Dindarlardan Nardaran hadisələri ilə bağlı - BƏYANAT

Dindarlardan Nardaran hadisələri ilə bağlı - BƏYANATRespublikamızın cənub bölgəsində yaşayan dindarlar noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı bəyanat imzalayıb. Dini komitədən BiG.AZ-a daxil olan məlumata görə, dindarlar demokratik mühitdə pozuculuq cəhdlərinin din pərdəsi altında həyata keçirməyini qətiyyətlə qınayır.

Bəyanatda deyilir:

Son günlər baş vermiş hadisələr bütün ölkə dindarları kimi bizi də ciddi narahat edir. Özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qınayırıq.

Heç bir rəsmi statusu olmayan "Müsəlman Birliyi Hərəkatı"nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. Hesab edirik ki, regionun indiki həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar. Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizin milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri bu dairələrin məkrli niyyətlərini bariz şəkildə göstərir.

Dinimizdən sui-istifadə edilməsi, onun siyasi məqsədlərə alət olunması sülh və əmin-amanlıq dini olan İslama nəinki fayda verir, əksinə, islamafobiyanın artdığı bir dövrdə terrorizmin dinimizlə əlaqələndirilməsi istiqamətində kampaniya aparan bəzi qüvvələrin dəyirmanına su tökür, dünyada öz tolerantlığı və dini sabitliyi ilə seçilən respublikamızın müsbət imicinə mənfi təsir göstərir.

Azərbaycan dünyəvi dövlətdir və bütün dini etiqadlara bərabər şərait yaradılmışdır. Həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir. Hər bir inanclı rahat şəkildə ibadətlərini yerinə yetirə bilməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Dövlət tərəfindən dinə yüksək qayğı göstərildiyi bir vaxtda müsəlmanların sıxışdırılması iddiaları ilə çıxışlar etmək, inanclıları dövlətə qarşı qaldırmaq cəhdlərinin heç bir əsası yoxdur.

Bütün bunları nəzərə alaraq, biz inanclıları belə hadisələrdən ibrət almağa, Azərbaycan dövləti və onun Prezidenti ətrafında sıx birləşməyə çağırır, öz xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş polislərimizə Allah-Taaladan rəhmət diləyirik


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4760   Tarix: 28 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831