• Sübh namazı 05:55
  • Gün çıxma vaxtı 07:27
  • Zöhr namazı 13:34
  • Əsr namazı 17:01
  • Axşam namazı 19:40
  • İşa namazı 21:06
 Bakı
  • Gündüz +24
  • Gecə +18
AZN məzənnəsi
USD
0.7844
EUR
1.0134
RUR
0.0204

Basketbol tarixi haqqinda

Basketbol tarixi haqqinda


Basketbol oyunun yaranmasi

Basketbol 1891-ci ildə (ABŞ) Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaranmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı, Hal-hazırda, dünyada milyonlarla insanlar bu oyunu oynayırlar.

Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat edib. O, bu oyunu yaradarkən Amerika qitəsində topla oyunların tarıxi məlumatlarından istifadə etmişdir.

Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bəbən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır.

Basketbolun Inkişafı

Basketbolun nykişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu.

1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.

1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən cərimə artmaları qəbul olundu.

1986-ci ildə topun bütün variantlarla aparılması qanunlaşdı.

Yaranmasından az sonra basketbol ABŞ-da populyarlaşdı. Az sonra bu oyunu başqa ölkələrdə də oynamağa başladırlar.

1891-1918-ci illər basketbolun inkişafının birinci mərhələci hesab olunur – bu mərhələdə basketbol yeni oyun kimi puxtələşir. Gimnastika dərslərinin canlanması üçün icad olunan basketbol sonralar öz xücusiyyəti ilə idman oyunlara çevrildi.

1984-cü ildə ABŞ-da ilk dəfə rəsmi oyun qaydaları nəşr olundu və bunun əsasında yarışlar keçirilməyə başlandı. Oyunun yayılması ilə onun texnikası və taktikası da formalaşırdı. Oyunun yayılması ilə onun teönikası və taktikası da formalaşırdı.

Topun tutulması, ötürülməsi, aparılması və səbətə atılması kimi texniki fəndləri meydana gəldi. Lakin texnikada dinamiklik çatışmırdı – bütün ötürmələr və atmalar bir yerdən iki əllə yerinə yetirilirdi. Taktikada komanda üzvlərinin oyun funksiyası və onların müdafiəçilərə və hücumçulara bölünməsi müəyyənləşdi. Əsasən bu illər basketbol Avropa və Cənubi Amerika ölkələrinə yayılmağa başladı.

Milli Basketbol Federasiyaların yaradılması onun gələcək inkişafına təcir göstərdi. 1919-1931-ci illər basketbolun inkişafının ikinci mərhələsi kimi xarakterizə olunur.

1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası – BBF yaradıldı. Bu federasiyaya Arqentina, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya, İsveç və Çexoslovakiya daxil oldu (8 ölkə). 1935-ci ildə Cenevrədə ilk dəfə Avropa çempionatı keçirilmişdi. Bu çempionatda yüksək yeri Pribaltika basketbolçuları tutmuşdu. Avropanın ilk çempionu Latviya komandası olmuşdu. İlk dəfə qadınların Аvropa çempionatı 1938-ci ildə keçirilmişdi. 1935-ci ildə isə basketbol Olimpiya oyunları proqramına daxil edildi. 1936-cı ildə isə XI Olimpiadada – (Berlin-Almaniya) 21 ölkə basketbolçuları iştirak etmişdir. Bu zaman BBF-nın ilk konqresi keçirilmişdi. Konqres basketbol oyunu üçün vahid qayda qabul etmişdi.

1948-1956-cı illər basketbol inkişafının üçüncü mərhələsidir. BBF – başqa beynəlxalq idman birliklərinə başlıca yer tutmuşdu. BBF-nın rəhbərliyi altında beynəlxalq yarışlar, çempionatlar keçirilir. 1948-ci ildə Beynəlxalq Basketbol Federasiyasında 50 ölkə iştırak edir. 1950-ci ildə Argentinada ilk dəfə kişi komandalarının dünya çempionatı keçirilmiş və bu çempionatda argentinalılar qalib gəlmişdilər.

Üç ildən sonra Çilidə qadın komandaları ücün dünya birinciliyi keçirildi. Dünya çempionu adını ABŞ idmançıları qazanmışdı. Sonralar çempionatlar dörd ildən bir keçirilir.

Hər il BBF-nın rəhbərliyi altında kubok uğrunda çempionatlar və kuboklar kuboku uğrunda basketbol yarışları təşkil olunur. Belə BOK-in qərarına görə 1976-cı ildə keçirilən XXI Olimpiya oyunlarında (Monrealda-Kanada) qadın komandaları daxıl edildi. Basketbol indi bütün dünyada inkişaf etmiş və sevimli oyuna çevrilmişdir. Hal-hazırda Beynəlxalq Federasiya 167 ölkə Milli Federasiyasını öz heyətində birləşdirir.
Paylaş:
Bölmə: Maraqlı Müəllif: dr01 Oxunub: 4046 Tarix: 13.06.2011
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
Bölmələr
Pulsuz elanlar sayti

Mobil pulsuz yukleme sayti