Azərbaycanın şou əhli tozanaq qopardı

Azərbaycanın şou əhli tozanaq qopardı[hide]Həyati təhlükələri adlayıb sağ-salamat əzizlərinin yanına qayıdıblar. Söhbət "Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV" ilə birgə ərsəyə gətirdiyi, Afrika ölkəsi Namibiyada çəkilişləri uğurla tamamlanan "Extreme" realiti-şousunun iştirakçılarından gedir.

Ötən gün başda layihənin rəhbəri və aparıcısı Emin Əhmədov olmaqla iştirakçılar - xalq artisti Aygün Kazımova, müğənnilər - Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, bəstəkar-müğənni Nurlan Əzizbəyli, rəqqasə Nailə Dadaşova, "Dəyirman" rep-qrupunun üzvlərindən biri ABD Malik, tele-aparıcılardan Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılov bir araya toplanıb əsl dost məclisi düzənlədilər.

Təkcə işləri ilə bağlı İstanbulda olan iştirakçı, tanınmış türkiyəli prodüser Kemal Cenk İçten məclisə qatılmamışdı. Namibiyada qardaşlıq məktəbini bitirən və hazırda mehriban dostlara çevrilən iştirakçılarla bərabər, layihənin yaradıcı heyəti eyni masa ətrafında toplaşmışdılar.

"Extreme"in quruluşçu rejissoru Ruslan Hüseynov, Afrikada ölüm-dirim mübarizəsi aparan oyunçuların yeganə ümid yeri - tərcüməçi Amil Mahmudov, mühafizə xidmətinin rəhbəri Mətləb Eyvazov, eləcə də realiti-şounun prodüserləri Sənan Abdullayev və Rüfət İsmayılov başlarına gələn macəraları bir-biriləri ilə bölüşməkdən yorulmayan dostları ilə saatlarla yemək süfrəsi arxasında xoş anlar keçirdilər.

"Harada Aygün Kazımova varsa, orada möhtəşəm və unudulmaz şouya hazır olun!" Şou-biznesdə illərdən bəri öz təsdiqini tapmış bu aforizm dünənki məclisdə bir daha öz təsdiqini tapdı. Komplekslərdən uzaq olan xalq artisti yenə də səmimi davranışları, daim gülən xoş çöhrəsi ilə yığıncağın təkrarolunmaz ulduzuna çevrilmişdi.

Əvvəl restoranın banket zalında, daha sonra açıq havada açılan süfrə arxasında xanım Kazımova özünü əsl ev sahibəsi kimi aparırdı. Yemək olan yerdə Musiqinin səslənməsi günah olardı. Musiqi mərkəzindən daha çox Aygün Kazımovanın hitləri eşidilsə də, türk musiqisinin imperatoru İbrahim Tatlısəsin mahnılarının toplandığı CD də yetərincə dinlənildi və iştirakçıların hər biri tozanaq qoparan rəqsləri ilə məclisə daha da rəng qatdılar. İbonun illərdən bəri dəbdən düşməyən "Kim çəkər səni?" mahnısı xalq artistinin istəyi ilə bir neçə dəfə səsləndirildi.

Axşamüstü yağan yağan yağış da əylənən dostlara mane olmadı. Xanım iştirakçılar - Günel Ələkbərova, rəqqasə Nailə Dadaşova, Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, Xanım Manafzadə qıvraq rəqslər edən Aygün Kazımovaya qoşulub, bəs deyincə oxuyub oynadılar. Reper ABD Malik və müğənni Nuralan Əzizbəyli həyat yoldaşları ilə birlikdə dost məclisinə qatılmışdılar. Duzlu-məzəli zarafatlardan əksik olmayan müğənnilər Nadir Qafarzadə ilə Rüfət Axundov layihənin aparıcısı Eminlə birlikdə tez-tez yaxın keçmişə qayıdıb özlərini yenidən Namibiyada hiss edirdilər.

Məlumat üçün bildirək ki, 4 iyun tarixindən "Space TV"nin axşam efirində yayımlanan "Extreme" realiti-şousu hər həftənin şənbə günləri tamaşaçılara təqdim olunur.
Azərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardıAzərbaycanın şou əhli tozanaq qopardı[/hide]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10399   Tarix: 08 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637