"Etiraf edirəm, içkili olmuşam" - Təranə Səmədova - VİDEO

"Etiraf edirəm, içkili olmuşam" - Təranə Səmədova - VİDEOTanınmış prodüser Təranə Səmədovanın sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılması məsələsi bir neçə gündür ki, gündəmdən düşmür. Baş verən hadisə barədə T. Səmədova mətbuata ilk dəfə doğru olmayan informasiya verib. İçkili olmadığını deyən prodüsser BiG.AZ-a danışan zaman səhvini anladığını və əslində içkili olduğunu etiraf edib:

- Necəsiz Təranə xanım?

- Yaxşıyam, siz necəsiniz ? (gülür-red)

- Minnətdaram. Maşallah, gündəmdən düşmürsünüz, ha...

- Sən zarafat elə (gülür-red). Desəm əlayam, yalan olar. O qədər də pis deyiləm. Ancaq sarsılmıram. Dərk elədim ki, mən necə də önəmli insanammış. Və anladım ki, o qədər də nüfuzdan düşməmişəm. Çünki insanlardan özümə qarşı doğmalıq, istilik gördüm.

- Yayılan video barədə bir daha sizinlə danışmaq istərəm. Videoda həqiqətən sərxoş idinizmi ?

- Əvvəlcə bir şeyi, qeyd edim. Sənin simanda bir neçə jurnalist dostlarıma açıqlama verdim. Saxlanıldığım gecə dostlarımdan biri köməyimə gəldi və belə məsləhət bildik ki, mətbuata açıqlama verən zaman deməyim ki, sərxoş olmuşam. Amma bilmədim ki, bu məsələ bu qədər qabardılacaq, yoxsa zamanında etiraf edərdim ki, spirtli içki qəbul etmişdim. Ancaq şəxsi həyat hər kəsin özəlidir, özünə aiddir. Məni qınayan insanlara baxıram, gülməyim gəlir. Mən demirəm ki, əcəb eləmişəm. Elədiyim səhvlərin Allah qarşısında da, qanun qarşısında da cəzasını özüm çəkəcəyəm. Bəli, spirtli içki qəbul etmişdim, ilk dəfə sizə etiraf edirəm. Yaxşı dostlarımın məclisində olmuşam,demişəm-gülmüşəm, yemişəm-içmişəm, bir sözlə istirahət etmişəm. Yeganə səhvim o olub ki, çıxanda ayıq sürücü çağırmamışam.

- Ancaq sizi qınayanlarla yanaşı müdafiə edənlər də kifayət qədər oldu.

- Müdafiə edib, demədilər ki, əcəb eləmisən, içmisən. Sadəcə bunu şişirdənlərə, məni daş-qalaq edənlərə cavab verildi ki, bu insanın şəxsi işidir. Sizin haqqınız yoxdur, bu insanı bu dərəcədə təkləməyə, daş-qalaq etməyə, qüsur axtarmağa. Üzr istəyirəm ifadəmə görə, fahişəlik üstündə tutulmamışam ki, ayıb olsun, ya da gizlədim?! Şükür Allaha ki, belə bir şey olmayıb. İlk günlər videoya baxa bilmirdim, utanırdım. Düzdü dostlarım yığıb gülə-gülə deyirdi ki, kişinin başına iş gələr də. Həyatdı... Mən həyatın necə sınaqlarından tək başına qadın olaraq keçmişəm. Bu nədir ki?! Belə şeylər məni sındırmaz, əksinə stimul verər. Guya bütün respublikaya məni ifşa etdilər nə oldu?! Əksinə bir daha əmin oldum ki, adımla bağlı olan hər hansı xəbər, veriliş reytinq verir. Mən onlara, onlar mənə təkan verdilər. Həmin insanlara "çox sağ ol" deyirəm. O demək deyil ki, mən axmağam onlara "çox sağ ol" deyirəm. Bu dırnaqarası çox sağ oldur. Övladımla məni utandırmaq istəyən insanlara səslənirəm ki, guya ailənizdə spirtli içki qəbul edib, min cür meymunluqdan çıxanlar olmayıbdı? Spirtli içki qəbul eləsəm belə, özümü idarəedə biləcək qüvvədə olmuşam. Elə insanlar var ki, heç anlaya bilməyiblər ki, mən içkili olmuşam. Kimisə təhqir eləmişəmsə də, deməli məni o dərəcədə əsəbiləşdirib ki, mən o həddə çatmışam. Mənim balamın adını çəkənlərin, üstündən xətt çəkərəm. Sussunlar, övladımı bu söhbətə qatmasınlar!

- Polislər sizə zor tətbiq ediblərmi?

- Mən qadınam. Nə qədər güclü, çəkili olsam da, kişidən güclü olası deyiləm ki?! Həmin yerdən də qaçası deyildim. Kim olursan ol, qanun qarşısında boynumuz qıldan incədir. Bunu anlayıram ki, qanun hamımız üçün birdir. Mən nəyəsə görə kiməsə yaltaqlanan insan da deyiləm. Məni tanıyanlar yaxşı bilir.

- İlk dəfə mediaya yalan məlumat vermək məcburiyyətində qaldınız, düzdü?

- Sənin simanda, mənə zəng edən bir çox jurnalist dostlarıma səslənirəm. Mən heç vaxt sizlərə yalan informasiya verməmişəm, amma məcbur oldum. Sadəcə gecədən mənə belə məsləhət bilinmişdi ki, spirtli içki içdiyini demə. Mən kişi qızıyam. Ona görə də, mənə bu məsləhəti verən dostlarımın sözünü yerə salmayıb, mediaya yalan danışdım. İlk dəfə! Ancaq müqabilində mənə o kişi hörmətini bəzi televiziya kanalları göstərmədi.

- Belə çıxır ki, sizdən reytinq xatirinə istifadə etdilər.

- Yox, bilərəkdən mən seçilmədim. Sadəcə lazımı zamanda lazimi məkanda bəxtdən mən oldum. Bəziləri mənə zəng elədi ki, bu qurmadı, təxribatdı. Ancaq mən özüm-özümü aldatmağı sevmirəm. Bilirəm ki, həqiqətən reyd keçirilirdi, səhv məndə oldu ki, sənədlərimi sakit təqdim edib, səhvimi boynuma almadım. Gərək içkili olduğumu etiraf edib, avtomobilimin açarlarını sakitcə təqdim edərdim.

- Hal-hazırda sizə qarşı hansı cərimələr tətbiq olunub ?

- Avtomobilim cərimə meydançasındadır. Üzülmürəm. Mən heç bir siravi vətəndaşdan artıq deyiləm. Məni gözügötürməyənlər sevinməsinlər ki, Təranə sındı. Xeyir, mən də bu respublikanın vətəndaşıyam. Səhv etmişəm, cəriməmi də ödəyəcəm, qanunla nə lazımdısa edəcəm. Ancaq seçildiyimin də fərqindəyəm. Elə olmasaydı, mediada bu qədər şişirdilməzdi.

- Videoda müəyyən hissəni gördük. Sonra nələr oldu?

- Meyxanaçı Pərviz Bülbülə və mənim avtomobillərim cərimə meydançasına aparıldı. Daha sonra mən sərxoşluğum yoxlanılmaq üçün tibbi məntəqəyə aparıldım. Nə lazımdısa qanunla o tətbiq olunacaq, mən də hər bir vətəndaş kimi onu edəcəm.

- Amma əksər insanlar meyxanaçı Pərviz Bülbüləni və sizi zorla avtomobilə əyləşdirmək istəyən DYP polis əməkdaşını qınayırlar.

- Həmin gün Pərviz Bülbülə ilə eyni məclisdə idik. Pərviz o məclisdə telefonunu unutmuşdu. Onunla görüşüb, telefonunu özünə qaytarmalı idim. Telefonuna görə zəng edən Pərviz bildi ki, mən reydə düşmüşəm, özünü tez ora yetirdi. Sadəcə olaraq onun da sənədləri üstündə olmadığından avtomobili cərimə meydançasına aparıldı. Avtomobilinin qapısını açmağımı xahiş edəndə artıq onun da avtomobili cərimə meydançasına aparılırdı. Bir sözlə, Pərviz özü də "atmosfer"ə düşmüşdü. (gülür-red) O ki qaldı, polis əməkdaşına, dodağının üstündə bığ olan kişiyə onun bığları xoşuma gəlməmişdi ( qəh-qəhə çəkib, gülür-red) Təbii ki, zarafat edirəm. Əslində onu da qınamıram. Polis əməkdaşı işini yerinə yetirirdi və mən də onu yetərincə səbrdən çıxartmışdım. Amma bu o demək deyil ki, polisin mənə zor tətbiq etməyinə də haqq qazandırıram. Mən ona izah edə bilmədim ki, burax məni, onsuzda qaçası deyiləm.

Əfruzə Ağayeva




BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10148   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467