Uşaqlara idmanı sevdirməyin YOLLARI

Uşaqlara idmanı sevdirməyin YOLLARIMüasir dövrdə getdikcə hərəkətsizləşən həyat özü ilə bərabər bir çox sağlamlıq problemləri də yaradır. Yaşadığımız texnologiya əsri insanların, xüsusən də uşaqların hərəkət sahəsini məhdudlaşdırır. Buna görə də kiçik yaşlarından uşaqları idman və məşqlərə alışdırmalı, gələcək illərdəki sağlamlıq riskləri azaldılmalıdır.

İdman böyüməkdə olan uşaqlar üçün bədən və ruhun sağlamlığı, fiziki inkişaf baxımından yararlı və lazımlıdır. Uşaqların idmana yönləndirilməsində ən önəmli rol ailənin üzərinə düşür. Əvvəlcə ailə uşaqlara yaxşı bir örnək olaraq, bu sahədə vərdiş qazanmalarını hədəfə almalıdırlar.

Uşaqlara idmanı sevdirməyin yolları:

1. Övladınıza uyğun idman növlərinin hamısını göstərin və hansı ilə məşğul olmaq istədiyini soruşun. Öz seçdiyi idmanı deyəcək və bununla sevərək məşğul olacaq.

2. İdman intizamını yavaş-yavaş aşılayın. Qaydalarla o saat tanış olması onu qorxudub geri çəkilməyinə səbəb ola bilər. İdmanla məşğul olmağa başladığı ilk günlərdə ona sərbəstlik verin. Unutmayın ki, uşaqlar idmanla sadəcə zövq almaq üçün məşğul olurlar.

3. Övladınıza nümunə olun, idmanın yaşı olmadığını ona göstərin.

4. Övladınızı tərifləməyi unutmayın. Hər məşqdən sonra digər məşqin öhdəsindən daha yaxşı gələ bilməsi üçün onu tərifləyin.

5. Həvəsləndirmək və yorulmadan idmanla məşğul olması üçün ona məşğul olduğu idman sahəsinin nümayəndələrini göstərin. Nümunə götürə biləcək məşhurları görmək onu həyəcanlandıra bilər.

6. Maraqlandığı sahədə uğurlu oyun və ya məşqdən sonra övladınızı mükafatlandırın.

7. Onunla bərabər idman edin. Uşağın oyunda ata və anasına qalib gəlməsi onun özünü sübut etməsinə imkan verər.

8. Eyni idman növü ilə məşğul olan digər uşaqlarla onu tanış edin. Onların bir araya gəlmələri və dostluq etmələrinə şərait yaradın.

9. Uşağınızdan çox şey gözləməyinizi bəlli etməyin. Çox şey gözləyib az nəticə görməyiniz sizə xəyal qırıqlığı yaşadar, bu isə övladınızı məcbur etməyə səbəb ola bilər. Unutmayın ki, onlar sadəcə uşaqdırlar və tutumları məhduddur.

Hər uşaq və gəncin məşqə ehtiyacı var. Uşaqlıq dövrü geniş bir zaman kəsiyidir. Hər uşağın inkişaf və böyümə yolu müxtəlifdir. Eyni yaşda uşaqların fiziki qabiliyyət və bacarıqları çox fərqlidir. Bu faktorlara diqqət edilərək, düşünülmüş məşq proqramı tərtib edilməlidir. Gözləntilər və hədəflər uşağın inkişafına uyğun olmalıdır. Valideyndən başqa həkim və idman müəllimlərinin də üzərinə böyük yük düşür.

aile.lent.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2350   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168