Məkkə faciəsinin SENSASİON TƏFƏRRÜATLARI - VİDEO 18+

Məkkə faciəsinin SENSASİON TƏFƏRRÜATLARI - VİDEO 18+"Ən böyük problemlər şeytanın daşlanması prosesi zamanı ortaya çıxır"

Məkkədə 753 zəvvarın ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub. BiG.AZ Report-a istinadən xəbər verir ki, Məkkədə olan türkiyəli jurnalist Nevzat Çiçek müqəddəs yerlərə ziyarətin təşkil olunmasında ciddi problemlərin yaşandığını yazıb.

Müşahidə etdiyi çatışmazlıqları qələmə alan jurnalist yazıb ki, Həcc ziyarətinə gedənləri isti və qarışıqlıq gözləyir:

"Zəvvarlar xüsusi təşkil olunmuş şəkildə gəliblərsə, nizamlı şəkildə hərəkət edirlər. Küçələrdə su butulkaları və kömək üçün paylanılan vasitələrin tullantılarının çoxluğu bəzən hərəkət etməyə belə çətinlik yaradır. Xüsusilə Afrika, Hindistan, Pakistan, Banqladeş kimi ölkələrdən gələn zəvvarlar Ərəfat dağında necə gəldi gecələyirlər. Onlar su və tualet ehtiyaclarını hər yerdə rahat şəkildə qarşılayırlar və özlərinə məxsus "şərait" yaradırlar".

N.Çiçək yazıb ki, zəvvarlar Ərəfata, oradan Müzdəlifəyə və daha sonra Kəbəyə 20 km-lik yolu piyada getməlidirlər:

"Ən böyük problemlər də piyada gedilən bu yolda təvaf və şeytanın daşlanması prosesi zamanı ortaya çıxır. Təşkilatlanmış formada gəlməyənlər öz qanunlarını diqtə edirlər və çox zaman onların "qanunlar"ı digər insanların həyatları bahasına başa gəlir. Həm Kəbədə, həm də Minada şeytan daşlanması zamanı heç bir qanuna tabe olmayan, küçələrdə yatan, təvaf zamanı qol-qola girərək izdihamı itəliyə-itəliyə aparan, xüsusilə Afrikadan və Hindistandan gələn müsəlmanlar insanların əzilməsinə səbəb olurlar. Qarışıqlıq salan zəvvarlar qısa olması üçün fərqli istiqamət seçir və doğru olmayan yollardan gedirlər ki, bu da yüzlərlə insanın həyatını itirməsinə səbəb olur".

Türkiyəli jurnalist yazısında həmçinin qeyd edib ki, zəvvarlar kran qəzasından qısa müddət sonra təkrar kranların altında namaz qılmaq məcburiyyətində qalıblar:

"Səudiyyə Ərəbistanının Kəbənin ətrafında mütəmadi olaraq genişləndirmə işləri aparması zəvvarlar üçün problemə çevirilib. Kəbəyə gələnlərin çoxu bu yerləri tanımadığı üçün inşaatın olduğu yerlərdə açıq məkan görən kimi istifadə etməyə çalışırlar. Həcc ziyarəti böyük təşkilatçılıq tələb edən işdir. Səudiyyə Ərəbistanı bu işi tam şəkildə təşkil edə bilmir. Həcc ziyarəti üçün gələn ölkə təmsilçilərinin də təşkilatçılıq işi daha işlək şəkildə olmalıdır. Kəbənin genişləndirilməsi işi qısa zamanda başa çatdırılmalı və bu iş ciddi planlanmış şəkildə aparılmalıdır. Ərəfatdan gedən avtobuslar müəyyən fasilələrlə hərəkət etməlidir. Şeytanın daşlandığı bölgənin giriş və çıxışlarında hərəkətli lentlər quraşdırılmalıdır. Müəyyən yaş qrupları üçün xüsusi proqramlar olmalıdır. Çünki yaşlı hacı namizədləri yıxıldqları an özlərilə bərabər digərlərinin də əzilməsinə səbəb olurlar".

Qeyd edək ki, ötən gün Məkkədə şeytanın daşlanması zamanı meydana gələn izdiham nəticəsində 753 zəvvar dünyasını dəyişib, 800-dən çox insan yaralanıb. Bu, Həcc tarixində baş verən ən böyük faciələrdən ikincisidir. 1990-cı ilin iyul ayında Məkkədə piyada tunelində yaranan izdihamda 1 462 nəfər dünyasını dəyişmişdi. Onlardan 426-sı Türkiyə vətəndaşı idi. Son 25 ildə Həcc ziyarəti məqsədilə Səudiyyə Ərəbistanına gedən zəvvarlardan 3 500 nəfəri dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7392   Tarix: 25 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281