Keçmiş kürəkən qaynanasının evini soydu - VİDEO

Keçmiş kürəkən qaynanasının evini soydu - VİDEOSamux rayonunda 4 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvləri 77 yaşlı qadına qarşı qudurluq etməkdə şübhəli bilinir. Onlardan biri zərərçəkənin keçmiş kürəkəni olub.

Naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. "Çağırılmamış qonaqlar" ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq ona bıçaqla hədə-qorxu gəliblər.

Bəyaz Məmmədova - zərərçəkən şəxs: "Gecə vaxtı yatmağa hazırlaşırdım. Bir də gördüm ki, pəncərədən içəri daxil oldular. Elə bildim, bomba partladı. Mənim ağzımı bağlayıb dedilər ki, 2 dənə baş kəsmişik bu dəqiqə, tez elə, pulu və qızılları ver, yoxsa sizi öldürəcəyik".

Zərərçəkən qızıllarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri – 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar.

Malik Məmmdədov - Samux rayon polis şöbəsinin rəis müavini: "Buta Məmmədov təxminən bir il bundan əvvəl Bəyaz Məmmədovanın qızı ilə qeyri-rəsmi şəkildə ailə qurublar. Bir müddət həmin ünvanda yaşayıblar. Bəyaz xanımın pulu və qızılı olduğunu düşünən həmin şəxs bu barədə dostlarına məlumat verib".

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Dəstə üzvləri bildiriblər ki, Samuxda törədəcəkləri quldurluqla bağlı qərarı Bakıda veriblər. Daha sonra onlar əməllərini reallaşdırmaq üçün Gəncəyə, oradan isə Samuxa gəliblər.

Mehman Qarayev - saxlanılan şəxs: "Pəncərəni sındırıb, evə girmişik. Evdə bir yaşlı qadın, bir də gəlin olub. 500 manat pul götürüb çıxmışıq. Gəlmişik Gəncəyə, oradan da Bakıya".

Buta Abdullayev - saxlanılan şəxs: "Bəyaz mənim qayınanam olub. Uşaqlar məndən soruşdular ki, iş var? Mən də dedim ki, belə bir ev var, amma bilmirəm onlarda pul var, yoxsa yox. Onlar da dedilər ki, bizdən ötrü iki vuraq ikidir, sən evi göstər. Mən də evi göstərdim, girdilər, çıxdılar".

Anar Rəhimov - saxlanılan şəxs: "Bıçağı gəlinin boğazına dirədim, dostum da qoca qadını tutmuşdu. Dedim ki, bircə pulu, qızılı ver, bizim sənlə işimiz yoxdur".

Orxan Əlizadə - saxlanılan şəxs: "Biz ikimiz evdə qalmışıq. Onlar gecə 1-2 radələrində getdilər, səhərə yaxın da gəldilər. 180 manat pulu çıxarıb stolunj üstünə qoydular. 80 manatı mən götürdm.

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb olunub.

Region TV




BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 28 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 248
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 605
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092