Məhəmməd Əmin Rəsulzadənin mülkü əcnəbi şirkətə satılıb?

Məhəmməd Əmin Rəsulzadənin mülkü əcnəbi şirkətə satılıb?Şərqdə ilk demokratik respublikanın qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə qısqanc münasibət illərdir ki, davam edir. Ötən illərdə onun adının universitetdən götürülməsi, heykəlinin qoyulması nəzərdə tutulan yerdə fontan tikilməsi, hətta büstünün belə yığışdırılaraq torpaq altında basdırılması faktlarına rast gəldik. Ancaq yoxdan bir bayraq ucaldan, dövlətimizi quran kişinin mülkünün əcnəbi şirkətə satılması xəbəri təbii ki, ağrılı məsələdir. Söhbət ondan gedir ki, Məhəmməd Əmin Rəsulzadənin mülkü əcnəbi şirkətlərdən birinə satılıb! Bu məlumatı Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublu verib. O bildirdi ki, evin əcnəbi şirkətə satılması faktı təsadüfən aşkarlanıb: "Biz Məhəmməd Əmin Rəsulzadə haqqında bir veriliş hazırlayırdıq. Getdik onun vaxtilə yaşadığı evinə baxmağa.

Ancaq bizi o evə buraxmadılar. Dedilər ki, şirkətlərdən biri həmin evi icarəyə alıb, sonradan özününküləşdirib və burada kurslar yaradıb".
N.Yaqublu bildirdi ki, o, bu fakta görə əcnəbi şirkətini günahlandırmır: "Bu evi həmin şirkətə verəni günahlandırıram. Mən onlara da dedim ki, bu mülk nə vaxtsa sizdən geri alınacaq. Çünki bu, cümhuriyyətimizi quran adamın evidir. Kim icazə verib ki, cümhuriyyət qurucusunun yaşadığı evi özününküləşdirirlər?"
Rəsulzadə cümhuriyyət dövründə həmin evdə yaşayıb.
Hətta evin sənədləri də rəsmi şəkildə Məhəmməd Əmin Rəsulzadənin ailəsinə verilibmiş. Bunu da N.Yaqublu dedi. Onun sözlərinə görə, bu sənədlər böyük öndərin oğlu Azər Rəsulzadəyə verilibmiş: "Ancaq o evi boşaltmadılar ki, Rəsulzadənin nəvələri orda yaşasın. Bu fakt adamda böyük təəssüf hissi doğurur. Axı, ora ev muzeyi olmalıdır. Ən azı həmin ev bu dövləti quran şəxsin ailə üzvlərinə verilməlidir. Bunun əvəzinə isə götürüb onu əcnəbiyə satıblar". Hazırda evin sənədləri M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadədədir. N.Yaqublu deyir ki, həmin ev Cümhuriyyət devrilənədək Rəsulzadənin ailə üzvlərinin olsa da, sonra onlardan alıb başqalarına veriblər: "1993-cü ildə isə mərhum prezident Elçibəyin vaxtında biz gedib həmin evin sənədlərini alıb bərpa etdik və evi Azər müəllimin adına keçirdik. Yəni hüquqi qaydada məsələ həll olundu ki, bu, Azər Rəsulzadənin dədə-baba mülküdür, indi qaytarılır onlara. Evin sərəncamı Rəis bəydədir".
Dünən Rəis Rəsulzadə ilə birlikdə sözügedən ünvanda olduq. Aydın məsələdir ki, burada Rəsulzadənin yaşadığını əks etdirən lövhə yox idi. Rəsulzadə ailəsinə məxsus mülk - dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında (Mərkəzi Univermağın yanında), ikinci mərtəbədə yerləşir. Giriş qapısının üstündəki lövhədə CSTC yazılmışdı. İçəri daxil olduqda məlum oldu ki, Rəsulzadənin evində hazırda "Caspian Safe" MMC adlı xarici şirkət yerləşir. Suallarımızı cavablandıran ofis administratoru Anar Kazımov şirkətlə bağlı suallarımızı cavablandırdı. Məlum oldu ki, təhlükəsizliyə aid treninqlər keçirən bu şirkət hazırda FHN-in əməkdaşlarına təlim keçir. Şirkətin rəhbəri isə ərəb mənşəli iş adamı Əşrəf Coudadır. A.Kazımov onunla əlaqə saxlamaq istəyimizin cavabında dedi ki, bu, mümkün deyil: "O, heç vaxt nə vaxt gəlib-gedəcəyini qabaqcadan xəbər vermir. Bizim dəniz qırağında başqa ofisimiz var, orda oturur. Ancaq sizin gəlişinizin məqsədi barədə ona məlumat verə və cavabını çatdıra bilərəm". Məlum oldu ki, müstəqil fəaliyyət göstərən bu şirkət 2005-ci ildən burada yerləşir. Hər halda adminstrator belə dedi və başqa bir məlumat verə bilməyəcəyini bildirdi. Ona görə də evin icarəyə götürüldüyü, yaxud satın alındığını konkretləşdirə bilmədik.
Maraqlısı o idi ki, evin şəklini çəkərkən taksi sürücüsü də yaxınlaşıb "Rəsulzadənin evini çəkirsiniz" deyə, soruşdu. Məlum oldu ki, bu evin cümhuriyyət qurucusuna məxsus olduğunu bilən xeyli adam var. Sürücü hətta hazırda əcnəbi şirkətə məxsus evin bir neçə il əvvəl burda yaşayan ailədən alındığını da bildirdi.
R.Rəsulzadə deyir ki, atası Azər Rəsulzadə 1991-ci ildə Azərbaycana ilk gəlişi zamanı keçmiş prezident Ayaz Mütəllibova məktub yazıb: "Məktubda bildirmişdi ki, mənə heç nə lazım deyil, təki atama məxsus mənzili bizə qaytarın". Ancaq bu müraciətin heç bir nəticəsi olmayıb.
Professor M.Sadıxov da 14.01.1991-ci il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Həsənova məktub yazaraq Rəsulzadənin yadigarı A.Rəsulzadənin durumunu anladıb və Əzizbəyov küçəsi ilə Nizami (keçmiş Vorontsov) küçəsinin kəsişməsindəki M.Ə.Rəsulzadəyə məxsus mülkü onların ailəsinə qaytarmağı, Bakıda Məhəmməd Əminin ev muzeyini açmağı xahiş edir. Lakin bu müraciətlər də nəticə vermir.
25.05.1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azər Rəsulzadənin mənzil məsələsi barədə sərəncam imzalayıb.
Sərəncamda A.Rəsulzadənin mənzil məsələsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyi qeyd olunub və daha sonra bildirilir: "Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Məclisinin sədri Məmməd Əmin Rəsulzadənin oğlu - Azər Rəsulzadə 1937-ci ildən 1989-cu ilə qədər Qazaxıstan Respublikasında sürgündə olmuşdur. Onun qardaşı güllələnmiş, anası və bacısı isə vəfat etmişdir. Hal-hazırda A.Rəsulzadə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qohumu) Karaqanda şəhərində 2 otaqlı mənzildə yaşayır. 1989-cu ilin avqustunda onun ailəsi bəraət almışdır, lakin o, bu hüququndan istifadə etməmişdir. Xahiş edir ki, onun ailəsinə atasının əvvəllər yaşadığı mənzil verilsin".
Sərəncamda daha sonra deyilir:
"Yuxarıda göstərilənləri nəzərə alaraq:
1. A.M.Rəsulzadəyə 4 nəfər ailə tərkibi ilə Nizami küçəsində 59 nömrəli evin, yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı sıxlaşdırılmış mənzili verilsin.
2. Həmin mənzilin qonşuluğunda yaşayan T.Baxşıyevanın və M.Rudakovanın ailəsinin köçürülməsi Yasamal Rayon İcra Hakimiyyəti başçısının aparatına tapşırılsın.
3. Göstərilən mənzillər boşaldıqdan sonra A.Rəsulzadənin yaşayacağı mənzilin sahəsinə əlavə edilsin.
4. Yasamal Rayon İcra Hakimiyyəti başçısının aparatına tapşırılsın ki, A.M.Rəsulzadəyə 1-ci bənddə göstərilmiş ünvana order təqdim etsin".
Sərəncamı A.Bağırov imzalayıb.
24 dekabr 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəy də M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların ailə-məişət məsələlərinin həlli haqqında sərəncam imzalayıb. Prezident Nazirlər Kabineti və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısına bu sərəncamdan irəli gələn məsələlərin həllini də tapşırıb.
R.Rəsulzadə deyir ki, sonradan o, gedib həmin evə baxıb: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam imzalanıb ki, bu evə order verilsin. Sadəcə, o zaman ev bərbad halda idi, oraları yandırmışdılar. Məndə də elə bir imkan yox idi ki, evi bərpa edim. Ona görə də dedim ki, evi təmir edin, sonra order yazın. Lakin hər şey olduğu kimi qaldı".
A.Rəsulzadə sağlığında sözügedən mənzillə bağlı oğlu R.Rəsulzadəyə etibarnamə də verib. Evin digər sənədləri ilə yanaşı, etibarnamə də indiyədək saxlanılır. Qeyd edək ki, Rəsulzadə ailəsinin mənzilin hüquqi sahibi olduğunu təsdiqləyən sənədlərin surətini Rəis bəy bizə də təqdim etdi.
R.Rəsulzadənin sözlərinə görə, hələ atası ilk dəfə Bakıya gələndə - 1991-ci ildə o zaman Naxçıvan MR Ali Sovetinin sədri olan Heydər Əliyevlə Şəhidlər Xiyabanında görüşüb: "Heydər Əliyev uzaqdan atamı görüb yaxınlaşdı. Atama "mən səni yaxşı tanıyıram, Məhəmməd Əmin Rəsulzadənin oğlusan" dedi. Sonda da dedi ki, "Rəsulzadə çox qiymətli şəxsiyyətdir. Mən Naxçıvanda Leninin büstünü götürüb yerinə onun büstünü qoymuşam, onun ucaltdığı bayrağı Muxtar Respublikanın bayrağı kimi qəbul etmişik", dedi. Ardınca da "nə probleminiz var", deyə soruşdu. Atam mənzilinin qaytarılmadığını deyəndə H.Əliyev bildirdi ki, onun Bakıda nəyisə həll etmək imkanı yoxdur. "Gəlin Naxçıvana, sizə hər cür yardım edim" dedi. Ancaq təbii ki, atam Naxçıvana gedəsi deyildi".
R.Rəsulzadənin sözlərinə görə, 1994-cü ildə M.Ə.Rəsulzadənin 110 illik yubileyi keçirilərkən də Opera və Dram Teatrının foyesində H.Əliyevlə görüşüb: "Heydər Əliyev zalda bizdən qabaqda oturmuşdu. Birdən çevrilib biz tərəfə baxdı və yanındakı məmurlara "bunlar nə istəsə, problemlərini həll edin" deyə tapşırıq verdi". Bundan sonra məmurlar hərəkətə keçib və ev məsələsi yenidən aktuallaşıb. R.Rəsulzadənin 29 yanvar 1994-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı R.Abdullayevə ünvanladığı ərizə də diqqət çəkir. "Son illərdə M.Ə.Rəsulzadənin yaşadığı həmin binada ev muzeyinin düzəldilməsindən də söhbət gedirdi. Bunun üçün həmin binada yaşayan bir qonşunu oradan köçürmək, mənzili yaxşı təmir etmək lazım idi. Mənim səyimin nəticəsində həmin mənzilin boşaldılması barədə sərəncam verildi, ancaq təmirini heç kəs boynuna götürmədi. Mən Bakı İcra Hakimiyyətinə gedib-gəlməkdən yoruldum. Onu demək kifayətdir ki, bu dövrdə üç icra hakimi bir-birini əvəz etmiş, ancaq evin təmiri hələ də bir nöqtədə dayanıb durmaqdadır". Məktubunda R.Rəsulzadə atasının bir il əvvəl dünyasını dəyişdiyini xatırladıb və babasının yaşadığı həmin evi özünə, adına layiq bir şəkildə təmir edib ev-muzeyi təşkil etməyi xahiş edib: "Bu, həm də ona görə vacibdir ki, Bakıya gələn xarici qonaqlar, xüsusən Türkiyədən gələn qonaqlar Bakıda, onun doğma Vətənində böyük istiqlal carçısının bir nişanəsini axtarırlar, ancaq heç nə tapa bilmirlər". R.Rəsulzadə atasının arzusunu da çatdırıb: "Rəhmətlik istəyirdi ki, ömrünün sonunu Bakının Əzizbəyov küçəsindəki 9/11 nömrəli evdə, ata-anasının yaşadığı, özünün anadan olduğu, ömrünün uşaqlıq və yeniyetmə dövrünü keçirdiyi doğma evdə olsun və öləndə cənazəsi həmin yerdən götürülsün"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3304   Tarix: 08 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 235
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

24.04.2024 256
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 408