Yeni transferlər Qarabağa fayda verməlidir

Yeni transferlər Qarabağa fayda verməlidir"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib.

T.Gözəl komandasının avrokuboklardakı çıxışı və yeni transferlər haqda danışıb.

- Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"ın "Yanq Boyz"u 3:0 hesabı ilə məğlub etdiyi oyunu stadiondan canlı izlədiniz. Matçla bağlı fikirləriniz necədir?

- Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məşqçi, futbolu bilənlər bizə ismarıc göndərdi ki, bu, müasir Azərbaycan futbolunın nümayiş etdirilən ən gözəl oyunu idi. Möhtəşəm və qürur dolu gecə oldu. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.

- "Qarabağ" müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdi, təbliğatdır. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?

- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünsiyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdir. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk.

Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, "Yanq Boyz"un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalıyla dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim.

Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiz. "Azersun Holding"lə birlikdə işləsək, bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərikmi?" deyə soruşdum.

O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təhcizatın olmadığını ancaq belə tələbat olarsa, birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlərin siyasi, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidir. Sizə sadəcə, bir nümunə dedim.

- Transferlərlə bağlı nə deyə bilərsiz? İctimayyəti ən çox "Qarabağ"ın transfer gündəmi məşğul edib.

- Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Sağ olsun prezident cənab İlham Əliyev ötən il "Qarabağ"ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı "Qarabağ"da qalır.

Bizim üçün müqəddəs əmanətlərdi. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu alımına qədər bu bizə dəstək verir. Baş məşqçi Qurban Qurbanovun bir neçə futbolçu istəyi oldu. O futbolçuların "Qarabağ"a böyük köməyi olacağını düşünürəm.

Mənim fikrim odur ki, gələn futbolçu mütləq "Qarabağ"ın səviyyəsini qaldırmalıdır. Eyni səviyyədə olsa, əhəmiyyəti yoxdu. İmkanlarımız məhduddur. Xərclədiyimiz hər bir pulun faydası olmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, "Qarabağ"a fayda verməlidir. Qurban Qurbanov çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimiz arxasındayıq, ona inanırıq.

- Qarşıda çətin mövsüm başlayır. Nə gözləyirsiz?

- Məqsədimiz 1-2 transferlə digər klublara çox çətin rəqib olmaqdır. "Monako"nun rəsmisi də bunu vurğulayıb ki, "Qarabağ" zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq.

Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. Hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticədən asılı olmayaraq bütün ölkə "Qarabağ"la qürur duyacaq.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1156   Tarix: 02 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005