"Krediti qaytarmasam, bank mənə nə edə bilər?" CAVAB

"Krediti qaytarmasam, bank mənə nə edə bilər?" CAVABMaliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov banklardan kredit götürüb qaytara bilməyənlərə hansı cəzanın tətbiq oluna biləcəyi barədə maraqlı açıqlama verib.

BiG.AZ Femida.az-a istinadla bildirir ki, Ə.Həsənov bildirib ki, ona tez-tez verilən suallardan biri belə olur: "Krediti qaytarmasam, bank mənə nə edə bilər?".

"Qabaqcadan deyim ki, vicdanlı insan aldığını (faizləri yox, əsas məbləği) geri qaytarmalıdır. Əmanətə xəyanət etmək olmaz! Buna görə də deyəcəklərim krediti qaytarmaq istəməyənlərə deyil, qaytara bilməyənlərə aiddir. Həmçinin o kəslərə aiddir ki, kredit yalnız rəsmi olaraq adlarına rəsmiləşdirilib, əslində isə ondan başqa şəxslər istifadə edib (hər bir halda bundan sonra sizə aid olmayan sənədlərə imza etməyin!).
Əvvəla, bilin ki, krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir.
Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər.

Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür. Məsələn, adınıza "kupça"lı (sərəncam əsasında yox) daşınmaz əmlak və ya "texpasport"lu ("doverennost"lu yox) avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar heç buna girişmir də adətən.
Adınıza qeyd edilən əmlak olsa belə, bilin ki, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiz. Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Həm də ki alıb nə edəcək? Satıb pulunu götürməlidir (satanda elə siz və yaxın adamınız ala bilərsiz). Banka bu sərf etmir. Ona görə də niyyətinizi bilsə, sizə güzəşt edəcək".

Bəs kredit vətəndaşın aylıq gəlirindən tutula bilərmi? Vəklin cavabı:

"Əgər gəliriniz rəsmidirsə, bəli. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da o deməkdir ki, məsələn, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq.

Ona görə də heç nədən qorxmayın. Əvvəllər dediyim kimi, krediti alandan sonra siz ağasız, bank qul, siz atdasız, bank piyada. Öz şərtlərinizi diktə edin.

Hər şeydən əvvəl isə özünüzün və ailə üzvlərinizin sağlamlığını, əsəblərini qoruyun. İmkan verməyin ki, bank işçiləri sizi daim narahat etsin. Sözünüzü deyin və tələb edin ki, sizi narahat etməsinlər. Onların sizi və ailənizi bezdirməyə haqqı yoxdur. Riayət etməsələr, polisə müraciət edin".
Əkrəm Həsənov təəssüf edir ki, bizdə vətəndaşların müflisliyi haqda qanunvericilik yoxdur.

"Bir çox ölkədə belə qanunvericilik var. Məsələ qaldırmaq lazımdır ki, bizdə də olsun. Bu qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, krediti qaytara bilməyən şəxs məhkəməyə müraciət edib özünü müflis elan etdirir, bundan sonra ondan heç kəs heç nə tələb edə bilməz.

Sonda bir məsləhət də verim. Mərkəzi Bankın "Banklarda kreditlərin verilməsi Qaydaları"na əsasən bank borclunun gəlirlərini təsdiq edən sənəd əsasında kredit verməlidir. Yəni həmin sənəd əsasında yoxlamalıdır ki, kredit qaytarıla bilər, yoxsa yox. Hamı bilir ki, bizim banklar bu məsələyə formal yanaşır. Aylıq rəsmi gəliri cüzi olan şəxsə iri məbləğli kreditlər verirlər. Buna görə də məhkəmə prosesləri zamanı sual verin: bank kreditin qaytarılma ehtimalının aşağı olduğu halda krediti niyə verib?
Məlumdur ki, İsveçrə banklar ölkəsidir. Amma bu o demək deyil ki, İsveçrə qanunları həmişə bankların tərəfindədir. Əsla! Məsələn, orada belə qanun var: bank krediti verərkən borclunun onu qaytara bilməyəcəyi açıq-aşkardırsa, borclu krediti qaytarmaya bilər.

Əlbəttə, biz İsveçrə deyilik. Belə qanunumuz yoxdur. Amma İsveçrədəki kimi, banklarımız da yoxdur axı. Mən hətta deyərdim ki, ümumiyyətlə normal banklarımız yoxdur. Buna görə də onlardan qorxmayın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3958   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250