"Dərs evi" — qəbul imtahanlarına unikal hazırlıq sistemi

"Dərs evi" — qəbul imtahanlarına unikal hazırlıq sistemi"Dərs evi" — qəbul imtahanlarına unikal hazırlıq sistemi"Dərs evi" — qəbul imtahanlarına unikal hazırlıq sistemiNoyabrın 24-də Bakıda effektiv və innovativ metodikalarla işləyən qəbul imtahanlarına hazırlıq kurslarının açılış mərasimi oldu. Bir müddətdir ki, mətbuatda standart metodikalardan köklü şəkildə fərqlənən hazırlıq kurslarının açılacağı barədə məlumatlar dolaşır. Bu konsepsiya artıq uzun illərdir bir çox Qərb ölkələrində böyük uğurla tətbiq olunur və abituriyentlərin əldə etdiyi yüksək nəticələr onun effektivliyindən xəbər verir.
Sevindiricidir ki, bu xəbərlər doğru çıxdı. Noyabrın 24-də qəbul imtahanlarına hazırlıq kurslarının — "Dərs evi"nin açılış mərasimi oldu. Təhsil sahəsində böyük təcrübəyə malik olan mərkəzin direktoru Pavel Belorusski öz çıxışında vurğuladı ki, "Dərs evi"ndə abituriyentləri bütün dünyada öz effektivliyini sübut etmiş yeni metodikaya əsasən hazırlaşdırmağa can atan istedadlı, işini bilən və məqsədyönlü müəllimlər çalışır. Ölkəmizdə ilk dəfə tətbiq olunan unikal sistem "edutainment" adlanır (ingiliscə "education" və "entertainment" sözlərindən alınıb). Edutainment məşğələlərə yaradıcı yanaşma və interaktivlik tələb edir, abituryentin psixoloji vəziyyətinə, stressə davamlılığına xüsusi diqqət göstərməyi nəzərdə tutur. "Dərs Evi" həm də abituriyenti artıq informasiya ilə yükləmədən lazımi biliklərin tədris edilməsinin tərəfdarıdır.
Mərkəzin özü isə texniki avadanlığı və öz sahəsində mütəxəssis olan ekspertlər komandası ilə
yaxşı mənada təəccübləndirdi. "Dərs evi"ndə əmindirlər ki, mexaniki əzbərləmə effektsizdir.
Abituriyenti həvəsləndirmək, tədris prosesinə maraq yaratmaq olduqca vacibdir. Yalnız bu cür yanaşma onun ali məktəbə daxil olmasının rəhni ola bilər. "Dərs Evi" tədris mərkəzinin bu istiqamətdə gördüyü işləri nəzərə alaraq qeyd edilən innovativ konsepsiyanın Azərbaycanda da uğurla həyata keçiriləcəyinə əmin olmaq olar.2016-cı ilin yanvar ayından etibarən "Dərs evi"ndə intensiv kurslar başlayacaq. Qeydiyyatdan 2015-ci ilin dekabr ayının sonunadək keçmək mümkündür. Daha ətraflı məlumat üçün (012) 310 08 18 nömrəsinə zəng edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1819   Tarix: 26 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656