Avtosalonlarda avtomobillərin qiyməti endi

Avtosalonlarda avtomobillərin qiyməti endiSon günlər ölkədə mənzil bazarında qiymətlərin aşağı düşməsi diqqətdən qaçmır. Bu qiymət endirimi həmçinin maşın bazarına, hətta avtosalonlara da təsir edib.

Modern.az saytının əməkdaşı Bakıdakı bir neçə avtosalonda olub, vəziyyətlə maraqlanıb.

Babək prospektindəki işlənmiş maşınların satıldığı avtosalonun Zaur adlı satış meneceri bildirdi ki, onlarda da vəziyyət yaxşı deyil:

"Son 4 ayda, demək olar ki, satış yoxdur. Əvvəlki vaxtla müqayisədə 70-80% müştəri qıtlığı yaşayırıq. 2015-ci il avtomobil bazarında "qara il" kimi yada qalacaq. Maşınların qiymətini aşağı salsaq da, müştəriləri cəlb edə bilmirik".
Qeyd edək ki, bu avtosalonda ikinci əl maşınlarından "Volkswagen" markalı avtomobillər 9000, "Kia" 8500, "Mercedes" 11000 manata satılır.

"Euro Style Ltd Volkswagen AG"nin Azərbaycandakı rəsmi dilerinin numayəndəsi Modern.az-açıqlamasında bildirdi ki, hazırda minik avtomobillərinin idxalında vəziyyət pisdir, tənəzzül getdikcə dərinləşir.
"Orta təbəqənin maşını olan "Volkswagen"in satışı da bazara uyğun tənzimlənir. Hazırda Azərbaycanda avtomobil salonları çox çətin dövrünü yaşayır.

Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu, həm əhalinin avtomobil almadığına, həm də rəsmi distribüter və dilerlərin də müvafiq olaraq maşın sata bilmədiyinə işarədir".

Yeri gəlmişkən, Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktybar aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd və ya 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb.

"Euro Style Ltd Volkswagen AG"nin nümayəndəsi deyir ki, avtomobil idxalının azalması "Avro 4" standartına keçid, əhalinin gəlirlərinin azalması ilə bağlıdır.

"Başqa tərəfdən isə kredit şərtlərinin sərtləşməsi ilə də bağlı ola bilər. Bildiyiniz kimi, bəzi banklar krediti dollarla verdiyi üçün əhali ümumi vəziyyəti görür və kredit götürməkdən çəkinir. Bəlkə də müştərilərimiz yeni ildə keçiriləcək kampaniyalarımızı gözləyirlər".

Müsahibimiz dedi ki, "Euro Style Ltd Volkswagen AG"nin avtosalonunda qiymətlər aşağı salınmayıb, amma bəzi kampaniyalar kecirirlər: "Bu kampaniyalar çərçivəsində təzə maşınları 10% endirimlə satırıq. Ən ucuz maşınınmız isə "Volkswagen"dir ki, 14900 manata satışa qoyulub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2266   Tarix: 25 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 135
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 338
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295