Qışda xəstələnməmək üçün nə etməli? HƏKİM MƏSLƏHƏTİ

Qışda xəstələnməmək üçün nə etməli? HƏKİM MƏSLƏHƏTİHavanın soyuması özü ilə birlikdə xəstəliklər də gətirir. Artıq payızın ilk günlərindən istər uşaq, istərsə də böyüklər arasında yuxarı tənəffüs yolları xəstəlikləri yayılmağa başlayıb. Xəstəliklərdən qorunmaq isə ilk növbədə öz əlimizdədir. Necə yeməyimizdən tutmuş, geyinməyimizə qədər bir sıra nüanslara diqqət etsək, qışı sağlam keçirə bilərik.

Bu nüanslar barədə isə oxucuları həkim-terapevt Könül Mahmudova məlumatlandırır.

Həkimin sözlərinə görə, qışda xəstəliklərdən qorunmağın birinci və ən əsas yolu düzgün qidalanmadır: "Hər kəs üçün düzgün qidalanma qaydaları fərqlidir. Yəni, konktret resept şəklində hər kəsə gündə hansı qidadan nə qədər qəbul edə biləcəyini demək doğru deyil. Çünki hər bir qidanın öz kalorisi var. Insanın fiziki aktivliyindən asılı olaraq qəbul edəcəyi qidanın kalorisi də fərqli olmalıdır. Ona görə də bu məsələyə fərdi yanaşmaq lazımdır. Bu baxımdan, nə və nə qədər yemək lazım olduğunu hər kəs həkimi ilə məsləhətləşsə, yaxşıdır. Lakin biz praktik sağlam olan insanların mövsümi xəstəliklərdən qorunması üçün bəzi məsləhətlər verə bilərik. Düzdür, bədəni qışa hələ yaydan hazırlamaq lazımdır. Amma indi də gecikmiş hesab edilmərik".

Qışda bədənin ən çox "A" və "E" vitaminlərinə ehtiyac hiss etdiyini deyən müsahibimiz bu tələbatı ödəmək üçün nələr yeməli olduğumuzu sadalayır: "Gün ərzində 2-3 dəfə meyvə yemək lazımdır. Yediyiniz qidaların tərkibində "A" və "E" vitaminləri üstünlük təşkil etməlidir. "E" vitamini üçün quru meyvələr və göyərti qəbul etmək lazımdır. Xüsusən də, qoz, fındıq, püstə və badam enerji dəyəri yüksək qidalar hesab edilir. Ət, balıq, portağal, alma ilə "A" vitamini ehtiyacını ödəmək olar.

Antioksidant tərkibli meyvələr -xüsusən, portağal, ananas, naringi yemək lazımdır. Sitrus meyvələri ilə yanaşı, hər gün bir alma yemək olar. Qəbul etdiyimiz meyvələrin həm mövsümə uyğun, həm də yerli istehsal olmasına diqqət etməliyik. Gün ərzində bir stəkan alma şirəsi qəbul etmək bədənin həm vitamin ehtiyacını qarşılayır, həm bədəni qüvvətləndirir, həm də antioksidant effekti yaradır. Mədə-bağırsaq traktı sağlam olanlar gün ərzində meyvə qəbulunu digər aylarla müqayisədə artıra bilərlər.

Tərəvəzlər çiy və bişirilmiş formada gündə bir neçə dəfə qəbul edilməlidir.

Qışda orqanizmin mikroelementlərə ehtiyacı artır. Bu ehtiyacı çərəzlər və qurudulmuş meyvələrlə təmin edə bilərik.

Bu dediklərimiz praktik sağlam insanlara aiddir. Bəzi xroniki xəstələr var ki, onlara müəyyən meyvə və tərəvəzlərin qəbulu məsləhət görülmür. Bu baxımdan, həmin şəxslər qidalanma və mövsümi xəstəliklərdən qorunmaq üçün həkimləri ilə məsləhətləşsələr, yaxşı olar. Məsələn, praktik sağlam insanlar qışda immuniteti gücləndirmək və soyuğa qarşı müqavimətli olmaq üçün yağlı qidalar qəbul edə bilərlər. Lakin şəkərli diabeti, xolesterini yüksək olan şəxslərə bu cür qidalanmaq məsləhət deyil".

Həkimin sözlərinə görə, mövsümi xəstəliklərdən qorunmaq üçün yalnız vitamin tərkibli qidalar qəbul etmək kifayət deyil. İdman və aktiv həyat tərzi də vacibdir: "Yayda olduğu kimi, qışda da günün müəyyən saatlarını açıq havada keçirmək məsləhətdir. Açıq havada qaçmaq və idman etməklə bədəni qüvvətləndirmiş oluruq. İşi oturaq olanlar və gəzintiyə vaxt tapa bilməyənlər otaq şəraitində idman edə bilərlər. Ən azı, gün ərzində səhər və axşam saatlarında 1 saat açıq havada olmaq lazımdır".

Soyuqdan qorunmanın bir yolu da düzgün geyim seçməkdir. Həkim deyir ki, qışda geyim seçərkən pambıq materialdan olmasına diqqət edilməlidir: "Bakıda hava şəraiti gün ərzində bir neçə dəfə dəyişə bilər. Ona görə də geyim seçəndə, bu məqam nəzərə alınmalıdır. Çox paltar geyinməklə xəstəlikdən sığortalanmış hesab edilmirik. Geyimimiz çox qalın olmasa da da, küçəyə çıxanda, əlavə geyim də götürsək, yaxşı olar. Ümumiyyətlə, təbii parçalardan olan geyimlərə üstünlük verilməlidir".

Həkim onu da qeyd edir ki, xroniki xəstəliyi olanların, hamilələrin payızda qripə qarşı peyvənd olunmaları məsləhətdir.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3441   Tarix: 29 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1045
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 163
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 821
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1109
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 820
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 482
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 851
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1710
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1206