Çökməsi gözlənilən 11 valyuta

Çökməsi gözlənilən 11 valyutaBloomberg dünya valyutaları arasında çökmək təhlükəsi olan 11 milli pulun siyahısını dərc edib

"Qazaxıstan tengesi dünya valyutaları arasında çökmək təhlükəsi ilə üzləşə biləcək yeganə milli valyuta deyil" - yazır Bloomberg.

Dünyada neftin ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanının milli valyutası "rial"ın da devalvasiyası tamamilə real görünür.

Lakin Bloomberg bunu da əlavə edir ki, Səudiyyə Ərəbistanının maliyyə ehtiyatı fondlarındakı 672 milyard dollar, rialın məzənnəsini batmaqdan bir müddət saxlaya bilər.

Türkmənistan manatı. Türkmənistanın da iqtisadiyyatı neft ixracı üzərində qurulub.

Üstəlik bu ölkə rublun son yarım ildə 20 faiz qiymətdən düşdüyü Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir.

Ekspertlərin proqnozlarına görə türkmən manatını da elə 20 faizlik devalvasiya gözləyir.

Keçmiş sovetlərdən Tacikistanın da milli pulu – somoni təhlükədədir. Buna başlıca səbəb Tacikistan iqtisadiyyatının Qazaxıstanla son dərəcə bağlı olmasıdır. Qazaxıstanla mübadilə bütün mal dövriyyəsinin 11 faizini təşkil edir. Ekspertlərin proqnozlarına görə, somoninin kursu 10-20 faiz tənəzzülə məruz qala bilər.

Qırğız somunu gözləyən təhlükə də Qazaxıstan iqtisadiyyatı ilə əlaqədardır.

Ermənistan dramı son bir il ərzində onsuz da 15 faiz qiymətdən düşüb. Bu ölkənin maliyyə sistemi üçün də təhlükə Rusiyadan gəlir. Ermənistanın ticarət dövriyyəsinin 25 faizi Rusiya ilə bağlıdır. Orada isə rubl 46 faiz qiymətdən düşüb.

Misir funtunun ehtimal olunan devalvasiyası ölkənin öz daxili problemlərindən qaynaqlanır. Burada 2011-ci ildə baş vermiş "Ərəb baharı" zamanı ölkəyə xarici valyutanın daxil olması məhdudlaşmışdı, bu isə valyuta kursunun əsassız yüksəlişinə rəvac vermişdi. Treyderlərin fikrincə Misir funtu 22 faiz ucuzlaşa bilər.

​Çin valyutası devalvasiyaya uğrayandan bəri ən çox başı ağrıyan pul Türkiyə lirəsidir. Ölkədəki siyasi gərginlik və qarşıdan gələn erkən seçkilər milli valyutanın problemlərini dərinləşdirə bilər.

Nigeriya da böyük neft ixracatçısıdır və bunun hesabına uzun müddətdir ki, milli valyuta - nayranın kursunu sabit saxlaya bilib. Proqnozlara görə, hazırkı neft qiymətləri ilə bağlı nayra dollara nisbətdə 20 faiz ucuzlaşa bilər.

Afrikanın başqa bir neftlə zəngini - Qananın valyutası sedini də eyni təhlükə izləyir. Bu ölkədə büdcə problemləri yaranıb, indflyasiya və xarici borc artır.

Zambiya Çinin başlıca mis təchizatçısıdır (70 faiz). Lakin indi misin dünya bazarlarındakı qiyməti düşüb və milli valyuta "kvaça" devalvasiyaya yuvarlana bilər.

Malayziyanın valyutası rinqgit son 17 ildə özünün ən aşağı məzənnəsinə enib, üstəlik ölkənin qızıl-pul ehtiyatları 100 milyard dollardan aşağı enib.

2015-ci ilin yanvarından bəri dəyərini itirən postsovet valyutaları arasında Azərbaycan manatı isə Ukrayna qrivnası, Belarus rublu, Qazaxıstan tengesindən sonra 4-cü yerdə gəlir. Azərbaycan manatı ABŞ dollarına nisbətdə 26 faiz ucuzlaşıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2824   Tarix: 03 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949