Azərbaycanı internetsiz qoyan otaqdan ilk görüntülər - VİDEO

Azərbaycanı internetsiz qoyan otaqdan ilk görüntülər - VİDEO"Delta Telekom"un baş direktoru Ramazan Vəliyev ANS-ə müsahibəsində burda baş vermiş qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışıb.

BiG.AZ anspress.com-a istinadən həmin müsahibəni təqdim edir:

- Yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və bizim buradakı yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində burada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin may ayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.

- Dövlət deyəndə biz konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin quraşdırdığı avadanlıqdan danışırıq.

- Bu ərazidə olan avadanlıqların bir hissəsini işlək vəziyyətə gətrimişik. Əsas problemimiz odur ki, zalda olan avadanlıqların üzərinə tüstü qatı hopub və tüstü qatı kömür qatı yaradıb. Ona görə də zalda olan bütün avadanlıqarı kənara daşıyıb, orada yuyub təmizlədikdən sonra, yenidən fəaliyyətə salma işləri ilə məşğuluq

Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib.

Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimiz qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı

Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə müəyyən problemlər yaşana bilər.

Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi.

Əslində hadisələr saat 14 radələrində baş verib. Saat təqribən 17:15, 17:30-da tüstülənmə mənbəyi söndürüldü. Lakin zala girmək mümkün deyildi. Zalda 2 dəqiqədən artıq durmaq mümkün deyildi. Bizim texniki işçilər növbəli iş rejimi ilə (10 dəqiqədən bir işçilər bayıra çıxıb təmiz hava alaraq yenidən geri qayıdır) işləyiblər. Qərar vermişik ki, yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək.

- Hadisə ilə bağlı cinayət işi qaldırılıb?

Nazir müavini İltimas Məmmədov elə həmin gün bütün gecə hadisə yerində olub, hətta yanğın başlayandan söndürülənədək, rabitə bərpa edilənə kimi. İkinci gün gecə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları burada işə başladı, araşdırma apardılar. Eyni zamanda Baş Prokrorluqdan xüsusi istintaq qrupu cəlb olunub.

- Milli Təhlükəsizlik Nazirliyi dediyiniz avadanlığı hara qoymuşdu?

- Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki biz o avadanlıqları təhvil verəcəyik. Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki o avadanlıq var idi vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə "Delta Telecom"da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1377   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 0