Uzunömürlü olmaq çox da cətin deyilmiş

Uzunömürlü olmaq çox da cətin deyilmişPsixoloji sağlıq fiziki sağlığın həm dərmanıdır,həm də səbəbi. Odur ki,ikisinə də diqqət göstərməyimiz vacibdir. Psixiatr həkim Elif Mutlu ruh sağlığımızı qorumaq təkliflər irəli sürərək söyləyib:
"Sağlam bir bədən üçün yediklərimizə diqqət edir, idman salonlarında saatlarca vaxt keçirib vaxt və pul xərcləyir,xəstələndə həkimə getsək də orqanizmimizə zərərli təsirləri olmasin deyə yazılan dərmanlari qəbul etməkdəndə uzaqlaşırıq.Bəs, ruh sağlamlığımızı qorumaq üçün nələr edirik? Eynilə bədənimizi tanımaq, güclü və zəif cəhətlərini fərq etmək kimi psixoloji binamızı da tanımalıyıq. İnsanın özünü daim başqaları ilə müqayisə etməsi və öz istedad və sərhədlərini tanımadan bir yarış davam etdirməsi xəyal qırıqlığına səbəb ola bilər"

Dəyişmək üçün dəyişin

Şəxsi söhbətimizə yanaşsaq əslində yaxın münasibətlərdə, qərar vaxtlarında həmişə eyni ssenari təkrar etdiyimizi fərq edirik. Nəticənin dəyişməsi üçün yalnız digər insanların, ətraf mühitin, şəraitin dəyişməsini gözləmək ümumiyyətlə işə yarayan bir üsul deyil və dəyişməyi gözə almaq çətindir. Dəyişməyə hazır olmayan birinin hər hansı bir vasitədən fayda görməsi o qədər də mümkün olmaz.

Öz başınıza xoşbəxt olun

Eynilə bədənimiz kimi iç dünyamızın da sərhədləri vardır. İzdihamlı bir yerdə tanımadığımız biri bizə biraz çox yaxınlaşarsa narahat oluruq. Eyni şey münasibətlərimiz üçün də keçərlidir. Bəzi əlaqələrimiz daha yaxın bəziləri daha uzaqdır və məsafəni biz taparıq. Üstəlik, nə qədər yaxın olsaq da eyni ruh deyilik.

Məqsədi olan uzun yaşayır

Dərdimizi başqalarının aradan qaldırmasını gözləmək, bizimlə tam olaraq eyni şeyi eyni hiss etməsini hətta bizim yerimizə hiss edib bizim yerimizə addım atmasını gözləmək bir müddət sonra çarəsizlik hissi yaradır. Eyni şəkildə, başqalarının sərhədlərini qəbul etmək də vacibdir. Bu olanda münasibətlər daha doydurmalı və möhkəm olacaqdır.

Azadlıq bəzən etməməkdir

Niyyətləri əngəlləmək içimizdən gələn şeylər üçün dərhal hərəkətə keçməmək, əvvəl özümüzə zaman ayırmaq deməkdir. Azadlığın istədiyimiz hər şeyi etmək olduğuna inanırıq. Halbuki, azadlıq, istədiyin hər şeyi etmək deyil, bəzi şeyləri istəsən də etməməyi üstün tutmaqdır.

Maneələr sizi özünüzdən küsdürməsin.

Həyatda hər an maneələrlə qarşılaşırıq. Axtardığımız adam telefonu açmaya bilər, çox çalışdığımız bir imtahanı keçməyə bilərik, ən çox layiq olan biz olsaq da yüksəlməyə bilərik.. İstədiyimiz avtomobilə pulumuz yetməyə, sevgimiz davam etmək istəməyə bilər. Maneələr və itkilər ilə razılaşdıqda, bütün qüvvəni toplayıb yola davam etmək üçün daha çox şansın olacaq.

Yüz min dəfə yox!

İstəmədiklərimizə yox demək əsəblərimizi qorumağın bir yoludur. Bəzi insanlar, başqalarının sevgi və razılığını itirməmək üçün istəmədikləri şeyləri qəbul edirlər. Ancaq bu vəziyyət sevgini davam etdirməməklə yanaşı, insanda çarəsizlik, sıxıntılıq hisslərinə də yol aça bilər
Məqsəd önəmlidir
İnsanın bir məqsədinin olması, bir işi yiyələnməsi, əmək verməsi əməlli bir həyat üçün çox əhəmiyyətlidir. Bir tədqiqatda həyatda bir məqsədi olan insanların daha uzun yaşadığı göstərilmiş.

Nə keçmiş, nə gələcək

Keçmişi düşünmək bir dərəcəyə qədər faydalıdır, çünki şəxsi tariximiz bizi biz edən şeylərdən biridir. Gələcəyi planlaşdırmaq bundan sonrakı yol xəritəmiz üçün lazımdır.
Ancaq dünənlə hədsiz şəkildə məşğul olmaq, keçmişdə gördüklərimiz, ya da başımızı gələnlər üçün daim günah hissinə qapılmaq hüzn yaradır və biz bu fikirlərlə məşğul olarkən bu gün axıb gedər. Davamlı gələcəyi düşünmək və nəzarətdə saxlamaqsa qayğıya yol açır. İndiki zamanın fərqində olmaq həyatı hədəfi vura bilməməyin yoludur.

Özünü ifadə etmək çox şey qazandırır

Ünsiyyətcil olmaq öz fikirlərini, dünyagörüşünü, duyğularını başqalarına zərər verməyəcək şəkildə ortaya qoymaq deməkdir. Eynilə yox deməkdə olduğu kimi, bir çox insan başqalarına eyib olacağı, yaxud üzəcəyi həyəcanı ilə özünü ifadə etməkdən çəkinər. Halbuki öz hisslərimizi və düşüncələrimizi ortaya qoymağımız və onlarla təmas içində olmaq, özümüzü dərk etməyin bir yoludur. Üstəlik hissləri ifadə etmək daxili deyişmə yaşamağa mane olur və özünü ifadə edən insanlar adətən başqalarının gözündə dəyər və sevgi də itirməz. Özünü ünsiyyətcil bir şəkildə ifadə etməyən insanlar sonunda passiv və ya təcavüzkar mövqe tuturlar və hər ikisi də qarşıdurmaya yol açır.

Zehin və bədən bir

Beynimiz və bədənimiz sıx qarşılıqlı təsir içindədir. İç dünyamızdakı münaqişələrin bir qismi, əgər başqa bir ifadə yolu tapmırsa, fiziki simptomlar şəklində özünü göstərir. Bədənimizdə olub bitənlər necə hiss edib, necə düşündüyümüzə təsir göstərə bilər. Sağlamlığı qorumaq üçün zehin və bədənə bir arada qayğı göstərmək və bir-birindən asılı olmadığını fərq etmək lazımdır".
Gülnar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1808   Tarix: 08 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329