Enerjinizi artırmaq üçün bunları edin

Enerjinizi artırmaq üçün bunları edinEnerjinizi yüksək səviyyədə saxlamaq və gün ərzində bunu qorumaq üçün yeməklərinizə diqqət etməli və bir neçə saatınızı özünüzə ayırmalısınız.

1.Cardiff universitetindəki araşdırmaya görə, hər gün 40 qr. buğda, qarğıdalı və s. lifləri qəbul etməlisiniz. Çünki,eneji bu cür liflər enerjini artırır və stressi azaldır.

2. Səhərlər duş qəbul edərkən, bir soyuq, bir də isti duş qəbul edin. Əvvəl, ilıq suyun altında dayanın. Ardınca, suyu isidin. Ancaq, başınızı suyun altına salmamağa diqqət edin. 5 – 6 dəqiqə bunu təkrarlasanız, duşdan çıxanda özünüzü daha rahatlanmış hiss edəcəksiniz.

3. Edilən araşdırmalara görə, hər dörd qadından birində dəmir səviyyəsinin aşağı olduğu təyin olunmuşdur. Bu da yorğunluq və halsızlıq yaradır. Buna görə, daha çox dəmir ehtiva edən yaşıl tərəvəz, qurudulmuş meyvə və taxıl qəbul etməlisiniz .

4. Daha çox balıq, toyuq, pendir, paxla və yumurta yeməlisiniz … Çünki, bədən üçün lazımlı omega 3, bu qidalarda var. Balıq yemək, eyni zamanda, bədənin seratonin ifraz etməsini təmin edir. Bu hormon isə, beyindəki xoşbəxtlik mərkəzini aktiv hala keçirir.

5. Gündə 2 və ya 3 litr su içməlisiniz … Harvard universitetində edilən araşdırmaya görə, bu nisbətlərdə su içmək, dayanıqlılığı artırır, stressin azalmasına köməkçi olur. Ancaq, nəzərə alın; çoxu da zərərlidir …

6. Dik durun. Dik durmamaq, əzələlərin sürətli çalışaraq, yorulmasına səbəb olur. Nəfəs almanızı çətinləşdirər. Dik mövqedə ikən daha rahat nəfəs alınır, oksigen ağciyərlərə dolur və beləcə, qanın daha rahat gəzməsi təmin olunur.

7. Edilən araşdırmalara görə, ən sevdiyiniz musiqiləri dinləmək stressi yüngülləşdirir və yorğunluqla daha rahat mübarizə aparmağınızı təmin edir. Buna görə də , gəzərkən, çalışarkən, iş görərkən musiqi dinləenerjiməyi unutmayın…

8. Bayıra çıxın. Səhər oyandığınız zaman edəcəyiniz ilk iş, bayıra çıxmaq olsun. Amerikalı elm adamları, təbii işığın beyni hərəkətə keçirdiyini və seratonin ifraz etməsinə köməkçi olduğunu söyləyir. Bu da xoşbəxtliyinizi artıracaq.

9. Mütləq gün içərisində yatın … Amerikadakı beyin sağlamlığı tədqiqatçılarına görə, 30 dəqiqəlik qısa bir yuxu belə, insanların performansına müsbət istiqamətdə təsir edir. Çalışarkən qısa da olsa gözlərinizi yumub, biraz istirahət edin…

10. Bədəninizin turşu nisbətini tənzimləməyiniz lazımdır. Gərəyindən çox şəkərli qidalar və pendir, turşuya səbəb olur və enerjini udur. Buna görə də, tərəvəz və meyvə salatlarını daha çox qəbul edin.

11. Həkimlər, həyatınızdakı yaxşı şeyləri xatırlamağınız üçün sizi xoşbəxt edən şeyləri bir dəftərə yazmağınızı tövsiyyə edir. Bunları oxuduqca, sizi nəyin xoşbəxt etdiyini daha yaxşı tapa bilərsiniz.

12. Nizamlı yemək yeyin. Yeməklər arasındakı uzun aralıqlar, şəkərin düşməsinə, bu səbəbdən enerjinizin azalmasına səbəb olur. Gündə üç dəfə mütləq yemək yeyin. Gün içərisində banan, qoz-fındıq, qatıq yemək idealdır.

13. Əzələlərinizi hiss edərək enerji təmin edin. Məsələn, iki əlinizi sinə xəttində birləşdirin və bir-birinə doğru itələyin. Arenerjidınca, başınızın üstünə qaldırın və bunu 5-10 dəfə təkrarlayın.

14. Günə, yaxşı bir səhər yeməyi ilə başlayın.

15. Nəfəs alıb vermənin əhəmiyyətini mütləq qavrayın. Dərin nəfəs alıb vermək, nəfəs yolunuzu açacaq və daha çox enerji almağınızı təmin edəcək. Hər saat üç və ya dörd dəfə dərin nəfəs alıb verin …

16. Mobil telefonunuzu söndürün … Qoy, günün bir neçə saatı kimsə sizə çata bilməsin. Lazım olanda, iş və ailəniz üçün istifadə edin …

17. Nizamlı olun. Dağınıqlıq, sizi stressə salacaq. Gərəksiz yerə panikaya qapılsanız, bu stresslə işləriniz yolunda getməyəcək. Bu xaosu yaşayıb stressinizi artırmayın …

18. Addımlarınızı artırın. Daha çox piyada gəzin, daha çox pilləkanla çıxın. Mümkün qədər hərəkətli olmağa diqqət göstərsəniz, qanın sürətli hərəkət etməsini, əzələlərə və orqanlara gedən oksigenin artmasını təmin edərsiniz. Bu da sizi rahatlaşdıracaq.

19. Maqnezium qəbul etməyə diqqət edin. Tərəvəzlərdə, fındıqda və taxıllı çörəklərdə olan bu vitamin sizə gümrahlıq qazandıracaq.

20. Yeməklərdəki enerjinin sürətli sorulmasını təmin edən coenzyme q10, bədənin istehsal etdiyi antioksidandır. Bu fermentin meydana gəlməsini təmin edən yeməklər də brokoli, qəhvəyi şəkər, kəpəkli məhsullar, soya və fındıqdır.

21. Çox kofein və spirt yuxuya maneə yaradır və enerji verən B vitamininienerji əmir. Həftədə bir neçə dəfə 1 və ya 2 qədəh şərabı keçməməyə, çay və qəhvə istehlakını də ən aza endirməyə diqqət göstərin.

22. Kompüterlə işləyərkən mütləq aralar verin. Yapon araşdırmaçılar, kompüter qarşısında çox oturan insanlarda narahat olma halının artdığını, gözlərdə problem yaşandığını və bədən ağrılarının çoxaldığını söyləyir.

23. Və son olaraq zehni mənada rahatlamaq və yenilənmək üçün özünüzə 20 dəqiqə ayırın və bunları etməyə çalışın …

İlıq, səssiz bir yerdə oturun ya da uzanın. Üzərinizdə rahat paltarlarınız olsun və gözlərinizi bağlayın. Nefes alıb-verişinizə fokuslanın və nəfəsinizin rahat olmasını təmin edin. Özünüzü çay kənarında, yaşıl çəmənlərin üzərində düşünün. Günəş parlayır, quşlar oxuyur və siz suyun axışını eşidirsiniz. Suyun içində ayağa qalxır, üzünüzü günəşə döndərirsiniz. Günəşin sizi enerjiylə doldurduğunu hiss edirsiniz. Dərin bir nəfəs alıb, bu enerjinin içinizə dolmasını təmin edirsiniz. Bədəninizin və düşüncələrinizin müsbətə çevrildiyini hiss etdiyiniz zaman yavaşca gözlərinizi açırsınız …


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1911   Tarix: 25 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483