Payızda bu tərəvəzləri çox yeyin

Payızda bu tərəvəzləri çox yeyinHər şeyi öz vaxtında yemək ən faydalısıdır.

Bəs payızın meyvə və tərəvəzləri?

Balqabaq: Tərkibində A vitamini, kalsium və fosfor yüksək olan balqabaq sadəcə şirniyyatlar deyil, yeməklərin də hazırlanmasında istifadə edilir. Bu cür lifli qidaların çox qəbulu sütun xərçənginə qarşı da qoruyur. 100 qram balqabaq gündəlik fol turşusu ehtiyacının dörddə birini qarşılayır. Qaynamış balqabaqda olan karoten maddəsi güclü antioksidandır. Yüksək tərkibli potasium maye-duz balansını təmin edir.

Brokoli: A vitamini və potasiumla zəngin, fol turşusunun ən yaxşı qaynağı olan brokolini elə bişirmək lazımdır ki, mineral itkisi az olsun. Buna görə az bişirilməli və qaynamış suyu tökülməməlidir. Mədə və qida borusu təhlükəsini azaldır.

Brüssel kələmi güclü xərçəng qoruyucusudur. Az bişirilməsi və çiy yeyilməsi vacibdir. Döş xərçəngi riskini azaldır. İmmunitet sistemini gücləndirir. Lif, C vitamini, folat və A vitamini tərkiblidir. Dəri sağlığı üçün əhəmiyyətlidir və hamiləlikdə bol yeyilməlidir.

Dəmirlə zəngin olan ispanaq digər yarpaqlı tərəvəzlərdən fərqli olaraq daha çox protein tərkiblidir. Təzyiqi aşağı salır. Qan laxtalanmasını azaldır. Beta karoten tərkibli olduğu üçün yaşla bağlı ortaya çıxan göz xəstəliklərinin qarşısını alır. Mədə xərçənginin qarşısını aldığı və immuniteti gücləndirdiyi sübut edilib.

Kök A, B1, B2 vitamin və lif qaynağıdır. Enerji verir. Qaraciyərin öd ifrazına və xolesterolu tənzimləməsinə yardım edir. Su tərkibi çox olduğu üçün şəkər xəstələri rahat qəbul edə bilərlər. Mədə və bağırsaq problemlərinə müsbət təsir edir. Ancaq bişirildikdən sonra tərkibindəki maddələr qısa müddət içində toksik maddələrə çevrildiyi üçün tez bir zamanda yeyilməlidir. Beta karoten, antioksidan, A, C vitamini, lif və kalsium mənbəyidir. Xərçəng növləri, ürək xəstəlikləri və kataraktaya qarşı faydalıdır.

Qara kələm kalsium, mis, dəmir, potasium və C vitamini baxımından zəngindir. Həm də kükürd tərkiblidir. Çiy halda yemək və sıxaraq suyunu içmək daha faydalıdır. Qan azlığını yox edir. Sidik qovucudur. Mədə və bağırsaq yaralarını yumşaldır. Qəbzliyi yox edir. Qandakı şəkər miqdarını aşağı salır. Bədəni xəstəliklərə və xərçəngə qarşı qoruyur. Sarılıq və öd kisəsi xəstəlikləri üçün faydalıdır. Astma və revmatizmə də müsbət təsir edir. Səs batması problemini həll edir. İştahanı açır. Guatr problemi olanlar yeməsin.

Kələm: Tərkibində yaşlanmanın qarşısını alan selenium mineralı təzə cild bəxş edir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Sadəcə kələm növlərində olan U vitamini mədə və bağırsağın daxili səthini qoruyur, yaraları sağaldır.

Göyərti: Tərkibindəki mədəni duzlar və vitaminlər sayəsində qanı mikroblardan təmizləyir, xəstəliklərə qarşı müqaviməti artırır. Böyrək daşlarını əridərək düşməsini asanlaşdırır. Qandakı şəkər nisbətini aşağı salır, güc vericidir, halsızlığa yaxşı təsir edir.

Kərəvəz: Kükürdlü tərəvəzlərdəndir. Sakitləşdirir, qanı təmizləyir, kökəlməyə mane olur və böyrəklər üçün çox faydalıdır.

Razyana: Uçucu yağ tərkibli olduğu üçün qaynatmaq yerinə isti suda saxlamaq daha məsləhətdir. Ana südünü artırır. Kalsium, potasium mineralları, B vitamini ilə zəngindir. Bədən müqavimətini artırır. Müntəzəm istifadə edilsə, xolesterolu aşağı salar. Dəri sağlığı üçün faydalıdır. İmmunitet sistemi və sümükləri gücləndirir, ağciyər xərçənginə qarşı qoruyur, cinsi performansı artırır. Bağırsaqların düzgün çalışmasına yardım edir.

Göbələk: Yüksək enerji, potasium və protein tərkiblidir. Yağ tərkibi çox aşağıdır.

Kahı: Su tərkibi 95 %-dir. A vitamin tərkiblidir.

Cəfəri: Sidik qovucu olan cəfəri C vitamini ilə çox zəngindir. A vitamini və potasium üçün də yaxşı mənbədir. Təzə yeyilə, qaynadılıb suyu içilə bilər. Köpü yox edir. Yüksək təzyiqi aşağı salır. Ürəyin yorulmasının qarşısını alır, qansızlığı yox edir. Öd axınını asanlaşdırır, böyrək daşlarının düşməsinə yardım edir. Böyrək iltihabı olanlar cəfəri yeməməlidir.

Kartof: Tərkibində yüksək miqdarda nişasta, B və C vitamini olmasına rəğmən, bişirdikdən sonra bunlar yox olur. Tərkibində sinir sisteminin nizamlı çalışmasını əngəlləyən bəzi toksik maddələr də var və bunlar ancaq çox yaxşı bişirildiyində təsirsiz hala gəlir. Buna görə kartofu çox yaxşı bişirmək lazımdır. Vitamin itkisi çox yaşanmasın deyə qabığının incə soyulması vacibdir.
Beyindəki seratonin adlı kimyəvi maddənin özünü yeniləməsinə yardım edir. Antioksidanlarla çox zəngindir. Qandakı şəkər səviyyəsini aşağı salıb qanı təmizlədiyi üçün şəkər xəstələri rahat yeyə bilər. Susuzluğu və qaraciyər şişkinliklərini yox edir.
Sərt bir şey udulduğunda yad cismin zərər vermədən çıxmasını təmin edir. Əl və ayaq çatlaqlarına faydalıdır.

Sarımsaq: Enerji verir. Kükürdlə zəngindir. Xərçəng qoruyucusudur. A, B. C, P vitaminləri ilə zəngindir. Yüksək təzyiqi aşağı salır. Qanı təmizləyir. İştahanı açır. Qəbzliyi aparır. Revmatizm və oynaq ağrılarında faydalıdır.

Çuğundur kalsium, dəmir, maqnezium, potasium, A, C və B vitamin tərkiblidir. Sümük və dişləri gücləndirir. Daha çox suyu içilir. İştahanı açır. Bədəndəki toksinləri atmaq üçün həm yeyilməsi, həm də suyunun içilməsi faydalıdır. Mədə və qaraciyərə faydalıdır.

Qırmızı və sarı soğan. Sarı və ağ soğanların hər ikisi də güclü antioksidanlardır. İmmunitet sistemini gücləndirir. Qrip, soyuqdəyməyə qarşı sarımsaqla eyni təsiri var. Öskürəyi yox edir. Bronxları təmizləyir. Sümük əriməsinə faydalıdır. Qandakı şəkər səviyyəsinin düşməsinə yardım edir. Sidik qovucudur. Böyrəklərdə yığılan qum və daşların tökülməsinə yardım edir. Ekzema və dəri xəstəliklərində istifadə edilir. Ürək-damar sağlığı baxımından faydalıdır. Çiy yeyildiyində mədəni gücləndirir, sidiyi artırır. Ancaq mədə problemi olanlar çiy yeməsin.
Qırmız soğan isə siqaret çəkənlərdə toplanan nikotinin bədəndən atılmasında mühüm rol oynayır. Qanda yüksəlmiş lipit miqdarını aşağı salır. Öd kisəsini incəldərək qaraciyərin rahat çalışmasını təmin edir.

Turp: Əsasən qara turp çox faydalıdır və böyrəklərə yaxşı təsir edir. Potasiumla zəngindir. Toxluq hissi yaradır. İmmunitet sistemini gücləndirir. Yuxarı tənəffüs yolu infeksiyalarının müalicəsində yaxşı yardımçıdır.

ailəlent.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2258   Tarix: 09 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevgililərin ayrılmaq üzrə olduğunu göstərən 3 QIRMIZI BAYRAQ

Boşanmalar nadir hallarda qəfil olur. Adətən bir əlaqənin sona çatmasından əvvəl uzun müddət sevgi sönməyə başlayır. Çox vaxt əvvəlcədən cütlüyün ayrılacağı qənaətinə gəlmək olar: hətta sevgililər ictimaiyyət arasında mübahisə etməsələr də. BİG.AZ -a istinadən bildirir ki, münasibətlərin tezliklə son

16.03.2024 491
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 319
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 734
.

Qadınların uzunömürlü olmasını təmin edəcək 7 qayda

Sağlamlığın və uzunömürlülüyün qorunub saxlanması təkcə düzgün qidalanma və mütəmadi tibbi müayinələr deyil, həm də bir sıra digər mühüm addımların atılmasını tələb edir. Həkimlər həmişə məsləhət görürlər ki, sabah əla formada ola biləsiniz deyə, özünüzə bu gün baxmağa başlayın. xarici KİV-ə istinadə

24.03.2024 336
.

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib. Baxış zamanı hüquq-mühafiz

10.03.2024 523
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 505
.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 399
.

Madaqaskar sakinləri Fransadan ulu babalarının kəllə sümüyünün qaytarılmasını tələb ediblər

Madaskarlı iki qadın Fransadan ulu babaları Sakalava etnik qrupundan olan kral Toeranın kəllə sümüyünün qaytarılması prosedurunu sürətləndirməyi tələb ediblər. Ümumilikdə, Fransa hakimiyyəti sakalavalara əcdadlarının üç kəlləsini qaytarmalıdırlar. Qalıqlar 19-cu əsrin sonlarında Fransanın müstəmlək

23.03.2024 320
.

Rus qadınlar danışdı: "Xəşbəxtliyin sirri budur"

Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiyanın "BIDOU" kosmetika brendi qadınlardan xoşbəxtliyin sirrini öyrənmək qərarına gəlib. xəbər verir ki, şirkət "VKontakte" sosial şəbəkəsində sorğu keçirməyə başlayıb. İştirakçılardan "Qadın xoşbəxtliyi nədədir?" sualına doqquz cava

13.03.2024 1151