Azərbaycanın qüdrəti

Azərbaycanın iqtisadi potensialı hər gün artır, inkişaf edir. Bu, Ermənistan iqtisadiyyatı ilə müqayisəedilməz dərəcədə böyükdür. Təkcə Azərbaycan ordusunun büdcəsi düşmən ölkənin dövlət büdcəsindən bir neçə dəfə çoxdur. Artıq dünya ölkələri də bilir ki, biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə isə bir daha demək istəyirəm ki, Azərbaycan ordusu bölgədə ən qüdrətli ordudur.

Azərbaycanın qüdrətiQeyd edək ki, Müdafiə Nazirliyində güclü islahatlar aparılır. Bununla yanaşı, Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycan ordusudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müdafiə naziri cənab Səfər Əbiyev ordunun daha da inkişaf etməsi üçün bir çox təqdirəlayiq islahatlara imza atmış, ordumuz ən müasir silahlarla təchiz edilmişdir.

Azərbaycanın qüdrətiArtıq düşmən də Milli Ordumuzun hansı gücə malik olmasını yaxşı bilir. Onu da qeyd edək ki, ölkə başçısı Azərbaycanda və ölkədən kənarda keçirdiyi görüşlərdə mütəmadi olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və heç bir zaman torpaqlarımızın bir qarışını belə ermənilərə verməyəcəyimizi qeyd edir. Həmçinin prezident sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın müharibə variantına əl ata biləcəyini də istisna etmir. Söz yox ki, bu tip bəyanatların arxasında Azərbaycanın daim inkişafda olan iqtisadiyyatı və güclü ordusuna inam hissi dayanır. Ölkə başçısı dönə-dönə qeyd edib ki, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və Azərbaycan öz doğma torpaqlarını işğalçılardan azad etməyə hər an hazır olmalıdır.
Azərbaycanın qüdrətiTarixə nəzər salsaq görərik ki, peşəkar ordusu olan xalqın müstəqilliyi daim əbədi olub. Bu, aksiomadır. Məhz bu səbəbdən də son illər ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycanın qüdrətiSilahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan addımlar da ordumuzun gücünə güc qatır. Ordumuzun inkişafı naminə müdafiə sənayesinin yüksək inkişafı da ölkə başçısının gördüyü uğurlu işlərin bariz nümunəsidir.

Azərbaycanın qüdrətiErmənistanın Azərbaycan ordusunun müasir silahlarla təchiz edilməsindən keçirdiyi narahatlıq da bunu təsdiq edir. Düşmənlərin Azərbaycan ordusunun "İstiqlal" snayperi ilə təchiz olunması ilə bağlı saldıqları hay-küy və narahatlıqları da ordumuzun hər gün yenilənən potensial gücünü göstərməkdədir.
Azərbaycanın qüdrətiBəli, Azərbaycan ordusu inkişaf edir, güclənir. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan məhz bu ordunun gücü ilə torpaqlarımızı işğaldan azad edəcək.

Azərbaycanın qüdrətiÇünki prezident-xalq-ordu birliyi imkan verir ki, Azərbaycan itirilmiş ərazilərini geri qaytarmaqla öz dövlətçiliyini və bütövlüyünü bərpa etsin. Ancaq bütün bunlara baxmayaraq, ordumuzu gözü götürməyənlər də var. Bəzi insanlar var ki, buna qısqanclıqla yanaşır. Bu adamlar, hətta general olmalarına baxmayaraq, Azərbaycan dilində belə, danışa bilmirlər. Azərbaycan dilində danışa bilməyən bu insanların Milli Ordunun quruculuğuna mane olmaları isə başadüşülən deyil. Məhz bu cür insanlar ordudan istifadə edib, böyük tikinti biznesilə məşğul olurlar. Çox təəssüflər olsun ki, bu cür generallar həm də orduda rəhbərlik etmək iddiasındadır. İnanırıq ki, dövlət başçısı bu cür insanların ordunun inkişafına mane olmasına imkan verməyəcək.

Azərbaycanın qüdrətiBütün bunlara baxmayaraq, Azərbaycan ordusu hər saniyə inkişaf etməkdədir. Azərbaycanın hərbi potensialı bu gün bütün dünyaya məlumdur. Elə buna görə də Azərbaycan hər zaman belə olacaq:Azərbaycanın qüdrəti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9580   Tarix: 12 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280