətli sərnişinlərə minmək üçün kömək edir. Bu gün isə o, qaydalara əməl etdiyi üçün döyülüb. Əziz sərnişinlər, siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz sürücülərimizlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz isə sadəcə qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1674   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133