Bel və boyun ağrılarından xilas olmaq istəyənlərə - MƏSLƏHƏT

Bel və boyun ağrılarından xilas olmaq istəyənlərə - MƏSLƏHƏTBir çox insan bel və boyun ağrılarından əziyyət çəkir. Xüsusilə də ofis işçiləri bu problemlə üzləşir. Türkiyəli professor, doktor İlhan Elmacı bel və boyun ağrılarından qorunmağın mümkün olduğunu açıqlayıb. Onun sözlərinə görə, sadəcə, bir neçə məsləhətə əməl etmək lazımdır.

Kompüter başında əvvəlki illərlə müqayisədə daha çox vaxt keçirənlər hərəkətsiz həyat tərzinə məhkum olurlar. Saatlarla eyni pozada qalmaq onurğaya düşən yükü artırır. Doktor İlhan Elmacı ofisdə ikən aşağıdakı qaydalara əməl etməyi məsləhət bilir.

*Oturarkən arxaya çevrilməli olduqda, sadəcə başınızı deyil, bütün bədəninizi döndərin. Əks halda boyunda və beldə ağrılar baş verə bilər.

*Kompüter gözlə eyni səviyyədə dayanmalıdır. Başı aşağı əyib ekrana baxmaq boyun əzələlərini yorur.

*Uzun müddət eyni pozada qalmayın. Fasiləsiz olaraq 45 dəqiqədən çox oturmaq və ya ayaq üstə durmaq onurğaya mənfi təsir edir. Odur ki, 5-10 dəqiqəlik fasilələr vermək lazımdır. 45 dəqiqə ayaq üstə qalmısınızsa, 10 dəqiqə oturun, və ya əksinə.

*Oturarkən beli dəstəkləyən yastıqdan istifadə etmək lazımdır. Buna vərdiş edin.

*Nə isə götürmək üçün yerə əyilməyin. Çömələrək götürün. Ani şəkildə yerə əyilmək onurğanı zədələyə bilər.

* Bel və boyun bölgəsi tərli qalmamalı, bu bölgələri küləkdən və kondisionerin üfürdüyü hava axınından qorumaq lazımdır.

Yatarkən diqqətli olun!
Həkim yanlış yuxu pozasının da bel və boyun problemlərinə səbəb olduğunu bildirir.

"Daha sağlam olmaq istəyirsinizsə, mütləq yaylı ortopedik çarpayıda yatın. Yatmağa hazırlaşarkən əvvəlcə yatağın kənarına oturmaq, daha sonra qollardan dəstək alaraq öncə yana, daha sonra da arxası üstə dönmək lazımdır. Yan pozada, önə doğru bükülərək ayaqları qarına doğru çəkib yatmaq sağlamlıq üçün ən uyğun pozadır. Boyun sağlamlığı üçün ortopedik yastıqlardan istifadə edin. Yataqdan qalxarkən isə ani hərəkət etməyin, qollardan dəstək alaraq qalxın".

Asan məşq hərəkətləri
Doktor İlhan Elmacı asan və vaxt almayan bəzi məşq hərəkətlərinin bel və boyun əzələlərinə yaxşı təsir etdiyini, bu bölgələrdəki ağrıların qarşısını aldığını bildirir.

Bunlar aşağıdakılardır:
*5 saniyəlik fasilələrlə baş önə əyilməli, çənə sinəyə dəyməlidir. Bu vəziyyətdə önə doğru baxmaq lazımdır.

*Sağ əli sağ qulağın üstünə qoyub başı yavaşca itələyin. Eyni zamanda da başınızla əli itələməyə çalışın. Bu zaman baş və boyun dümdüz durmalıdır. Proses 10 saniyə davam etməlidir. Daha sonra eyni şeyi sol tərəfə də tətbiq edin.

*Arxası üstə uzanın. Onurğa düz olmalı, ayaq barmaqları tavanı göstərməlidir. Boynunuzu büküb ayağınızın ucuna baxın. Bu zaman bel yerdən qalxmamalıdır. 10 saniyə gözləyin.
5 saniyəlik fasilələrlə bu hərəkəti 10 dəfə təkrarlayın.

*Arxası üstə yerə uzanın. Bel və ombanı yerdən qaldıraraq 5 saniyə havada saxlayın. Hərəkəti 10 dəfə təkrarlayın.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1769   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018