Yanan bina 4 aydan sonra bu gün - FOTO

Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada baş verən dəhşətli yanğından 4 aya yaxın vaxt keçir.

Yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov bundan öncə mətbuata açıqlamasında bildirmişdi ki, yanan bina sentyabr ayında təhvil veriləcək.

İlk olaraq iş icraçısı Gündüz Məmmədovla söhbətləşdik. O bildirdi ki, binada demək olar ki, təmir işləri yekunlaşmaq üzrədir: "Güman edirəm ki, sentyabr ayı ərzində bütün işlərimizi yekunlaşdıracağıq. Çox az qalıb. Evlərin təmiri yekunlaşdırılıb, işıq-qaz sistemi yoxlanılır. Otaqlar artıq təmirlidir. Əksəriyyətinin döşəmlələri vurulub, mebelləri yerləşdirilir, pərdələr asılır.

Təbii ki, ev sahibləri də gəlib vəziyyətlə maraqlanırlar, mebellərin, qapıların rəngi ilə bağlı öz istəklərini deyirlər. Çalışırıq ki, hər bir əşyanın ən kefiyyətlisindən istifadə edək".

İş icraçısı ilə söhbətimizi bitirib, binanın içərisinə keçdik. Təmir olunmuş mənzillərə daxil olub, fəhlə və ustalarla da həmsöhbət olduq. Onlar da bildirdilər ki, təmir bu ayın sonuna kimi başa çatacaq.

"60 mənzili təmir etmişik. Bir neçə ay ərzində bu işləri görmək asan məsələ deyil. Ancaq çalışmışıq ki, hər bir işimiz yaxşı, kefiyyətli alınsın. Məsələn, gördüyünüz otağın qapıları ən bahalı qapılardandır. 500-800 manat arası qiyməti var. Ev sahibləri də gəlib baxırlar, heç bir narazılıqları yoxdur. Mebellərin rəngələrini də necə istəyirlərsə, elə seçirik.

Elə edirik ki, ortaq razılaşma olsun. İnşallah ayın sonuna yaxın binanı əvvəlki vəziyyətinə qaytaracağıq".

Başları təmirə qarışan usta və fəhlələr sonda zarafat etməyi də unutmadılar.

"Təzə mebel, təzə ev varsa, gərək arvad da təzə olsun".

Qeyd edək ki, bir müddət əvvəl Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın 4-ü azyaşlı olmaqla, 14 nəfərin həyatına son qoymuş, onlarla mənzil tamamilə yararsız vəziyyətə düşmüşdü.

azvision.az

Yanan bina 4 aydan sonra bu gün - FOTOYanan bina 4 aydan sonra bu gün - FOTOYanan bina 4 aydan sonra bu gün - FOTOYanan bina 4 aydan sonra bu gün - FOTOYanan bina 4 aydan sonra bu gün - FOTOYanan bina 4 aydan sonra bu gün - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13488   Tarix: 04 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 309
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 305
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 350
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 169
.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 182
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 414
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 143
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 194